Fənn · Maşın mühəndisliyi (bachelor)

İxtisasa giriş

İF-3351y4 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

4

İş yükü

120saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“İxtisasa giriş” fənni “Maşın mühəndisliyi” ixtisası üzrə təhsil alan II semestr tələbələrinin seçdikləri peşə sahəsinə şüurlu adaptasiyasını təmin etmək və onlarda ilkin baza biliklərini formalaşdırmaq məqsədi daşıyır. Kurs çərçivəsində tələbələr tədris proqramının strukturu, attestasiya qaydaları və gələcək peşə fəaliyyətinin istiqamətləri (layihə-konstruktor, elmi-tədqiqat və idarəetmə) ilə yaxından tanış olurlar. Fənn maşınqayırma istehsalının əsaslarını, maşınların həyat tsiklini, müəssisələrin təsnifatını və istehsalatda tətbiq edilən müasir texnoloji prosesləri əhatə edir. Eyni zamanda, tədris müddətində materiallar elmi, pəstahların alınma üsulları, metalkəsən dəzgahların quruluşu, hissələrin emal texnologiyaları və ölçmə-nəzarət vasitələri barədə fundamental məlumatlar verilir. Fənnin mənimsənilməsi tələbələrin mühəndislik ixtisasına marağını artırmaqla yanaşı, onların gələcəkdə rəqabətədavamlı və peşəkar mütəxəssis kimi formalaşması üçün möhkəm zəmin yaradır.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1 (İxtisas və təhsil proqramının mənimsənilməsi): "Maşın mühəndisliyi" ixtisasının tədris proqramının strukturunu, fənlərin tədris ardıcıllığını, təhsil müddətini və Yekun Dövlət Attestasiyasının tələblərini izah etmək.

  2. CLO 2: FTN 2 (Maşınqayırma və kəsmə proseslərinin nəzəri əsasları): Maşınqayırma texnologiyasının baza prinsiplərini, kəsmə prosesinin əsas anlayışlarını və texnoloji proseslərin layihələndirilməsi/avtomatlaşdırılması məsələlərini təhlil etmək.

  3. CLO 3: FTN 3 (Dəqiqlik, keyfiyyət və ölçmə vasitələrinin qiymətləndirilməsi): Maşın hissələrinin səthlərinin dəqiqliyi və keyfiyyəti, eləcə də səthlərin nəzarət üsulları və ölçmə vasitələri haqqında ilkin mühəndislik biliklərini tətbiq etmək.

  4. CLO 4: FTN 4 (Maşın istehsalı avadanlıqlarının mənimsənilməsi): Maşın istehsalında istifadə olunan əsas avadanlıqların, texnoloji vasitələrin təyinatını və peşə fəaliyyətindəki rolunu müəyyənləşdirmək.

  5. CLO 5: FTN 5 (Peşəkar adaptasiya və baza biliklərin inteqrasiyası): Qazanılmış baza mühəndislik biliklərini seçilmiş ixtisas çərçivəsində tətbiq edərək akademik mühitə adaptasiya olunmaq və peşəkar mütəxəssis kimi inkişaf istiqamətini müəyyən etmək.