Fənn · Metallurgiya mühəndisliyi

MetallurgiyaSillabus

İF-3684y8 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3684y
Kredit
8
Tələbənin iş yükü
240
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat – mühazirə; b) 30 saat – məşğələ; c) 15 saat – laboratoriya
Auditoriyadan kənar saatlar
a) sərbəst iş - 90 saat, b) hazırlıq - 60 saat

Fənn haqqında

Metallurgiya” fənninin məqsədi 050627- “Metallurgiya mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alanlarda metallurgiya sənayesinin keyfiyyət göstəriciləri, onun idarə olunmasının prinsipləri, müasir metodları, eyni zamanda istehlakçılara qəbull olunmuş standartlar çərçivəsində keyfiyyətli, etibarlı və səmərəli üsullarla metal materialları ilə təmin edilməsi sobaların idarə olunmasının müasir metodları və müvafiq normativ-hüquqi baza haqqında kompetent peşəkar biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşılamaq, akademik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Bu fənn qara və əlvan metallurgiyanın fundamental prinsiplərini tam əhatə edən baza kursu kimi çıxış edir. Tələbələr filiz xammalının hazırlanmasından tutmuş, oksigen-konvertor, domna və qövs sobalarında baş verən mürəkkəb oksidləşmə-reduksiya reaksiyalarına qədər olan qlobal texnoloji zənciri dərk edəcəklər. Onlar maye metalların posa ilə qarşılıqlı təsirini tənzimləməyi və əritmə zamanı zərərli qatışıqların minimuma endirilməsi üsullarını təhlil edəcəklər. Yekunda, tələbələr müasir inteqrasiya olunmuş metallurgiya kombinatlarının iş mexanizmini və xammaldan hazır məhsula qədər olan material axınını sistemli şəkildə dəyərləndirməyi bacaracaqlar.

Mövzu planı

  1. 1.
    Domna istehsalı: xam materiallar, hazırlıq əməliyyatlarıMühazirə

    Domna prosesi üçün xam materialların (dəmir filizi, koks, flüslər) xarakteristikası və onların əridilməyə hazırlanması mərhələləri

  2. 2.
    Çuqunun və posanın əmələ gəlməsi, domna əritməsinin məhsullarıMühazirə

    Domna sobasında gedən fiziki-kimyəvi reaksiyalar, çuqun və posanın formalaşması mexanizmləri

  3. 3.
    Havaqızdırıcı və koloşnik qazının təmizlənməsiMühazirə

    Havaqızdırıcıların (kauperlərin) iş prinsipi, koloşnik qazının tərkibi və onun tozdan təmizlənməsi sistemləri

  4. 4.
    Bessemer, Tomas konvertorunda polad istehsalı və kiçik bessemerləməMühazirə

    Havalı konvertor proseslərinin (Bessemer və Tomas) nəzəri əsasları və texnoloji xüsusiyyətləri

  5. 5.
    Konvertor poladının oksigensizləşdirilməsi, sakit və qaynayan poladlarMühazirə

    Poladın tərkibindəki oksigenin kənarlaşdırılması üsulları, qaynayan, yarısakit və sakit poladların mikrosturkturu

  6. 6.
    Oksigen-konvertor prosesi, əritmə texnologiyası. Oksigen-konvertor prosesinin müxtəlif növləriMühazirə

    Müasir oksigen-konvertor prosesinin fiziki-kimyəvi əsasları, üst və alt üfürmə texnologiyaları.

  7. 7.
    Marten sobasının quruluşu və iş prinsipi. Əsas Marten prosesiMühazirə

    Marten sobasının konstruksiyası, istilik rejimi və əsaslı astara malik sobada əritmə prosesi

  8. 8.
    Elektroqövslü sobada polad istehsalıMühazirə

    Elektroqövslü sobaların iş prinsipi, yüksək keyfiyyətli və legirlənmiş poladların əridilməsi texnologiyası

  9. 9.
    İnduksiya sobasında polad istehsalıMühazirə

    İnduksiya sobalarının xarakteristikası, vakuum və açıq tipli sobalarda əritmə xüsusiyyətləri

  10. 10.
    Poladın tökülmə texnologiyasıMühazirə

    Maye poladın potalara buraxılması, tökmə üsulları və temperatur rejiminin idarə olunması

  11. 11.
    Külçələrin struktur quruluşuMühazirə

    Kristallaşma prosesi, polad külçəsinin zonal quruluşu (qabıq, sütunvarı, dənəvər zonalar) və likvasiya halları

  12. 12.
    Fasiləsiz tökmə üsuluMühazirə

    Fasiləsiz poladtökmə maşınlarının (FPTM) quruluşu, iş prinsipi və iqtisadi-texnoloji üstünlükləri

  13. 13.
    Mis şteynin alınmasıMühazirə

    Mis filizlərinin və konsentratlarının əridilməsi nəticəsində şteynin formalaşması prosesinin əsasları

  14. 14.
    Nikel xammalları, metallurji emala hazırlanması Nikel şteynin alınması və konvertorlaşdırılmasıMühazirə

    Nikel filizlərinin hazırlanması, əridilməsi və alınan şteynin faynşteynə qədər konvertorlaşdırılması

  15. 15.
    Oksigen - konvertor prosesinin müxtəlif növləriMühazirə

    Müxtəlif konstruksiyalı və üfürmə rejimli (kombinəedilmiş) oksigen-konvertor proseslərinin müqayisəli təhlili

  16. 16.
    Alüminium haqqında məlumat. Alüminium oksidin istehsalıMühazirə

    Alüminiumun xassələri, boksitlərin Bayer üsulu ilə emalı və alüminium oksidin (giltorpağın) alınması

  17. 17.
    Filizlərin bütövləşdirilməsiMühazirə

    Xırda filiz və konsentratların aqlomerasiya və okatış (pelletləşdirmə) üsulları ilə bütövləşdirilməsi prosesləri.

  18. 18.
    Çuqunun və posanın əmələ gəlməsiMühazirə

    Əritmə zamanı posa rejiminin idarə edilməsi və çuqunun kimyəvi tərkibinin formalaşmasının praktiki təhlili.

  19. 19.
    Domnadan kənar dəmirin alınmasıMühazirə

    Dəmirin birbaşa bərpa edilməsi üsulları və süngər dəmirin istehsalı texnologiyaları

  20. 20.
    Əsas Marten prosesi. Kükürd və fosforun kənar olunmasıMühazirə

    Əsas marten sobalarında zərərli qarışıqların (S və P) metaldan posaya keçirilməsinin termodinamik şərtləri

  21. 21.
    Elektroqövslü sobanın konstruksiyasıMühazirə

    Qövs sobalarının mexaniki və elektrik avadanlıqlarının, elektrod sistemlərinin və astarının praktiki öyrənilməsi

  22. 22.
    Külçələrdə qüsurlar və onlarla mübarizəMühazirə

    Külçələrdə yaranan makroskopik və mikroskopik qüsurlar (çatlar, məsamələr, likvasiya) və onların qarşısının alınması

  23. 23.
    Mis xammaları. Misin metallurji emal hazırlanmasıMühazirə

    Mis filizlərinin növləri, onların zənginləşdirilməsi, flotasiya və qovrulma prosesləri

Ədəbiyyat

  1. Şükürov R.İ. Metalşünaslıq və termiki emal. Sabah, Bakı 2022

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5