Fənn · Materiallar mühəndisliyi

Texniki xarici dil (ingilis)Sillabus

İFS-3692y 6 kreditPayız semestriSeçmə

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-3692y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 60 saat məşğələ
Auditoriyadan kənar saatlar
a) 72 saat sərbəst iş b) 48 saat hazırlıq

Tədris metodları

  • interaktiv müzakirə
  • komanda işi
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: "Texniki xarici dil" fənnini bitirən tələbə öz ixtisasına aid elmi-texniki ədəbiyyatı, standartları və texnoloji sənədləri sərbəst oxuyub başa düşməyi, həmçinin bu məlumatları təhlil edib şərhlər verməyi bacarır. O, peşəkar terminologiyadan istifadə etməklə texniki hesabatlar hazırlayır, prezentasiyalar edir və beynəlxalq mühəndislik layihələrində şifahi və yazılı ünsiyyət qura bilir. Kursun sonunda tələbə texniki mövzularda fikir mübadiləsi aparmaq, mürəkkəb mühəndislik proseslərini xarici dildə dəqiq izah etmək və sahə üzrə qlobal yenilikləri izləmək üçün lazım olan dil kompetensiyalarına yiyələnir.

Mövzu planı

  1. 1.
    Materialşünaslıq və mühəndisliyin ümumi anlayışları (General concepts of materials science and engineering)Məşğələ

    Materialşünaslıq fənninə giriş, materialların makro və mikro strukturu, xassələri, emal texnologiyaları və istismar performansı arasındakı fundamental əlaqələrin öyrənilməsi.

  2. 2.
    Metalların tədqiqi üçün ümumi xarakteristika və struktur metodları (General characterisation and structural methods for the study of metals)Məşğələ

    Metalların daxili strukturunu öyrənmək üçün istifadə olunan ənənəvi və müasir tədqiqat metodlarının (optik metalloqrafiya, rentgen difraksiyası, elektron mikroskopiyası) xarakteristikası.

  3. 3.
    Atom-kristallik quruluş (Atomic crystal structure)Məşğələ

    Metalların daxili qəfəs quruluşu, atomların fəzada yerləşmə qaydaları, əsas kristal sistemləri (BCC, FCC, HCP), qablaşdırma sıxlığı və koordinasiya ədədləri.

  4. 4.
    Polimorf çevrilmələr (Polymorphic transformations)Məşğələ

    Temperatur və təzyiqin dəyişməsi ilə bərk halda olan metalların (məsələn, dəmir, titan) bir kristal modifikasiyasından digərinə keçməsi (allotropiya) hadisəsi.

  5. 5.
    Ərintilərdə kristallaşma prosesi və faza çevrilmələri (Crystallisation process and phase transformations in alloys)Məşğələ

    Maye fazadan bərk faza keçid zamanı kristallaşma mərkəzlərinin (rüşeymlərin) yaranması və böyüməsi mexanizmləri, çoxkomponentli sistemlərdə termodinamik faza çevrilmələri.

  6. 6.
    Metallik xassələrin ümumi xarakteristikası (General characterization of metallic properties)Məşğələ

    Metalların əsas fiziki (elektrik və istilik keçiriciliyi, maqnit xassələri), kimyəvi və texnoloji xassələrinin icmalı və metal rabitəsinin bu xassələrə təsiri.

  7. 7.
    Metalların bərkliyi (Hardness of Metals)Məşğələ

    Bərklik anlayışı, materialın xarici sərt cismin nüfuzetməsinə qarşı müqaviməti və bərkliyin Brinell, Rokvell, Vikkers üsulları ilə ölçülməsi metodikası.

  8. 8.
    Metalların deqradasiyası və dağılması (Metal deterioration)Məşğələ

    İstismar şəraitində materialların dağılma mexanizmləri: tsiklik yüklənmədən yorulma, yüksək temperaturda sürüncəklik (krip), kövrək qırılma və ətraf mühitin təsiri ilə korroziya prosesləri.

  9. 9.
    Metalların möhkəmliyinin artırılması yolları (Ways of increasing the strength of metals)Məşğələ

    Dislokasiya nəzəriyyəsinə əsaslanan möhkəmləndirmə mexanizmləri: dənəölçüsünün kiçildilməsi (Xoll-Petç tənliyi), bərk məhlulla legirləmə, dispersiya və naqillənmə (plastik deformasiya) ilə bərkitmə.

  10. 10.
    Faza tarazlığı diaqramı (Phase equilibrium diagram)Məşğələ

    Çoxkomponentli sistemlərdə temperatur və konsentrasiyadan asılı olaraq faza tarazlıqlarını göstərən hal diaqramlarının qurulması, Qibbsin fazalar qaydası və rıçaq qaydasının tətbiqi.

  11. 11.
    Dəmir-karbon hal diaqramı (Iron-carbon diagram)Məşğələ

    Materialşünaslığın baza diaqramı olan Fe-C (dəmir-sementit) sisteminin ətraflı analizi, kritik temperaturlar ($A_1, A_3, A_{cm}$) və sistemdə formalaşan fazalar (ferrit, austenit, perlit, ledeburit).

  12. 12.
    Karbonlu poladlar (Carbon steels)Məşğələ

    Tərkibindəki karbonun faizinə görə poladların təsnifatı (az, orta və yüksək karbonlu), onların mikrostrukturu, əsas mexaniki xassələri və sənayedəki spesifik tətbiq sahələri.

  13. 13.
    Çuqunlar: Strukturu və xassələri. Terminoloji izah (Hissə I)Məşğələ

    Dəmir-karbon ərintisi olan çuqunların ümumi xarakteristikası, tərkibindəki karbonun fiziki-kimyəvi vəziyyəti (sərbəst qrafit və ya sementit şəklində) və ağ çuqunların struktur formalarnın izahı.

  14. 14.
    Çuqunlar: Strukturu və xassələri. Tətbiqi və Təsnifatı (Hissə II)Məşğələ

    Çuqunlarda qrafitləşmə prosesinin termodinamikası; boz, yüksək möhkəmlikli və döyülən çuqunların mikrostruktur xüsusiyyətləri, qrafit formalarının modifikasiyası və markalanması.

Ədəbiyyat

  1. R. Askeland University of Missouri—Rolla, Emeritus Pradeep P. Fula University of Pittsburgh Wendelin J. Wright Bucknell University, The Science and Engineering of Materials, University of Missouri, 2010.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5