Bakalavr proqramı

Materiallar mühəndisliyiTəlim məqsədləri

Bakalavr050623Maşınqayırma və MetallurgiyaMetallurgiya və Materiallar Texnologiyası38 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

9 PLO
  1. PLO 1PLO-46885

    Riyaziyyat, fiziki-kimya, mexanika və kristalloqrafiya sahəsində fundamental biliklərə yiyələnmək və onları materialşünaslıq məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.

  2. PLO 2PLO-29940

    Materialların daxili quruluşunu, mikro və makroquruluşlarını, materialların əsas xassələrinin onların tərkibindən və quruluşundan asılılığını öyrətmək.

  3. PLO 3PLO-59433

    Fiziki-kimyəvi proseslərin və qanunauyğunluqların mahiyyətini, termodinamikanın qanunlarını, materialların istehsalı zamanı baş verən fiziki-kimyəvi prosesləri mənimsətmək və lazım olan xassəyə malik materialın əldə edilməsi üçün texnoloji prosesi tənzimləmək bacarığı formalaşdırmaq.

  4. PLO 4PLO-45448

    Müasir fiziki-kimyəvi analiz üsulları (rentgenoqrafiya, diferensial-termiki analiz, elektron mikroskopiyası) haqqında nəzəri biliklərə yiyələnmək və bu analizlərin həyata keçirilməsi üçün istifadə olunan cihazlarda işləmək bacarığı aşılamaq.

  5. PLO 5PLO-59725

    Materialların mənşəyi, quruluşu və xassələri haqqında nəzəri və praktiki biliklərə yiyələnməklə, konstruksiya və qurğuların istismar şəraitinə uyğun materialların seçilməsi bacarığı formalaşdırmaq.

  6. PLO 6PLO-17827

    Materialların unifikasiya və standartlaşdırma səviyyəsini təmin etməklə müasir insanların dayanmadan artan tələbatını və daima dəyişən zövqünü təmin edən materiallar istehsal etmək bacarığı qazandırmaq.

  7. PLO 7PLO-82714

    Yeni növ material tərkiblərinin və istehsal texnologiyalarının işlənməsində informasiya texnologiyalarından (SolidWorks, SolidCam, ANSYS və s.) istifadə bacarığı aşılamaq.

  8. PLO 8PLO-94255

    Materialların təkrar emalı və istifadəsi, sənaye tullantıları əsasında məmulat istehsalının xüsusiyyətlərini, texniki-iqtisadi səmərəliliyi və ekoloji təhlükəsizliyi mənimsətmək.

  9. PLO 9PLO-81837

    Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq, elmi-texniki tərəqqiyə uyğun olaraq bilik və bacarıqlarını daim təkmilləşdirmək və ömürboyu təhsil almaq vərdişləri aşılamaq.