Bakalavr proqramı
Metallurgiya mühəndisliyiTəlim məqsədləri
Proqram təlim məqsədləri
Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.
PLO 1PLO-97837
Riyaziyyat, fizika, kimya və mexanika sahəsində fundamental biliklərə yiyələnmək və onları metallurgiya mühəndisliyi məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.
PLO 2PLO-94281
Metallurgiyada tətbiq olunan xammal və onun ilkin emalını, ferroərintilərin alınma üsullarını, çuqun və polad istehsalını mənimsətmək.
PLO 3PLO-98628
Əlvan metalların istehsal texnologiyalarını, xüsusi əridici qurğuları, metallurji sobaların iş prinsiplərini və istismar xüsusiyyətlərini öyrətmək.
PLO 4PLO-47572
Elektrometallurgiya, induksiya və elektrik-qövs sobalarında polad əritmə texnologiyalarını, habelə müasir əridici avadanlıqların iş prinsiplərini mənimsətmək.
PLO 5PLO-37424
Layihələndirmə, tədqiqat və istehsal proseslərinin idarə olunmasında müasir informasiya texnologiyalarından (SolidWorks,SolidCam, ANSYS, 3DMAX və s.) istifadə bacarığı aşılamaq.
PLO 6PLO-99707
Materialların təkrar emalı və istifadəsi, ovuntu metallurgiyası üsulları ilə materialların alınma texnologiyalarını mənimsətmək.
PLO 7PLO-48542
Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, eləcə də vətəndaş şüuru və etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq.