Fənn · Mədən mühəndisliyi

Faydalı qazıntıların zənginləşdirilməsi

İF-36115y8 kreditYaz semestriMəcburi

Fənn haqqında

Kredit

8

İş yükü

240saat

Semestr

Yaz

Tədris ili

—

Fənnin təsviri

Fənn filiz və qeyri-filiz faydalı qazıntıların sənaye xammalına çevrilməsi üçün tətbiq olunan əsas zənginləşdirmə üsullarını (flotasiya, qravitasiya, maqnit və s.) əhatə edir. Tələbələr xammalın ilkin hazırlanmasından son məhsulun susuzlaşdırılmasına qədər olan texnoloji zənciri öyrənirlər. Kurs zənginləşdirmə göstəricilərinin (çıxım, keyfiyyət) hesablanması və emal proseslərinin texnoloji idarəetməsini tədris edir.

Fənn təlim nəticələri

  1. CLO 1: Fənnin sonunda tələbə filiz və qeyri-filiz faydalı qazıntıların sənaye xammalına çevrilməsi üçün tətbiq olunan əsas zənginləşdirmə üsullarını dərindən bilir. Tələbə qravitasiya, flotasiya, maqnit və elektrik ayrılma metodlarının fiziki-kimyəvi əsaslarını və bu proseslərin texnoloji sxemlərini mənimsəyir. Kurs, zənginləşdirmə fabrikində xammalın ilkin hazırlanmasından (xırdalama, üyütmə, təsnifləmə) son məhsulun susuzlaşdırılmasına qədər olan prosesləri əhatə edir. Tələbə zənginləşdirmənin texnoloji göstəricilərini (çıxım, keyfiyyət, çıxarılma dərəcəsi) hesablamağı və səmərəliliyi təhlil etməyi bacarır. Nəticədə, tələbə mineral xammalın emalı üzrə tam mühəndislik hazırlığına sahib olur.