Bakalavr proqramı
Mədən mühəndisliyiKaryera imkanları
Məzun karyera imkanları
Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.
Mədən mühəndisi (istehsalat-texnoloji sahədə)
Faydalı qazıntı yataqlarının açıq və yeraltı üsullarla işlənməsində, dağ-mədən maşınlarının, energetik qurğuların və digər texniki vasitələrin təmiri və texniki xidmətinin təşkilində, iş yerlərinin texniki təchizatında və texnoloji intizamın təminatına nəzarətdə iştirak edir.
Layihələndirmə mühəndisi
Avtomatik layihələndirmə sistemlərindən istifadə etməklə faydalı qazıntı yataqlarının işlənməsinin müxtəlif proseslərinin, dağ-mədən texnikasının layihələndirilməsində iştirak edir, layihə-konstruktor işlərinin sənədləşdirilməsini və normativ sənədlərə uyğunluğunu təmin edir.
Partlayış işləri mütəxəssisi
Yeraltı mədən qazmalarının keçirilməsində, filizin yeraltı qoparılmasında və karyerlərdə partlayış işlərinin təşkilini, partlayıcı maddələrin və vasitələrin şəraitə uyğun seçilməsini, partlayış işlərinin təhlükəsiz və səmərəli aparılmasını həyata keçirir.
Markşeyder mühəndisi
Faydalı qazıntı yataqlarının həndəsələşdirilməsini, dağ-mədən qrafik sənədləşmələrini, yataqların açıq və yeraltı üsullarla işlənməsində markşeyder planalmalarını, süxurların və yer səthinin yerdəyişməsinin izlənilməsini və torpaqların rekultivasiyasında markşeyder işlərinin aparılmasını təmin edir.
Elmi-tədqiqat mütəxəssisi
Faydalı qazıntı yataqlarının işlənməsi problemlərinin mühəndisi analizini aparır, riyazi modellər tərtib edir, ədədi və natural eksperimentlər həyata keçirir, tədqiqat mövzusu üzrə elmi-texniki məlumatın toplanması və sistemləşdirilməsində iştirak edir.
Təşkilati-idarəetmə mütəxəssisi (mədən istehsalatı meneceri)
Dağ-mədən müəssisələrinin əsas vəzifə və funksiyalarını, sahibkarlıq fəaliyyətini idarə edir, kiçik istehsalat kollektivlərinin işini təşkil edir, personalın işinin və əmək haqqı fondunun planlaşdırılmasını, əsas fondların dövriyyəsini və istismar xərclərini idarə edir.
Servis-istismar mütəxəssisi
Dağ-mədən texnikasının və onun ayrı-ayrı hissələrinin texniki vəziyyətinin və qalıq resurslarının yoxlanılmasını, profilaktik baxışın və növbəti təmirin təşkilini, avadanlıqların istismar qaydalarının tərtibində iştirakı həyata keçirir.