Ümumi məlumat
- Fənn kodu
- İF-36115y
- Kredit
- 8
- Tələbənin iş yükü
- 240
- Semestr
- Yaz semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat - mühazirə b) 15 saat - məşğələ
- Auditoriyadan kənar saatlar
- a)108 saat - sərbəst iş b) 52 saat - hazırlıq
Fənn haqqında
Fənn filiz və qeyri-filiz faydalı qazıntıların sənaye xammalına çevrilməsi üçün tətbiq olunan əsas zənginləşdirmə üsullarını (flotasiya, qravitasiya, maqnit və s.) əhatə edir. Tələbələr xammalın ilkin hazırlanmasından son məhsulun susuzlaşdırılmasına qədər olan texnoloji zənciri öyrənirlər. Kurs zənginləşdirmə göstəricilərinin (çıxım, keyfiyyət) hesablanması və emal proseslərinin texnoloji idarəetməsini tədris edir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Fənnin sonunda tələbə filiz və qeyri-filiz faydalı qazıntıların sənaye xammalına çevrilməsi üçün tətbiq olunan əsas zənginləşdirmə üsullarını dərindən bilir. Tələbə qravitasiya, flotasiya, maqnit və elektrik ayrılma metodlarının fiziki-kimyəvi əsaslarını və bu proseslərin texnoloji sxemlərini mənimsəyir. Kurs, zənginləşdirmə fabrikində xammalın ilkin hazırlanmasından (xırdalama, üyütmə, təsnifləmə) son məhsulun susuzlaşdırılmasına qədər olan prosesləri əhatə edir. Tələbə zənginləşdirmənin texnoloji göstəricilərini (çıxım, keyfiyyət, çıxarılma dərəcəsi) hesablamağı və səmərəliliyi təhlil etməyi bacarır. Nəticədə, tələbə mineral xammalın emalı üzrə tam mühəndislik hazırlığına sahib olur.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
- Necati Yıldız, Cevher Hazırlama ve Zenginleştirme, Ankara, Türkiye: ERTEM Basım Ltd. Şti. Ankara, 2022
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |