Ümumi məlumat
- Fənn kodu
- İFS-4154y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) Mühazirə-45 saat b) Seminar -15 saat
- Auditoriyadan kənar saatlar
- a) TSİ- 72 saat b) MRTSİ-48 saat
Fənn haqqında
“Əmək mühafizəsi və texniki təhlükəsizlik ” fənni aşağıdakı mövzular : üz¬rə tədris olunur: Əmək mühafizəsinin nəzəri əsasları. Əmək mühafizəsinin erqonomik əsasları. Əmək mühafizəsinin qanunvericilik və ümumi məsələləri. Əmək gigienası və istehsalat sanitariyası. Təhlükəsizlik texnikasının əsasları. Yanğın təhlükəsizliyinin əsasları
Tədris metodları
- mühazirə
- seminar
- təqdimatlar
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: Əmək mühafizəsinin nəzəri əsaslarını, əsas anlayışlarını və hüquqi-normativ sənədlərini izah edir və onların istehsalat mühitində tətbiqini şərh edir.
CLO 2: Erqonomikanın prinsiplərini və əmək gigiyenası tələblərini qiymətləndirərək iş yerlərində təhlükəli və zərərli istehsalat amillərini müəyyən edir.
CLO 3: İstehsalat sanitariyası və texniki təhlükəsizlik qaydalarını kimya mühəndisliyi müəssisələrində tətbiq edir və risklərin azaldılması üçün uyğun tədbirlər seçir.
CLO 4: FTN3: Simmetrik və qeyri-simmetrik qısaqapanma rejimlərində cərəyanların və digər elektrik kəmiyyətlərinin qiymətlərini müxtəlif hesablama üsulları ilə müəyyən edir;
CLO 5: Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə normativ tələblərə uyğun təhlükəsiz iş mühitinin təşkili ilə bağlı qərarlar qəbul edir və əsaslandırır.
Mövzu planı
- 1.1. Giriş. “Əmək mühafizəsi” fənnin əsas məqsəd və vəzifələri.Mühazirə
- Əmək mühafizəsi anlayışı. Əmək mühafizəsinin vacibliyi. Gündəlik həyatda və iş yerlərində əmək mühafizəsinin rolu.
- 2.2. Əmək mühafizəsinin təşkilati məsələləri. AR-da əmək mühafizəsi üzrə qanunvericilik aktları, qaydalar, standartlar.Mühazirə
- Əmək mühafizəsi anlayışı. Əmək mühafizəsinin vacibliyi. Gündəlik həyatda və iş yerlərində əmək mühafizəsinin rolu.
- 3.3. İstehsalat zədələnmələri və peşə xəstəlikləri, onların səbəbləri, qeydə alınması, hesablanması və analizi. Mühazirə
Təhlükəli və zərərli istehsal amilləri. Travmatizm və xəstələnmənin analizi. Peşə xəstəliklərinin müxtəlifliyi və onların yaranma səbəblərinin təyini.
- 4.4. İstehsalat otaqlarının hava şəraitinin sağlamlaşdırılması. İş yerlərinin meteroloji parametrləri və onların təmini.Mühazirə
- İş yerlərində hava şəraitinin işçilərə və iş prosesinə təsiri. İş yerlərində meteroloji şəraitin təsir amilləri. Sağlam əmək şəraitinin yaradılması üçün meteroloji şəraitin təyin olunma üsulları, normalaşdırılması və standartları. (M)
- 5.5. İstehsalat binalarının ventilyasiyası və onun növləri.Mühazirə
Nizamlanan təbii ventilyasiya. Nizamlanmayan təbii ventilyasiya. Sorucu, üfürüci və kombinə edilmiş ümumdəyişdirici mexaniki ventilyasiya. Yerli ventilyasiya
- 6.6. Təbii və mexaniki ventilyasiya və onların hesabatı. İsitmə sistemləri.Mühazirə
Təbii ventilyasiyanın effektivliyinə təsir edən amillər. Bəra¬bər təzyiqlər müstəvisi. Ümumi qravitasiya təzyiqi. Deflektorlar. Ümumidəyişdirici ventilyasiya üçün havadəyişmənin hesablanması. Mexaniki ventilyasiya izafi istilik ayrılmaları olan binanın iş zonasında olan me¬teo¬roloji şərait yaratmaq məqsədi. Üfürücü ventilyasiya sistemlərinin əsas elementlərinin yaradılması. Havaqəbuledicilər. Təmizləyicilər. Havanın təmizlənmə effektivliyi.
- 7.7. İstehsalat işıqlanması və onun təsnifatı. Təbii işıqlanma və onun növləri və hesablanmasıMühazirə
İstehsalat işıqlandırılmasının vəzifələri. İstehsalat işıqlandırılmasının kəmiyyət və keyfiyyət göstəriciləri. Şüa seli. İşıq şiddəti. Səth parlaqlığı. Əksetmə əmsalı. Yandan, üstdən və kom¬binəedilmiş işıqlanma. Gözqamaşdırma dərəcəsi. İşıqlanma
- 8.8. Süni işıqlandırma, onun növləri, normalaşdırması və hesablanması. Süni işıqlandırmanın normalaşdırılmasıMühazirə
İşıqlandırmanın elektrik, işıq-texniki, iqtisadi və konstruktiv xarakteris¬tikaları. Közərmə lampaları. Qaz boşalmalı lampaları. İşıqlandırıcı qurğular. Süni işıqlandırmanın normallaşdırılması. Süni işıqlandırma inşaat normaları və qaydaları. Süni işıqlandırmanın hesablanması. İşıq selinin faydalı istifadə əmsalı. Ümumi bərabər işıqlandırmada vatt üsulu.
- 9.9. Titrəyişlər, onların əsas parametrlərinin fiziki xarakteristikasıMühazirə
pnevmatik sistemlərdə titrəyişlər. Titrəyişlərin fiziki parmetrləri, yerdəyişmə amplitudu (xm) titrəyiş sürəti (m) sürət amplitudu (am), rəqs periodu (T) və tezlik (f). pnevmatik sistemlərdə titrəyişlər. Titrəyişlərin fiziki parmetrləri, yerdəyişmə amplitudu (xm) titrəyiş sürəti (m) sürət amplitudu (am), rəqs periodu (T) və tezlik (f).
- 10.10. Titrəyişlərinin insana təsiri və zərərli təsirindən mühafizə tədbirləri.Mühazirə
Ümumi titrəyişlər, onların təsiri. Aşağı tezlikli ümumi titrəyişlər, daxili orqanların toxumalarının mexaniki zədələnməsi və parçalanması. Ümumi titrəyişlərin mərkəzi və periferik sinir sisteminə, həzm siste¬minə və istinad-hərəkət aparatına təsiri. Yerli (lokal) titrəyişlər. Yerli titrəyişlərin əzələ və sümük toxuma-la¬rı¬na təsiri. Titrəyiş xəstəliyi. (
- 11.11. Ümumi və yerli titrəyişlər, onların normalaşdırılması.Mühazirə
İstehsalat titrəyişlərinin gigiyenik və texniki normalaşdırılması. Ümumi texnoloji titrəyişlərin normalaşdırma qrafiki. yaranma mənbəyini nəzərə alaraq nəqliyyat, nəqliyyat-texnoloji və texnoloji titrəyişlərin normallaşdırılması
- 12.11. Ümumi və yerli titrəyişlər, onların normalaşdırılması.Mühazirə
İstehsalat titrəyişlərinin gigiyenik və texniki normalaşdırılması. Ümumi texnoloji titrəyişlərin normalaşdırma qrafiki. yaranma mənbəyini nəzərə alaraq nəqliyyat, nəqliyyat-texnoloji və texnoloji titrəyişlərin normallaşdırılması
- 13.13. Maşınların səs-küy xarakteristikası və azaldılma üsulları. İstehsalat şəraitində infra və ultra səslər.Mühazirə
Səs-küyün səviyyəsinin normal¬laşdırılması, DÜİST 12.1.003-76. İş yerlərində səs-küyün azaldılması üsulları, səs-küy mənbəyinə təsir, səs-küyün yayılma istiqamətinin dəyişilməsi, müəssisə və sexlərin rasional planlaşdırılması, istehsalat otaqla¬rının akustik emalı, səs-küyün yayılma yolunda azaldılması. (
- 14.14. Elektromaqnit sahə mənbələri. Elektromaqnit sahələrin xarakteristikası, əsas parametrləri.Elektromaqnit sahələrin təsirindən mühafizə metodları.Mühazirə
Elektromaqnit sahələri, ultrabənövşəyi şüalanmalar (=0,136-0,4 mkm), infraqırmızı şüalar (=0,76-0,4 mkm) radiotezlikli elektromaqnit dalğaları (3 km-1 mm). Tezlik, dalğa uzunluğu, sürət, güc axınının sıxlığı, elektrik və maqnit sahələrinin gərginliyi. İnduksiya və şüalanma zonası. Elektromaqnit sahələrinin normallaşdırılması, DÜİST 12.1.006-84. Elektromaqnit sahələrindən mühafizə üsulları və vasitələri
- 15.15. Lazer və ionlaşdırıcı şüalanmanın zərərli təsirindən mühafizə.lonlaşdırıcı şüalanmaların normalaşdırılması.Mühazirə
İonlaşdırıcı şüalanmalar haqqında anlayış. İonlaşdırıcı şüalanma dozası udulan, ekspozisiya, ekvivalent və effektiv ekvivalent şüalanma dozası. Şüalanmanın növləri, rentgen və qamma şüalanmalar, elektron və pozitron ( şüalar), protonlar, neytronlar (enerji 0,02 MeV), alfa şüalanma (enerji 10 MeV), ağır nüvə axını. Şüalanma mənbələri. İonlaşdırıcı şüalanmanın təsiri nəticəsində insan orqanizmində dəyişikliklər. Daxili və xarici şüalanmalar. Radiohəssaslıqdan asılı olaraq kritik orqanlar. İş-çilərin şülanmadan mühafizəsi ümumdövlət tədbirlər sistemi.
