Fənn · Metallurgiya mühəndisliyi

Metalların korroziyası və mühafizə üsullarıCLO↔PLO matrisi

İFS-3265y5 kreditYaz semestriSeçmə2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

1 CLO × 7 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6PLO 7
CLO 1CLO-12902Bu fənn metalların ətraf mühitlə kimyəvi və elektrokimyəvi qarşılıqlı təsiri nəticəsində dağılması (korroziya) proseslərinin mexanizmini araşdırır. Tələbələr termodinamik və kinetik qanunauyğunluqlara əsaslanaraq, qütbləşmə əyrilərini analiz etməyi və müxtəlif mühitlərdə (turşu, atmosfer, dəniz suyu) korroziya sürətini hesablamağı bacaracaqlar. Onlar materialların xidmət ömrünü uzatmaq üçün passivləşdirmə, anod/katod mühafizəsi, ingibitorların tətbiqi və qoruyucu örtüklərin çəkilməsi texnologiyalarını mənimsəyəcəklər. Nəticədə, korroziyaya qarşı davamlı material seçimini əsaslandırmaq və sənaye miqyaslı konstruksiyalar üçün kompleks antikorroziv mühafizə sistemləri layihələndirmək qabiliyyəti formalaşacaq.uyğunduruyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil

Proqram təlim məqsədləri

  1. PLO 1

    Riyaziyyat, fizika, kimya və mexanika sahəsində fundamental biliklərə yiyələnmək və onları metallurgiya mühəndisliyi məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.

    Töhfə verən: CLO 1

  2. PLO 2

    Metallurgiyada tətbiq olunan xammal və onun ilkin emalını, ferroərintilərin alınma üsullarını, çuqun və polad istehsalını mənimsətmək.

    Bu fənndən töhfə yoxdur

  3. PLO 3

    Əlvan metalların istehsal texnologiyalarını, xüsusi əridici qurğuları, metallurji sobaların iş prinsiplərini və istismar xüsusiyyətlərini öyrətmək.

    Bu fənndən töhfə yoxdur

  4. PLO 4

    Elektrometallurgiya, induksiya və elektrik-qövs sobalarında polad əritmə texnologiyalarını, habelə müasir əridici avadanlıqların iş prinsiplərini mənimsətmək.

    Bu fənndən töhfə yoxdur

  5. PLO 5

    Layihələndirmə, tədqiqat və istehsal proseslərinin idarə olunmasında müasir informasiya texnologiyalarından (SolidWorks,SolidCam, ANSYS, 3DMAX və s.) istifadə bacarığı aşılamaq.

    Bu fənndən töhfə yoxdur

  6. PLO 6

    Materialların təkrar emalı və istifadəsi, ovuntu metallurgiyası üsulları ilə materialların alınma texnologiyalarını mənimsətmək.

    Bu fənndən töhfə yoxdur

  7. PLO 7

    Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, eləcə də vətəndaş şüuru və etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq.

    Bu fənndən töhfə yoxdur