Fənn · Metallurgiya mühəndisliyi

MetallurgiyaMövzu planı

İF-3684y8 kreditPayız semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

23 mövzu
  1. 1. Domna istehsalı: xam materiallar, hazırlıq əməliyyatları

    Mühazirə

    Domna prosesi üçün xam materialların (dəmir filizi, koks, flüslər) xarakteristikası və onların əridilməyə hazırlanması mərhələləri

  2. 2. Çuqunun və posanın əmələ gəlməsi, domna əritməsinin məhsulları

    Mühazirə

    Domna sobasında gedən fiziki-kimyəvi reaksiyalar, çuqun və posanın formalaşması mexanizmləri

  3. 3. Havaqızdırıcı və koloşnik qazının təmizlənməsi

    Mühazirə

    Havaqızdırıcıların (kauperlərin) iş prinsipi, koloşnik qazının tərkibi və onun tozdan təmizlənməsi sistemləri

  4. 4. Bessemer, Tomas konvertorunda polad istehsalı və kiçik bessemerləmə

    Mühazirə

    Havalı konvertor proseslərinin (Bessemer və Tomas) nəzəri əsasları və texnoloji xüsusiyyətləri

  5. 5. Konvertor poladının oksigensizləşdirilməsi, sakit və qaynayan poladlar

    Mühazirə

    Poladın tərkibindəki oksigenin kənarlaşdırılması üsulları, qaynayan, yarısakit və sakit poladların mikrosturkturu

  6. 6. Oksigen-konvertor prosesi, əritmə texnologiyası. Oksigen-konvertor prosesinin müxtəlif növləri

    Mühazirə

    Müasir oksigen-konvertor prosesinin fiziki-kimyəvi əsasları, üst və alt üfürmə texnologiyaları.

  7. 7. Marten sobasının quruluşu və iş prinsipi. Əsas Marten prosesi

    Mühazirə

    Marten sobasının konstruksiyası, istilik rejimi və əsaslı astara malik sobada əritmə prosesi

  8. 8. Elektroqövslü sobada polad istehsalı

    Mühazirə

    Elektroqövslü sobaların iş prinsipi, yüksək keyfiyyətli və legirlənmiş poladların əridilməsi texnologiyası

  9. 9. İnduksiya sobasında polad istehsalı

    Mühazirə

    İnduksiya sobalarının xarakteristikası, vakuum və açıq tipli sobalarda əritmə xüsusiyyətləri

  10. 10. Poladın tökülmə texnologiyası

    Mühazirə

    Maye poladın potalara buraxılması, tökmə üsulları və temperatur rejiminin idarə olunması

  11. 11. Külçələrin struktur quruluşu

    Mühazirə

    Kristallaşma prosesi, polad külçəsinin zonal quruluşu (qabıq, sütunvarı, dənəvər zonalar) və likvasiya halları

  12. 12. Fasiləsiz tökmə üsulu

    Mühazirə

    Fasiləsiz poladtökmə maşınlarının (FPTM) quruluşu, iş prinsipi və iqtisadi-texnoloji üstünlükləri

  13. 13. Mis şteynin alınması

    Mühazirə

    Mis filizlərinin və konsentratlarının əridilməsi nəticəsində şteynin formalaşması prosesinin əsasları

  14. 14. Nikel xammalları, metallurji emala hazırlanması Nikel şteynin alınması və konvertorlaşdırılması

    Mühazirə

    Nikel filizlərinin hazırlanması, əridilməsi və alınan şteynin faynşteynə qədər konvertorlaşdırılması

  15. 15. Oksigen - konvertor prosesinin müxtəlif növləri

    Mühazirə

    Müxtəlif konstruksiyalı və üfürmə rejimli (kombinəedilmiş) oksigen-konvertor proseslərinin müqayisəli təhlili

  16. 16. Alüminium haqqında məlumat. Alüminium oksidin istehsalı

    Mühazirə

    Alüminiumun xassələri, boksitlərin Bayer üsulu ilə emalı və alüminium oksidin (giltorpağın) alınması

  17. 17. Filizlərin bütövləşdirilməsi

    Mühazirə

    Xırda filiz və konsentratların aqlomerasiya və okatış (pelletləşdirmə) üsulları ilə bütövləşdirilməsi prosesləri.

  18. 18. Çuqunun və posanın əmələ gəlməsi

    Mühazirə

    Əritmə zamanı posa rejiminin idarə edilməsi və çuqunun kimyəvi tərkibinin formalaşmasının praktiki təhlili.

  19. 19. Domnadan kənar dəmirin alınması

    Mühazirə

    Dəmirin birbaşa bərpa edilməsi üsulları və süngər dəmirin istehsalı texnologiyaları

  20. 20. Əsas Marten prosesi. Kükürd və fosforun kənar olunması

    Mühazirə

    Əsas marten sobalarında zərərli qarışıqların (S və P) metaldan posaya keçirilməsinin termodinamik şərtləri

  21. 21. Elektroqövslü sobanın konstruksiyası

    Mühazirə

    Qövs sobalarının mexaniki və elektrik avadanlıqlarının, elektrod sistemlərinin və astarının praktiki öyrənilməsi

  22. 22. Külçələrdə qüsurlar və onlarla mübarizə

    Mühazirə

    Külçələrdə yaranan makroskopik və mikroskopik qüsurlar (çatlar, məsamələr, likvasiya) və onların qarşısının alınması

  23. 23. Mis xammaları. Misin metallurji emal hazırlanması

    Mühazirə

    Mis filizlərinin növləri, onların zənginləşdirilməsi, flotasiya və qovrulma prosesləri