Bakalavr proqramı

Mədən mühəndisliyiTəlim məqsədləri

Bakalavr050624Maşınqayırma və MetallurgiyaMetallurgiya və Materiallar Texnologiyası37 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

11 PLO
  1. PLO 1PLO-51111

    Riyaziyyat, fizika, kimya və geologiya sahəsində fundamental biliklərə yiyələnmək və onları mədən mühəndisliyi məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.

  2. PLO 2PLO-36228

    Faydalı qazıntı yataqlarının geologiyasını, süxurların fiziki-texniki xassələrini və yer qabığının qazıntı kompleksləri ilə əsas struktur elementlərini mənimsətmək

  3. PLO 3PLO-40098

    Süxurların yer altından çıxarılmasına hazırlanmasının texnoloji proseslərini, karyer yüklərinin daşınmasını, tullantıxana yaratma və faydalı qazıntının anbarlaşdırılmasını, köməkçi proseslərin layihələndirilməsini, tədqiqini və optimallaşdırılmasını bacarmağı öyrətmək

  4. PLO 4PLO-36765

    Açıq və yeraltı mədən işlərinin texnologiyası və kompleks mexanikləşdirilməsini, mədən işlərinin səmərəli rejimini, yataqların açılma üsul və sxemlərinin, işlənmə sistemlərinin seçilməsini mənimsətmək

  5. PLO 5PLO-48060

    Dağ-mədən texnikasının, avadanlıqlarının iş prinsiplərini, tətbiq şəraitlərini və texnoloji hesabatlarını aparmağı, süxurların partlayışla dağıdılması üsullarını (partlayıcı maddələr, partlayış vasitələri) mənimsətmək

  6. PLO 6PLO-10681

    Layihələndirmə, tədqiqat və istehsal proseslərinin idarə olunmasında müasir informasiya texnologiyalarından, CAD/CAM sistemlərindən istifadə bacarığı aşılamaq

  7. PLO 7PLO-48299

    Texniki-istismar, erqonomik, texnoloji, iqtisadi və ekoloji tələbləri nəzərə almaqla faydalı qazıntı yataqlarının işlənmə layihələrinin, dağ-mədən texnikasının, energetik qurğuların və sistemlərin işlənməsində iştirak etmək bacarığı formalaşdırmaq

  8. PLO 8PLO-61575

    Markşeyder işlərinin (yataqların hərtərəfli xəritələşdirilməsi, süxurların və yer səthinin yerdəyişməsinin izlənilməsi, torpaqların rekultivasiyası) aparılması bacarığı qazandırmaq

  9. PLO 9PLO-54586

    Mineral xammalın qranulometrik tərkibini təyin etmək, faydalı qazıntıların emalı və zənginləşdirilməsi üçün müvafiq avadanlığı seçmək və hesablamaq bacarığı formalaşdırmaq

  10. PLO 10PLO-86469

    Kollektivdə uyğunlaşmağa və işləməyə hazır olmaq, icraçıların işini təşkil etmək, texnoloji prosesi idarəetmə obyekti kimi analiz etmək bacarığı aşılamaq

  11. PLO 11PLO-11729

    Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, eləcə də vətəndaş şüuru və etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq, elmi-texniki tərəqqiyə uyğun olaraq bilik və bacarıqlarını daim təkmilləşdirmək və ömürboyu təhsil almaq vərdişləri aşılamaq