- 16.16. Elektrik təhlükəsizliyinin əsasları. Elektrik cərəyanın insana təsiri və zədələnmələrin növləri.Mühazirə
Elektrik zədələri, elektrik yanığı, elektrik nişanları, dərinin metallaşması, mexaniki zədələr. Elektrik zədələrinin 4 kateqoriyası. İnsan orqanizminin elektrik müqaviməti və elektrik cərəyan şiddətinin təsir dərəcəsi. (M)
- 17.17. Elektrik zədələnmələrin əsas səbəbləri.Mühazirə
Gərginlik altında olan cərəyan daşıyan hissələrə toxunma, yük-sək gərginlikli qurğulara yol veriləndən daha qısa məsafəyədək yaxınlaşma, gərginlik altında olan konstruktiv elementlərə toxunma, yer səthində yaranan addım gərginliyi, elektrik avadanlıqlarını quraşdırdıqda, təmir etdikdə və nizamladıqda onların səhvən dövrəyə qoşulması. Elektrik zədələnməllərinin qarşısını almaq üçün tədbirlər. İnsanın elektrik dövrəsinə qoşulmasının iki sxemi. Elektrik şəbəkəsinin növü və onun neytralının rejimi. Mühafizəedici yerləbirləşdirmə. Elektrik avadan¬lığını təhlükəli hal¬larda dövrədən avtomatik açan qurğular(
- 18.18. Çəpərləyici, qoruyucu, siqnalverici qurğular.Mühazirə
Dövrədən avtomatik açan qurğular. İzoləedici qoruyucu vasitələr. Çəpərləyici qurğular və onların iş prinsipi. Siqnal¬verici vasitələrin tətbiqi. (M
- 19.19. Təzyiq altında hermetik sistemlərin istismar təhlükəsizliyi. Mühazirə
Təzyiq altında və ya vakuum şəraitində işləyən müxtəlif qurğular, hermetik bağlanan boru xət¬lə¬ri, balonlar, mayeləşdirilmiş qazlar üçün qablar,sister¬na¬lar,çənlər, avtoklavlar, resiverlər, kompressor qurğuları, buxar qazanları, qazholderlər, vakuum-çalovları, yüksək təzyiq və ya vakuum şəraitində işləyən reaktorlar. (M)
- 20.19. Təzyiq altında hermetik sistemlərin istismar təhlükəsizliyi. Mühazirə
Təzyiq altında və ya vakuum şəraitində işləyən müxtəlif qurğular, hermetik bağlanan boru xət¬lə¬ri, balonlar, mayeləşdirilmiş qazlar üçün qablar,sister¬na¬lar,çənlər, avtoklavlar, resiverlər, kompressor qurğuları, buxar qazanları, qazholderlər, vakuum-çalovları, yüksək təzyiq və ya vakuum şəraitində işləyən reaktorlar. (M)
- 21.21. Yanğın və partlayışların səbəbləri. Partlayışların yuxarı və aşağı hədləri. Yanğın profilaktikasıMühazirə
İnşaat norma və qaydaları (İN və QP-90-81). 6 yanğın-partlayış təhlükəsizlik kateqoriyası. Yanğına qarşı rejimin pozul¬ması. Bina və qurğuların layi¬hə¬lərində buraxılmış nöqsanlar. Elektrik xətlərinin və avadan¬lıq¬larının nasazlığı. Müvəqqəti qızdırıcı¬ların düzgün qurulmaması.Yanğının davametmə müddəti və temperatur rejimi.(
- 22.22. İstehsalatın yanğın təhlükəsinə görə kateqoriyalari. Bina və qurğuların odadavamlığı.Mühazirə
İnşaat materiallarının və konstruksiyalarının yanma qabiliyyəti. İnşaat konstruksiyalarının odadavamlığı. Odadavamlıq həddi. İnşaat konstruksiyalarının odadavamlığına təsir edən amillər. Binaların odadavamlıq dərəcələri. (
Ədəbiyyat
- 1. Беляков Г. И. Охрана труда и техника безопасности: учебник для вузов. — Москва: Издательство Юрайт, 2023. — 360 с. ISBN 978-5-534-13591-6.(yeni pəncərədə açılır)
- 2. Калыкова Г. З. Охрана труда: учебное пособие. — Алматы; Москва: EDP Hub, Ай Пи Ар Медиа, 2024. — 176 с(yeni pəncərədə açılır)
- 3. Семенов В. В., Петручик А. А., Ивахнюк Г. К. Охрана труда и пожарная безопасность технологических процессов: учебное пособие для вузов. — Санкт-Петербург: Лань, 2023. — 268 с.(yeni pəncərədə açılır)
- 4. Фоменко Н. К. Охрана труда. Практикум: учебное пособие. — Минск: РИПО, 2023. — 174 с. ISBN 978-985-895-108-5.(yeni pəncərədə açılır)
- 5. Султанова А. В., Чечина О. С. Охрана труда: учебное пособие. — Саратов: Профобразование, 2021. — 160 с.(yeni pəncərədə açılır)
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |