Fənn haqqında
Kredit
8
İş yükü
240saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Metallurgiya” fənninin məqsədi 050627- “Metallurgiya mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alanlarda metallurgiya sənayesinin keyfiyyət göstəriciləri, onun idarə olunmasının prinsipləri, müasir metodları, eyni zamanda istehlakçılara qəbull olunmuş standartlar çərçivəsində keyfiyyətli, etibarlı və səmərəli üsullarla metal materialları ilə təmin edilməsi sobaların idarə olunmasının müasir metodları və müvafiq normativ-hüquqi baza haqqında kompetent peşəkar biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşılamaq, akademik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.
Fənn təlim nəticələri
CLO 1: Bu fənn qara və əlvan metallurgiyanın fundamental prinsiplərini tam əhatə edən baza kursu kimi çıxış edir. Tələbələr filiz xammalının hazırlanmasından tutmuş, oksigen-konvertor, domna və qövs sobalarında baş verən mürəkkəb oksidləşmə-reduksiya reaksiyalarına qədər olan qlobal texnoloji zənciri dərk edəcəklər. Onlar maye metalların posa ilə qarşılıqlı təsirini tənzimləməyi və əritmə zamanı zərərli qatışıqların minimuma endirilməsi üsullarını təhlil edəcəklər. Yekunda, tələbələr müasir inteqrasiya olunmuş metallurgiya kombinatlarının iş mexanizmini və xammaldan hazır məhsula qədər olan material axınını sistemli şəkildə dəyərləndirməyi bacaracaqlar.