Fənn · Materiallar mühəndisliyi

Materialların mexaniki və fiziki xassələriCLO↔PLO matrisi

İFS-42118y 6 kreditYaz semestriSeçmə2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

1 CLO × 9 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6PLO 7PLO 8PLO 9
CLO 1CLO-85777"Materialların mexaniki və fiziki xassələri" fənni tələbələrə mühəndislik materiallarının xarici qüvvələr, temperatur, elektrik və maqnit sahələri qarşısında göstərdiyi reaksiyaları dərindən mənimsədir. Tələbələr materialların möhkəmlik, plastiklik, sərtlik və elastiklik kimi mexaniki xassələrini, həmçinin gərginlik-deformasiya asılılıqlarını təhlil etmək bacarığına yiyələnirlər. Eyni zamanda, kurs müddətində materialların sıxlıq, istilik keçirmə, elektrik keçiriciliyi və maqnit xüsusiyyətləri kimi mühüm fiziki parametrlərinin daxili strukturla əlaqəsi öyrənilir. Tələbələr laboratoriya mühitində dartılma, zərbə və sərtlik sınaqları keçirərək materialların real istismar şəraitindəki dözümlülüyünü və yararlılığını qiymətləndirmək vərdişləri qazanırlar. Yekunda əldə edilən bu kompleks biliklər maşınqayırma, tikinti və metallurgiya sahələrində konstruksiyaların təhlükəsizliyini, effektivliyini və uzunömürlülüyünü təmin edəcək optimal material seçimi aparmağa imkan verir.uyğun deyiluyğun deyiluyğunduruyğunduruyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil

Proqram təlim məqsədləri

  1. PLO 1

    Riyaziyyat, fiziki-kimya, mexanika və kristalloqrafiya sahəsində fundamental biliklərə yiyələnmək və onları materialşünaslıq məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.

    Bu fənndən töhfə yoxdur

  2. PLO 2

    Materialların daxili quruluşunu, mikro və makroquruluşlarını, materialların əsas xassələrinin onların tərkibindən və quruluşundan asılılığını öyrətmək.

    Bu fənndən töhfə yoxdur

  3. PLO 3

    Fiziki-kimyəvi proseslərin və qanunauyğunluqların mahiyyətini, termodinamikanın qanunlarını, materialların istehsalı zamanı baş verən fiziki-kimyəvi prosesləri mənimsətmək və lazım olan xassəyə malik materialın əldə edilməsi üçün texnoloji prosesi tənzimləmək bacarığı formalaşdırmaq.

    Töhfə verən: CLO 1

  4. PLO 4

    Müasir fiziki-kimyəvi analiz üsulları (rentgenoqrafiya, diferensial-termiki analiz, elektron mikroskopiyası) haqqında nəzəri biliklərə yiyələnmək və bu analizlərin həyata keçirilməsi üçün istifadə olunan cihazlarda işləmək bacarığı aşılamaq.

    Töhfə verən: CLO 1

  5. PLO 5

    Materialların mənşəyi, quruluşu və xassələri haqqında nəzəri və praktiki biliklərə yiyələnməklə, konstruksiya və qurğuların istismar şəraitinə uyğun materialların seçilməsi bacarığı formalaşdırmaq.

    Bu fənndən töhfə yoxdur

  6. PLO 6

    Materialların unifikasiya və standartlaşdırma səviyyəsini təmin etməklə müasir insanların dayanmadan artan tələbatını və daima dəyişən zövqünü təmin edən materiallar istehsal etmək bacarığı qazandırmaq.

    Bu fənndən töhfə yoxdur

  7. PLO 7

    Yeni növ material tərkiblərinin və istehsal texnologiyalarının işlənməsində informasiya texnologiyalarından (SolidWorks, SolidCam, ANSYS və s.) istifadə bacarığı aşılamaq.

    Bu fənndən töhfə yoxdur

  8. PLO 8

    Materialların təkrar emalı və istifadəsi, sənaye tullantıları əsasında məmulat istehsalının xüsusiyyətlərini, texniki-iqtisadi səmərəliliyi və ekoloji təhlükəsizliyi mənimsətmək.

    Bu fənndən töhfə yoxdur

  9. PLO 9

    Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq, elmi-texniki tərəqqiyə uyğun olaraq bilik və bacarıqlarını daim təkmilləşdirmək və ömürboyu təhsil almaq vərdişləri aşılamaq.

    Bu fənndən töhfə yoxdur