Fənn · Mədən mühəndisliyi

Qara metalların metallurgiyasıMövzu planı

İFS-36129y6 kreditPayız semestriSeçmə

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

16 mövzu
  1. 1. Qara metalların metallurgiyası: Xammal və hazırlıq əməliyyatları.

    Mühazirə

    Dəmir filizləri, yanacaq və flüslər. Filizlərin emalı və bütövləşdirilməsi (aqlomerasiya, peletləşdirmə) prosesləri.

  2. 2. Dəmir oksidlərinin reduksiyası və çuqun istehsalı.

    Mühazirə

    Dəmir oksidlərinin reduksiyası domna sobasında çuqun və posanın (şlak) əmələ gəlmə prosesləri.

  3. 3. Təkrar emal çuqunları və domna qazlarının təmizlənməsi.

    Mühazirə

    Çuqunun yenidən əridilməsi və təkrar emalı. Domna sobasından çıxan havaqızdırıcı və koloşnik qazlarının tozdan təmizlənməsi sistemləri.

  4. 4. Donadan kənar dəmir istehsalı (Süngərəbənzər dəmir).

    Mühazirə

    Domna sobasından kənar üsullarla (fırlanan sobalar, putalar, qaynayan qat) birbaşa dəmirin reduksiyası. Dəmirin kündə şəklində alınması.

  5. 5. Bessemer konvertorunda polad istehsalı.

    Mühazirə

    Poladın filizdən birbaşa alınması və Bessemer konvertoru prosesi. Kiçik Bessemerləmə texnologiyasının xüsusiyyətləri.

  6. 6. Müasir oksigen-konvertor prosesləri.

    Mühazirə

    Oksigen-konvertor prosesinin müxtəlif növləri (LD, OCP, Kal-Do və s.). Rotor prosesi və bu metodların poladın keyfiyyətinə təsiri.

  7. 7. Marten sobası: quruluşu və iş prinsipi.

    Mühazirə

    Əsas və turş Marten prosesləri. Sobanın quruluşu, istilik mübadiləsi və polad əriməsinin texnoloji gedişi.

  8. 8. Elektroqövs və induksiya sobaları.

    Mühazirə

    Elektriklə əritmə metodları. Elektroqövs sobalarının konstruksiyası. İnduksiya və puta induksiya sobalarında çuqunun əridilməsi texnologiyası.

  9. 9. Elektroqövs və induksiya sobaları.

    Mühazirə

    Elektriklə əritmə metodları. Elektroqövs sobalarının konstruksiyası. İnduksiya və puta induksiya sobalarında çuqunun əridilməsi texnologiyası.

  10. 10. Poladın keyfiyyətinin artırılması: Xüsusi əritmə üsulları.

    Mühazirə

    Vakuum elektrik-qövs, plazma, elektron şüaları ilə əritmə və elektrik posa ilə yenidən əritmə (ESR) texnologiyaları.

  11. 11. Poladın tökülməsi texnologiyası: Külçələr və kokil tökmə

    Mühazirə

    Poladın külçə şəklində tökülməsi, kokil vasitəsilə tökmə üsulları və onların texniki parametrləri.

  12. 12. Xüsusi tökmə üsulları: Təzyiq və ştamplama.

    Mühazirə

    Təzyiq altında tökmə, maye ştamplama və mərkəzdənqaçma üsulları ilə polad məmulatların istehsalı.

  13. 13. Müasir tökmə texnologiyaları (Vakuum və vibrasiya).

    Mühazirə

    Vakuumla sorma, nazik qabıqlı qəliblər, vibrasiya ilə tökmə və əridilən modellər üzrə tökmə texnologiyaları.

  14. 14. Külçələrin strukturu və keyfiyyəti.

    Mühazirə

    Bərkimə prosesində külçələrin daxili strukturunun formalaşması (kristalizasiya zonaları). Külçələrdə yaranan qüsurlar.

  15. 15. Külçələrdəki qüsurlar və onlarla mübarizə üsulları.

    Mühazirə

    Qaz boşluqları, çatlar, likvasiya və qeyri-metal qarışıqları kimi qüsurların təhlili və onların qarşısının alınması yolları.

  16. 16. Metallurgiya texnologiyalarının optimallaşdırılması.

    Mühazirə

    Domnadan tökməyə qədər olan bütün prosesin inteqrasiyası, keyfiyyət idarəetməsi və müasir metallurgiya zavodlarının kompleks optimallaşdırılması.