Fənn · Materiallar mühəndisliyi
Texniki xarici dil (ingilis)CLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 | PLO 7 | PLO 8 | PLO 9 |
|---|---|---|---|---|---|---|---|---|---|
| CLO 1CLO-51334"Texniki xarici dil" fənnini bitirən tələbə öz ixtisasına aid elmi-texniki ədəbiyyatı, standartları və texnoloji sənədləri sərbəst oxuyub başa düşməyi, həmçinin bu məlumatları təhlil edib şərhlər verməyi bacarır. O, peşəkar terminologiyadan istifadə etməklə texniki hesabatlar hazırlayır, prezentasiyalar edir və beynəlxalq mühəndislik layihələrində şifahi və yazılı ünsiyyət qura bilir. Kursun sonunda tələbə texniki mövzularda fikir mübadiləsi aparmaq, mürəkkəb mühəndislik proseslərini xarici dildə dəqiq izah etmək və sahə üzrə qlobal yenilikləri izləmək üçün lazım olan dil kompetensiyalarına yiyələnir. | uyğundur | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğundur |
Proqram təlim məqsədləri
PLO 1
Riyaziyyat, fiziki-kimya, mexanika və kristalloqrafiya sahəsində fundamental biliklərə yiyələnmək və onları materialşünaslıq məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.
Töhfə verən: CLO 1
PLO 2
Materialların daxili quruluşunu, mikro və makroquruluşlarını, materialların əsas xassələrinin onların tərkibindən və quruluşundan asılılığını öyrətmək.
Töhfə verən: CLO 1
PLO 3
Fiziki-kimyəvi proseslərin və qanunauyğunluqların mahiyyətini, termodinamikanın qanunlarını, materialların istehsalı zamanı baş verən fiziki-kimyəvi prosesləri mənimsətmək və lazım olan xassəyə malik materialın əldə edilməsi üçün texnoloji prosesi tənzimləmək bacarığı formalaşdırmaq.
Bu fənndən töhfə yoxdur
PLO 4
Müasir fiziki-kimyəvi analiz üsulları (rentgenoqrafiya, diferensial-termiki analiz, elektron mikroskopiyası) haqqında nəzəri biliklərə yiyələnmək və bu analizlərin həyata keçirilməsi üçün istifadə olunan cihazlarda işləmək bacarığı aşılamaq.
Bu fənndən töhfə yoxdur
PLO 5
Materialların mənşəyi, quruluşu və xassələri haqqında nəzəri və praktiki biliklərə yiyələnməklə, konstruksiya və qurğuların istismar şəraitinə uyğun materialların seçilməsi bacarığı formalaşdırmaq.
Bu fənndən töhfə yoxdur
PLO 6
Materialların unifikasiya və standartlaşdırma səviyyəsini təmin etməklə müasir insanların dayanmadan artan tələbatını və daima dəyişən zövqünü təmin edən materiallar istehsal etmək bacarığı qazandırmaq.
Bu fənndən töhfə yoxdur
PLO 7
Yeni növ material tərkiblərinin və istehsal texnologiyalarının işlənməsində informasiya texnologiyalarından (SolidWorks, SolidCam, ANSYS və s.) istifadə bacarığı aşılamaq.
Bu fənndən töhfə yoxdur
PLO 8
Materialların təkrar emalı və istifadəsi, sənaye tullantıları əsasında məmulat istehsalının xüsusiyyətlərini, texniki-iqtisadi səmərəliliyi və ekoloji təhlükəsizliyi mənimsətmək.
Bu fənndən töhfə yoxdur
PLO 9
Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq, elmi-texniki tərəqqiyə uyğun olaraq bilik və bacarıqlarını daim təkmilləşdirmək və ömürboyu təhsil almaq vərdişləri aşılamaq.
Töhfə verən: CLO 1