Bakalavr proqramı
Materiallar mühəndisliyiKaryera imkanları
Məzun karyera imkanları
Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.
Materiallar mühəndisi (istehsalat sahəsində)
Sənayenin müxtəlif sahələrində (metallar, keramika materialları, şüşələr, betonlar və s.) material istehsalı proseslərində, xammalın seçilməsi, materialların xassələrinin təyini və istehsal texnologiyasının tənzimlənməsi işlərində iştirak edir.
Layihələndirmə mühəndisi
Material istehsalı avadanlıqlarının, texnoloji sistemlərin layihələndirilməsində SolidWorks, SolidCam, ANSYS və s. proqramlarından və kompüter qrafikasından istifadə edərək materialların analizi və tətbiqində iştirak edir.
Elmi-tədqiqat mütəxəssisi
Materiallar üzrə biliklərin tələb olunduğu elmi-tədqiqat institutlarında, laboratoriyalarında və mərkəzlərində yeni materialların tədqiqi, fiziki-kimyəvi analiz üsulları (rentgenoqrafiya, elektron mikroskopiyası və s.) ilə sınaqdan keçirilməsi və xassələrinin öyrənilməsi ilə məşğul olur.
Materialların təkrar emalı mütəxəssisi
Sənaye tullantıları, yanacaq külləri, şüşə qırıntıları, plastik kütlələr kimi materialların təkrar emalı və istifadəsi sahəsində texnoloji proseslərin idarə olunmasını, iqtisadi səmərəlilik və ekoloji təhlükəsizlik prinsiplərinə uyğun həyata keçirir.
Akademik fəaliyyət (müəllim/tədqiqatçı)
Universitetlərdə və digər ali təhsil müəssisələrində tədris və elmi-pedaqoji fəaliyyətlə məşğul olur.
İstehsalat meneceri
Müəssisənin maddi-texniki təchizatı, istehsal etdiyi məhsulun maya dəyəri və satış qiyməti üzrə iqtisadi analiz aparır, kollektivlə uyğunlaşaraq idarəetmə qərarlarının qəbulunda iştirak edir.
Keyfiyyət idarəetmə mütəxəssisi
İstehsalat prosesində materialların və yarımfabrikatların texniki-analitik nəzarətini, sınaq və sertifikatlaşdırma proseslərini müasir cihaz və metrologiya vasitələri ilə həyata keçirir, məhsulun dövlət və beynəlxalq standartlara uyğunluğunu qiymətləndirir, uyğunsuzluqların səbəblərini təhlil edir və istehsal prosesində keyfiyyətə zəmanət sistemlərinin qurulması və təkmilləşdirilməsi üzrə fəaliyyət göstərir.