Bakalavr proqramı
Metallurgiya mühəndisliyiSəriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
Peşə səriştələri· 21
COMPETENCY-70823
Metallurgiyada tətbiq olunan xammal və onun ilkin emalı, çuqunun istehsalı, dəmirin (birbaşa filizdən) müasir alınma üsulları, ferroərintilər və onların alınma üsulları, polad istehsalı üsullarını tətbiq edə bilmə bacarığı
COMPETENCY-38231
Əlvan metalların istehsal texnologiyalarını və həmçinin xüsusi əridici qurğuları, müxtəlif texnoloji avadanlıqları analiz etmə bacarığı
COMPETENCY-41635
Qara metal ərintilərinin istehsalında tətbiq olunan xammal, yanacaq və odadavamlı materiallar haqqında geniş biliyə malik olma bacarığı
COMPETENCY-32535
Dəmir filizləri və onların əridilmək üçün hazırlanması, istehsalat tullantıları, flüslər, filizdən birbaşa metal kündənin alınma texnologiyalarını bilməsi
COMPETENCY-83946
Aqlomerat istehsalı, filiz girdələrinin istehsalı və çuqun istehsalı zamanı şixtə materiallarının hazırlanma texnologiyasını bilməsi
COMPETENCY-50889
Çuqun və polad istehsalı zamanı gedən fiziki-kimyəvi prosesləri, maye çuquna və polada qoyulan tələbləri bilməsi
COMPETENCY-82857
Müxtəlif metalların ferroərintiləri və onların tətbiq sahələri haqqında geniş məlumatın mənimsənilməsi, bu prosesdə tətbiq olunan əridici sobalar və onlara qoyulan tələblər, ferrosilisiumun, ferromanqanın və ferroxromun istehsalının mənimsənilməsi
COMPETENCY-56674
Poladın müasir üsullarla istehsalı, şixtənin hesablanması, əritmənin fiziki-kimyəvi əsaslarını bilməli, sakit, yarımsakit və qaynayan polad istehsalı, polad istehsalında tətbiq edilən sobaların quruluşu və istehsal proseslərini tətbiq etmə bacarığı
COMPETENCY-57655
İnduksiya sobalarının əsas hissələri və mexanizmlərini, əritmə sahələrinin forma və ölçülərini, şixtə materiallarını bilməli və induksiya sobalarında polad əritmə texnologiyalarının tətbiqini bacarması
COMPETENCY-37521
Elektrik-qövs sobalarının əsas hissələri və mexanizmlərinin, əritmə sahələrinin forma və ölçülərinin, hörgüsünün və bu prosesdə istifadə edilən materialları bilməli, turş və əsas xassəli elektrik sobalarında polad əritmə texnologiyalarının tətbiqini bacarması
COMPETENCY-22189
Maye, qaz və bərk cisimlərdə baş verən istiliyin və kütlənin ötürülməsi və mübadiləsi haqqında geniş təsəvvürlərə malik olmalı və bu bilikləri metallurgiya mühəndisliyində məharətlə istifadə etmə bacarığı
COMPETENCY-46443
Səth hadisələrin termodinamikası, mayelərin adgeziyası, islatması və onların metallurgiyada əhəmiyyəti, mayelərin əsas hərəkət qanunları haqqında bilikləri metallurgiya mühəndisliyində istifadə etmə bacarığı
COMPETENCY-17776
Sistemin tərkibinin ifadə üsullarını, fazalar qaydasını, istilik diaqramlarının qurulması üsullarını tətbiq edə bilməsi
COMPETENCY-82731
Materialların yeni nümunələrinin layihələrinin işlənməsində informasiya texnologiyalarından istifadə etmə bacarığı
COMPETENCY-63403
Layihələndirmə, tədqiqat və istehsal proseslərinin idarə olunmasında müasir informasiya texnologiyalarından (SolidWorks, SolidCam, ANSYS, 3DMAX və s.) istifadə bacarığı
COMPETENCY-79560
Metal materiallarının istehsalında istifadə edilən energetik və funksional avadanlıqların, texnoloji proseslərin yeniləşdirilməsində iştiraketmə bacarığı
COMPETENCY-89801
Materialların və yarımfabrikatların xassələrinin, texnoloji proseslərin əsas parametrlərinin ölçülməsi üçün texniki vasitələrdən istifadəetmə bacarığı
COMPETENCY-14678
Metal və ərintilərdən elektrometallurgiya üsulu ilə məmulatların istehsal texnologiyalarını bilməsi, elektrometallurgiya və ferroərintilər istehsalı üçün texniki xarakteristika və istismar xüsusiyyətləri nəzərə almaqla texnologiya və köməkçi avadanlıqları seçmə bacarığı
COMPETENCY-86375
Metallurji sobaların iş prinsipini, xarakteristikalarını, istismar xassələrini bilməsi, metallurji sobalarında baş verən istilik hadisələrini hesablamaq bacarığı
COMPETENCY-24580
Müasir standartların tələbləri çərçivəsində layihə, konstruktor və texnoloji sənədlər komplektinin işlənməsində iştirak edə bilmək bacarığı
COMPETENCY-87211
Müəyyən edilmiş metodikalara uyğun təcrübələr aparmaq, nəticələri emal və təhlil etmək, elmi-tədqiqat işlərinin yerinə yetirilməsini təsvir etmək, elmi icmal və nəşrlər tərtib etmək üçün məlumat hazırlamaq bacarığı
İxtisas səriştələri· 9
COMPETENCY-76793
İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqları
COMPETENCY-63231
İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarığı
COMPETENCY-67180
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyəti
COMPETENCY-20899
Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə
COMPETENCY-16780
Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqları
COMPETENCY-17470
Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyəti
COMPETENCY-98043
Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığı
COMPETENCY-42585
Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkiatlar, idarələr və müəssisələrdə işləmək bacarığı
COMPETENCY-81143
Mülki müdafiənin əsasları, qüvvə və vasitələrinə, fövqəladə hallar və onların xarakteristikalarına dair biliklərə, fövqəladə hallarda əhalinin mühafizəsi, əhalinin mülki müdafiə üzrə maariflləndirilməsi haqqında biliklərə, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək bacarığı, fövqəladə hallarda sənaye obyektlərinin işinin dayanıqlığının əsaslarını və qiymətləndirilməsi bacarığı, fövqəladə halların nəticələrinin aradan qaldırılması yollarının təşkili və həyata keçirilməsi bacarığı