Fənn · Mədən mühəndisliyi

Qara metalların metallurgiyasıSillabus

İFS-36129y6 kreditPayız semestriSeçmə

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-36129y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat - mühazirə b) 30 saat – məşğələ
Auditoriyadan kənar saatlar
a) 63 saat – sərbəst iş b) 42 saat - hazırlıq

Fənn haqqında

Bu fənn dəmir, çuqun və polad istehsalının fiziki-kimyəvi əsaslarını, istehsal proseslərini və istifadə olunan ağır metallurji aqreqatların iş prinsipini kompleks şəkildə əhatə edir. Domna sobalarında çuqun istehsalı, müxtəlif poladəritmə texnologiyaları və xammalın (aqlomerat, pelet) ilkin termiki hazırlanması detallı şəkildə öyrənilir. İstehsal zamanı cərəyan edən termodinamik reaksiyalar, fazalararası çevrilmələr və ərintilərin (məsələn, çuqun və qrafit strukturlaşması) formalaşması qanunauyğunluqları dərindən təhlil edilir. Metalların legirlənməsi və mikrostrukturun idarə edilməsi vasitəsilə tələb olunan mexaniki xassələrə malik poladların alınması texnologiyalarına geniş yer verilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Fənnin sonunda tələbə dəmir və polad istehsalının bütün metallurgiya silsiləsini (domna prosesindən poladın tökülməsinə qədər) dərindən bilir. Tələbə dəmir oksidləri və onların reduksiyası, çuqun istehsalı texnologiyaları, poladın konvertor, Marten və elektrik sobalarında əridilməsi üsullarını müqayisəli şəkildə öyrənir. Kurs, poladın keyfiyyətinin artırılması üsullarını (vakuum, plazma və s.) və maye poladın tökülməsi texnologiyalarını (külçə, kokil, davamlı tökmə) əhatə edir. Tələbə həmçinin külçələrdə yaranan qüsurların qarşısının alınması və strukturun formalaşması proseslərini təhlil edir. Beləliklə, tələbə qara metallurgiya müəssisələrinin texnoloji idarə olunması üçün tam mühəndislik biliyi ilə təchiz olunur.

Mövzu planı

  1. 1.
    Qara metalların metallurgiyası: Xammal və hazırlıq əməliyyatları.Mühazirə

    Dəmir filizləri, yanacaq və flüslər. Filizlərin emalı və bütövləşdirilməsi (aqlomerasiya, peletləşdirmə) prosesləri.

  2. 2.
    Dəmir oksidlərinin reduksiyası və çuqun istehsalı.Mühazirə

    Dəmir oksidlərinin reduksiyası domna sobasında çuqun və posanın (şlak) əmələ gəlmə prosesləri.

  3. 3.
    Təkrar emal çuqunları və domna qazlarının təmizlənməsi.Mühazirə

    Çuqunun yenidən əridilməsi və təkrar emalı. Domna sobasından çıxan havaqızdırıcı və koloşnik qazlarının tozdan təmizlənməsi sistemləri.

  4. 4.
    Donadan kənar dəmir istehsalı (Süngərəbənzər dəmir).Mühazirə

    Domna sobasından kənar üsullarla (fırlanan sobalar, putalar, qaynayan qat) birbaşa dəmirin reduksiyası. Dəmirin kündə şəklində alınması.

  5. 5.
    Bessemer konvertorunda polad istehsalı.Mühazirə

    Poladın filizdən birbaşa alınması və Bessemer konvertoru prosesi. Kiçik Bessemerləmə texnologiyasının xüsusiyyətləri.

  6. 6.
    Müasir oksigen-konvertor prosesləri.Mühazirə

    Oksigen-konvertor prosesinin müxtəlif növləri (LD, OCP, Kal-Do və s.). Rotor prosesi və bu metodların poladın keyfiyyətinə təsiri.

  7. 7.
    Marten sobası: quruluşu və iş prinsipi.Mühazirə

    Əsas və turş Marten prosesləri. Sobanın quruluşu, istilik mübadiləsi və polad əriməsinin texnoloji gedişi.

  8. 8.
    Elektroqövs və induksiya sobaları.Mühazirə

    Elektriklə əritmə metodları. Elektroqövs sobalarının konstruksiyası. İnduksiya və puta induksiya sobalarında çuqunun əridilməsi texnologiyası.

  9. 9.
    Elektroqövs və induksiya sobaları.Mühazirə

    Elektriklə əritmə metodları. Elektroqövs sobalarının konstruksiyası. İnduksiya və puta induksiya sobalarında çuqunun əridilməsi texnologiyası.

  10. 10.
    Poladın keyfiyyətinin artırılması: Xüsusi əritmə üsulları.Mühazirə

    Vakuum elektrik-qövs, plazma, elektron şüaları ilə əritmə və elektrik posa ilə yenidən əritmə (ESR) texnologiyaları.

  11. 11.
    Poladın tökülməsi texnologiyası: Külçələr və kokil tökməMühazirə

    Poladın külçə şəklində tökülməsi, kokil vasitəsilə tökmə üsulları və onların texniki parametrləri.

  12. 12.
    Xüsusi tökmə üsulları: Təzyiq və ştamplama.Mühazirə

    Təzyiq altında tökmə, maye ştamplama və mərkəzdənqaçma üsulları ilə polad məmulatların istehsalı.

  13. 13.
    Müasir tökmə texnologiyaları (Vakuum və vibrasiya).Mühazirə

    Vakuumla sorma, nazik qabıqlı qəliblər, vibrasiya ilə tökmə və əridilən modellər üzrə tökmə texnologiyaları.

  14. 14.
    Külçələrin strukturu və keyfiyyəti.Mühazirə

    Bərkimə prosesində külçələrin daxili strukturunun formalaşması (kristalizasiya zonaları). Külçələrdə yaranan qüsurlar.

  15. 15.
    Külçələrdəki qüsurlar və onlarla mübarizə üsulları.Mühazirə

    Qaz boşluqları, çatlar, likvasiya və qeyri-metal qarışıqları kimi qüsurların təhlili və onların qarşısının alınması yolları.

  16. 16.
    Metallurgiya texnologiyalarının optimallaşdırılması.Mühazirə

    Domnadan tökməyə qədər olan bütün prosesin inteqrasiyası, keyfiyyət idarəetməsi və müasir metallurgiya zavodlarının kompleks optimallaşdırılması.

Ədəbiyyat

  1. R.İ.Şükürov,M.M.Rəhimov, Metallurgiya, Çaşığolu, 2020.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5