Ümumi məlumat
- Fənn kodu
- İF-3262y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat – mühazirə; b) 15 saat – laboratoriya; c) 15 saat – məşğələ
- Auditoriyadan kənar saatlar
- a) sərbəst iş - 72 saat, b) hazırlıq - 48 saat
Fənn haqqında
“Materiallar texnologiyası” fənninin keçilməsində məqsəd 050627 “Metallurgiya mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsilalanlarda materiallarının istehsalı,onlardan pəstahların, maşın detallarının hazırlanma texnologiyasının müasir, səmərəli və mütərəqqi üsullarından tətbiq edilən avadanlıq və alətlərin konstruksiyasından həmcinin onların iş prinsipinin mənimsənilməsindən ibarətdir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- seminar
- təqdimatlar
- interaktiv müzakirə
Fənn təlim nəticələri (CLO)
CLO 1: Bu fənn mühəndislik materiallarının mexaniki və termiki işlənmə vasitəsilə formaya salınmasının müasir və ənənəvi üsullarını təqdim edir. Tələbələr kəsmə, qaynaq, təzyiqlə emal və tökmə proseslərinin inteqrativ şəkildə istifadə edilərək kommersiya əhəmiyyətli detalların yaradılması prinsiplərini öyrənəcəklər. Fərqli növ materialların, o cümlədən kompozitlərin və xüsusi poladların sənaye miqyasında işlənməsi zamanı yaranan texnoloji məhdudiyyətlər və onların həlli yolları təhlil ediləcək. Fənnin sonunda tələbələr verilmiş rəsm əsasında detalın xüsusiyyətlərinə uyğun ən rəqabətədavamlı və enerjiyə qənaət edən istehsal texnologiyasını planlaşdıra biləcəklər.
Mövzu planı
- 1.Kursun mahiyyəti və məqsədi. Konstruksiya materiallarının növləri və tətbiq sahələriMühazirə
Fənnin məqsədi, sənayedə istifadə olunan əsas konstruksiya materiallarının təsnifatı və onların müasir maşınqayırmada tətbiq sahələrinin öyrənilməsi
- 2.Metalların atom-kristallik quruluşu və struktur təşkilediciləri. Ərintilərin kristal quruluşu. Metal və ərintilərin əsas xassələriMühazirə
Metalların və ərintilərin daxili kristal qəfəs tipləri, struktur qüsurları və onların fiziki-mexaniki xassələrə təsirinin analizi
- 3.Müasir metallurgiya istehsalatı. Metal və ərintilərin istehsalında tətbiq edilən materiallar. Çuqun istehsalı və alınan məhsullar. Polad istehsalı prosesinin mahiyyəti və mərhələləriMühazirə
Qara metallurgiyanın əsasları, domna prosesi vasitəsilə çuqun alınması və müxtəlif üsullarla polad istehsalının texnoloji mərhələləri
- 4.Metalların təzyiqlə emalının mahiyyəti və növləri. Təzyiqlə emalın metalın struktur və xassələrinə təsiri. Təzyiqlə emalda qızdırıcı qurğular və qızdırma rejimiMühazirə
Plastik deformasiyanın fiziki əsasları, təzyiqlə emal zamanı metalın strukturunda baş verən dəyişikliklər və qızdırma rejimlərinin təyini
- 5.Yayma prosesi. Yayma dəzgahları və boru yayma. Presləmə və onun növləri. Çəkib-uzatmaMühazirə
Yayma, presləmə və çəkib-uzatma əməliyyatlarının texnologiyası, istifadə olunan avadanlıqlar və profillərin alınması üsulları
- 6.Sərbəst döymə prosesinin mahiyyəti, əməliyyatları və avadanlıqları. Döymə prosesinin texnologiyasının işlənməsi. Qızmar həcmi ştamplama. Təbəqə ştamplama prosesi. Ştamplamada istifadə olunan çəkiclər və alətlərMühazirə
Sərbəst döymə və ştamplama (həcmi və təbəqə) proseslərinin texnologiyası, lazımi çəkic və pres avadanlıqlarının seçilməsi
- 7.Tökük istehsalının mahiyyəti. Qəlib materialları. Model komplekti. Qəlib və içlik qatışıqlarıMühazirə
Tökmə istehsalının əsasları, model dəstlərinin hazırlanması və qəlib/içlik qarışıqlarının tərkibi və xassələri
- 8.Tökmə sistemi və onun tökük alınmasında rolu. Qum-gilli qəliblərin növləri. Qəlibin əl ilə və maşınla hazırlanma texnologiyası. Qəlib içliklərinin hazırlanma texnologiyasıMühazirə
Tökmə sisteminin elementləri, əl və ya maşın üsulu ilə qəliblərin formalaşdırılması və mürəkkəb içliklərin hazırlanması prosesi
- 9.Qaynaq istehsalının ümumi xarakteristikası. Qaynaq birləşməsi. Elektrik qövsü və onun xassələri. Əl ilə və avtomatik flüsaltı elektrik qövs qaynağı. Qoruyucu qazlar mühitində elektrik-qövs qaynağMühazirə
Qaynaq proseslərinin fiziki əsasları, elektrik qövsünün xassələri, flüsaltı və qoruyucu qaz mühitində qaynaq texnologiyaları
- 10.Qazla qaynaq və qazla kəsmə. Qaz qaynağında alovun xarakteristikası və istifadə olunan avadanlıqlarMühazirə
Qaz qaynağı və kəsmə proseslərinin kimyəvi əsasları, qaz alovunun növləri və istifadə olunan aparatların quruluşu
- 11.Kontakt qaynağı və onun növləri. Lehimləmə prosesinin mahiyyətiMühazirə
Kontakt (nöqtəvi, tikişli) qaynağının elektrik-istilik əsasları və metalların lehimlənməsi texnologiyasının xüsusiyyətləri
- 12.Metalların kəsmə ilə emalı. Kəsgilər, Kəsmə rejimi və kəsilən qatın həndəsəsi. Kəsgiyə təsir edən qüvvələr.Mühazirə
Kəsmə prosesinin nəzəriyyəsi, alətin həndəsəsi, kəsmə rejimlərinin təyini və proses zamanı yaranan kəsmə qüvvələrinin analizi
- 13.Metalkəsən dəzgahların təsnifatı. Pəstahların torna və deşmə dəzgahlarında emalı. Torna dəzgahının quruluşu və onda görülən işlər.Mühazirə
Mexaniki emal dəzgahlarının növləri, xüsusən torna və deşmə dəzgahlarının kinematikası və onlarda aparılan texnoloji əməliyyatlar.
- 14.Kompozisiya materiallarının təsnifatı və alınma texnologiyasıMühazirə
Matrisa və armaturlayıcı elementlərdən ibarət kompozitlərin növləri, onların xüsusi xassələri və sənaye istehsalı texnologiyaları
- 15.Qeyri-metal materiallar və onlardan məmulatların hazırlanmasıMühazirə
Plastmaslar, rezinlər, keramika və şüşə kimi qeyri-metal materialların xassələri və onların formaya salınması (emal) üsulları
Ədəbiyyat
- R.Q.Hüseynov “ Materiallar texnologiyası “ Dərslik, Bakı 2025, 432 səh.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |