Fənn · Metallurgiya mühəndisliyi
Materiallar texnologiyasıCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 | PLO 7 |
|---|---|---|---|---|---|---|---|
| CLO 1CLO-53489Bu fənn mühəndislik materiallarının mexaniki və termiki işlənmə vasitəsilə formaya salınmasının müasir və ənənəvi üsullarını təqdim edir. Tələbələr kəsmə, qaynaq, təzyiqlə emal və tökmə proseslərinin inteqrativ şəkildə istifadə edilərək kommersiya əhəmiyyətli detalların yaradılması prinsiplərini öyrənəcəklər. Fərqli növ materialların, o cümlədən kompozitlərin və xüsusi poladların sənaye miqyasında işlənməsi zamanı yaranan texnoloji məhdudiyyətlər və onların həlli yolları təhlil ediləcək. Fənnin sonunda tələbələr verilmiş rəsm əsasında detalın xüsusiyyətlərinə uyğun ən rəqabətədavamlı və enerjiyə qənaət edən istehsal texnologiyasını planlaşdıra biləcəklər. | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğundur | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
Riyaziyyat, fizika, kimya və mexanika sahəsində fundamental biliklərə yiyələnmək və onları metallurgiya mühəndisliyi məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.
Töhfə verən: CLO 1
PLO 2
Metallurgiyada tətbiq olunan xammal və onun ilkin emalını, ferroərintilərin alınma üsullarını, çuqun və polad istehsalını mənimsətmək.
Bu fənndən töhfə yoxdur
PLO 3
Əlvan metalların istehsal texnologiyalarını, xüsusi əridici qurğuları, metallurji sobaların iş prinsiplərini və istismar xüsusiyyətlərini öyrətmək.
Bu fənndən töhfə yoxdur
PLO 4
Elektrometallurgiya, induksiya və elektrik-qövs sobalarında polad əritmə texnologiyalarını, habelə müasir əridici avadanlıqların iş prinsiplərini mənimsətmək.
Bu fənndən töhfə yoxdur
PLO 5
Layihələndirmə, tədqiqat və istehsal proseslərinin idarə olunmasında müasir informasiya texnologiyalarından (SolidWorks,SolidCam, ANSYS, 3DMAX və s.) istifadə bacarığı aşılamaq.
Bu fənndən töhfə yoxdur
PLO 6
Materialların təkrar emalı və istifadəsi, ovuntu metallurgiyası üsulları ilə materialların alınma texnologiyalarını mənimsətmək.
Töhfə verən: CLO 1
PLO 7
Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, eləcə də vətəndaş şüuru və etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq.
Bu fənndən töhfə yoxdur