Fənn · Mədən mühəndisliyi
Dağ-mədən işlərində analitik nəzarətMövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Giriş. Vəsfi, miqdari, texniki, təcili və s. analizlər. Standartlar, texniki şərtlər.
MühazirəAnalitik kimyanın obyekti və vəzifələri. Analiz növlərinin (vəsfi, miqdari, texniki və s.) fərqləri. Dövlət standartları və texniki şərtlərin maddələrin analizindəki tənzimləyici rolu.
2. Antenanın əsas paramertlərinin təcrübi təyini metodları
MühazirəAntenanın istiqamətlənmə diaqramı, güclənmə əmsalı, faydalı iş əmsalı və digər əsas parametrlərin eksperimental ölçülmə üsulları araşdırılır.
3. Titrimetrik analiz: Neytrallaşdırma, oksidləşmə-reduksiya və kompleksəmələgətirmə.
MühazirəNeytrallaşdırma, oksidləşmə-reduksiya, kompleksəmələgətirmə və s. analiz üsulları. Titrləmə prosesinin aparılması, ekvivalent nöqtənin tapılması və analizin nəticələrinin hesablanması
4. Analitik hesablamalar: Konsentrasiyanın təyini və məhlullar.
MühazirəEtalonsuz üsul, etalonla müqayisə üsulu, qrafiki üsul və s. ilə konsentrasiyanın təyini. Etalonsuz üsul ilə çəki analizinin nəticələrinin hesablanması. Normal, faizli, molyar, titrli qatılıqlı məhlulların hazırlanması.
5. Elektrokimyəvi və radiometrik analiz üsulları.
MühazirəElektrokimyəvi, optik və radiometrik analiz üsullarının təsnifatı. Potensiometrik, polyaroqrafik, elektroqravimetrik, konduktometrik və s. analiz üsullarının iş prinsipləri və sənayedə tətbiqi.
6. Optik analizlər və atomun spektral xüsusiyyətləri.
MühazirəRefraktometrik, atom-absorbsiya, nefelometrik analiz üsulları. Xarakterik, polixromatik, monoxromatik və rezonanslı şüaların mahiyyəti. Atomun quruluşu, energetik səviyyələr, şüanın enerjisi və s.
7. Nümunələrin idarə edilməsi: İlkin və orta nümunələrin hazırlanması.
Mühazirəİlkin nümunənin götürülməsi qaydaları, orta nümunənin hazırlanması. İlkin nümunə üçün əlverişli həlledicinin seçilməsi və nümunənin həmin seçilmiş həlledicidə həllolması prosesi.
8. İstehsalat materiallarının analizi.
MühazirəXammallar, köməkçi materiallar, tullantılar və hazır məhsulların xarakteristikaları və onların sənaye şəraitində analizinin aparılması qaydaları.
9. Elementlərin ayrılması və kompleks birləşmələr.
MühazirəFraksiyalar şəklində çökdürmə, selektiv çökdürmə, xromatoqrafiya, ekstraksiya və s. üsullarla elementlərin ayrılması. Təyin ediləcək ionu kompleks birləşmə formasına keçirmə və kompleks ionun parçalanması.
10. Metrologiya elminə giriş.
MühazirəMetrologiya elminin əsasları. Ölçmə, ölçmə vasitələri, etalonların təyinatı və ölçü vahidlərinin vahid sistemi.
11. Analizin aparılmasının metroloji əsasları.
MühazirəAnalizin metroloji əsasları. Mütləq və nisbi analiz üsullarının ölçmə fərqləri. Bölgülənmiş qrafik. Kalibrləmə prosesində xarici standartlar üsulunun tətbiqi.
12. Ölçmə xətaları və ölçmə dəqiqliyi.
MühazirəTəsadüfi, kobud və sistematik xətalar və onların dispersiyası. Ölçmələrdəki qeyri-müəyyənliklər, ölçmə dəqiqliyi. Etibarlı intervalın seçilməsi. Analizin nəticələrinin düzgün olma ehtimalının təhlili.
13. Sistematik xətaların araşdırılması.
MühazirəSistematik xətaların bölüşdürülməsi mexanizmləri. Analizin ayrı-ayrı mərhələləri (nümunə alma, hazırlıq, aparat xətası) üzrə yaranan xətaların aşkarlanması və araşdırılması.
14. Ölçmənin həqiqi və orta qiyməti, nəticələrin dispersiyası.
MühazirəÖlçmənin həqiqi və yaxud orta qiymətinin hesablanması qaydaları. Ayrı-ayrı ölçmə nəticələrinin həqiqi qiymətdən uzaqlaşması tendensiyaları. Ölçmə nəticələrinin mütləq dispersiyasının çıxarılması.
15. Analizin nəticələrinin riyazi-statistik emalı.
MühazirəAnalizin nəticələrinin riyazi və statistik üsullarla araşdırılmasında ehtimal. Qaus funksiyası (normal paylanma) üzrə nəticələrin araşdırılması və xətaların qanunauyğunluqlarının qrafik təsviri.