Fənn · Materiallar mühəndisliyi

Əlvan metalların materialşünaslığıCLO↔PLO matrisi

İFS-36141y 9 kreditYaz semestriSeçmə2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

1 CLO × 9 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6PLO 7PLO 8PLO 9
CLO 1CLO-81357"Əlvan metalların metalşünaslığı" fənni tələbələrə alüminium, mis, titan kimi metalların və onların ərintilərinin daxili quruluşunu, faza çevrilmələrini və xassələrini öyrədir. Tələbələr bu materialların yüngüllük və korroziyaya davamlılıq kimi xüsusiyyətlərini artırmaq üçün tətbiq edilən legirləmə və termiki emal texnologiyalarını mənimsəyirlər. Yekunda onlar aerokosmik, elektronika və avtomobil sənayesi layihələri üçün optimal əlvan metalları sərbəst seçmək və istehsalatda tətbiq etmək bacarığı qazanırlar.uyğunduruyğunduruyğun deyiluyğun deyiluyğunduruyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil

Proqram təlim məqsədləri

  1. PLO 1

    Riyaziyyat, fiziki-kimya, mexanika və kristalloqrafiya sahəsində fundamental biliklərə yiyələnmək və onları materialşünaslıq məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.

    Töhfə verən: CLO 1

  2. PLO 2

    Materialların daxili quruluşunu, mikro və makroquruluşlarını, materialların əsas xassələrinin onların tərkibindən və quruluşundan asılılığını öyrətmək.

    Töhfə verən: CLO 1

  3. PLO 3

    Fiziki-kimyəvi proseslərin və qanunauyğunluqların mahiyyətini, termodinamikanın qanunlarını, materialların istehsalı zamanı baş verən fiziki-kimyəvi prosesləri mənimsətmək və lazım olan xassəyə malik materialın əldə edilməsi üçün texnoloji prosesi tənzimləmək bacarığı formalaşdırmaq.

    Bu fənndən töhfə yoxdur

  4. PLO 4

    Müasir fiziki-kimyəvi analiz üsulları (rentgenoqrafiya, diferensial-termiki analiz, elektron mikroskopiyası) haqqında nəzəri biliklərə yiyələnmək və bu analizlərin həyata keçirilməsi üçün istifadə olunan cihazlarda işləmək bacarığı aşılamaq.

    Bu fənndən töhfə yoxdur

  5. PLO 5

    Materialların mənşəyi, quruluşu və xassələri haqqında nəzəri və praktiki biliklərə yiyələnməklə, konstruksiya və qurğuların istismar şəraitinə uyğun materialların seçilməsi bacarığı formalaşdırmaq.

    Töhfə verən: CLO 1

  6. PLO 6

    Materialların unifikasiya və standartlaşdırma səviyyəsini təmin etməklə müasir insanların dayanmadan artan tələbatını və daima dəyişən zövqünü təmin edən materiallar istehsal etmək bacarığı qazandırmaq.

    Bu fənndən töhfə yoxdur

  7. PLO 7

    Yeni növ material tərkiblərinin və istehsal texnologiyalarının işlənməsində informasiya texnologiyalarından (SolidWorks, SolidCam, ANSYS və s.) istifadə bacarığı aşılamaq.

    Bu fənndən töhfə yoxdur

  8. PLO 8

    Materialların təkrar emalı və istifadəsi, sənaye tullantıları əsasında məmulat istehsalının xüsusiyyətlərini, texniki-iqtisadi səmərəliliyi və ekoloji təhlükəsizliyi mənimsətmək.

    Bu fənndən töhfə yoxdur

  9. PLO 9

    Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq, elmi-texniki tərəqqiyə uyğun olaraq bilik və bacarıqlarını daim təkmilləşdirmək və ömürboyu təhsil almaq vərdişləri aşılamaq.

    Bu fənndən töhfə yoxdur