Ümumi məlumat
- Fənn kodu
- İFS-3293y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat – mühazirə; b) 15 saat – laboratoriya; c) 15 saat – məşğələ
- Auditoriyadan kənar saatlar
- a) sərbəst iş - 72 saat, b) hazırlıq - 48 saat
Fənn haqqında
Korroziya prosesləri və mühafizə üsulları fənninin tədris olunmasında məqsəd metalların ətraf mühitlə qarşılıqlı təsir proseslərinin mexanizmini və qanunauyğunluqlarını, müxtəlif şəraitdə metalların korroziyadan qorunması üsullarını , materialların korroziyadan dağılma səbəblərini araşdırmağı, kimyəvi və elektrokimyəvi proseslərə təsir edən amilləri , ingibitorlarla mühafizə örtüklərinin çəkilmə üsullarını və elektrokimyəvi mühafizə üsullarının mahiyyətini öyrətmək, həmçinin tədris olunan fənn barədə biliklərin formalaşdırılması üzrə lazım olan bilik və bacarıqların mənimsənilməsindən ibarətdir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- seminar
- interaktiv müzakirə
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Korroziyanın mahiyyətini, yaranma mexanizmini və əsas növlərini izah edə biləcək. Kimyəvi və elektrokimyəvi korroziya proseslərinin başvermə səbəblərini və xüsusiyyətlərini təhlil edə biləcək. Korroziyanın sürətinə və intensivliyinə təsir edən amilləri müəyyən edə biləcək. Müxtəlif materiallarda korroziya proseslərinin nəticələrini və yaratdığı texniki-iqtisadi itkiləri qiymətləndirə biləcək. Korroziyadan mühafizənin əsas üsullarını, o cümlədən örtüklər, inhibitorlar, elektrokimyəvi və konstruktiv mühafizə üsullarını tətbiq edə biləcək. Müxtəlif istismar şəraitləri üçün uyğun korroziyadan mühafizə üsulunu seçə və əsaslandıra biləcək. Korroziyanın qarşısının alınması və materialların istismar müddətinin artırılması üzrə səmərəli mühafizə tədbirləri hazırlaya biləcək.
Mövzu planı
- 1.Korroziyanın ümumi prinsipləri. Materialların korroziyası. Korroziya proseslərinin təsnifatıMühazirə
Korroziyanın əsas prinsipləri, materialların korroziyaya uğraması və prosesin təsnifatı.
- 2.Metalların kimyəvi korroziyası. Kimyəvi korroziyanın termodinamiki və kinetik qanunauyğunluqlarıMühazirə
Kimyəvi korroziyanın termodinamik və kinetik əsasları.
- 3.Elektrokimyəvi korroziya nəzəriyyəsi və mexanizmləriMühazirə
Elektrokimyəvi korroziyanın nəzəri əsasları və başvermə mexanizmləri.
- 4.Polyarizasiya və depolyarizasiya prosesləriMühazirə
Korroziya zamanı baş verən polyarizasiya və depolyarizasiya hadisələri.
- 5.Metalların passivliyi. Metalların passivləşmə nəzəriyyəsiMühazirə
Passivlik anlayışı və metalların passivləşmə nəzəriyyəsinin əsasları.
- 6.Korroziya faktorları və onların korroziya proseslərinə təsiriMühazirə
Korroziyaya təsir edən əsas faktorların təhlili.
- 7.Qalvanik elementlərin iş prinsipi. Qalvanik korroziyaMühazirə
Qalvanik cütlərin yaranması və qalvanik korroziya mexanizmi.
- 8.Korroziya faktorları və onların korroziya proseslərinə təsiriMühazirə
Korroziya proseslərinə təsir edən amillərin daha geniş tədqiqi.
- 9.Vahid korroziya növləri və onlara təsir edən amillərMühazirə
Müxtəlif korroziya növləri və onların təsnifatı.
- 10.Örtüklə korroziyanın qarşısının alınmasıMühazirə
Qoruyucu örtüklər vasitəsilə korroziyaya qarşı mübarizə.
- 11.Ətraf mühitə nəzarət etməklə korroziyanın qarşısının alınma üsullarıMühazirə
Mühitə təsir edərək korroziya sürətinin azaldılması.
- 12.Katod və anod mühafizəsiMühazirə
Elektrokimyəvi mühafizə metodları: katod və anod mühafizəsi.
- 13.Neft-kimya sənayesində korroziyaMühazirə
Neft-kimya sahəsində xüsusi korroziya problemləri.
- 14.Yüksək temperatur korroziyasıMühazirə
Yüksək temperaturda baş verən korroziya prosesləri.
- 15.Layihələndirmədə korroziyanın qarşısının alınması. Korroziyanın monitorinqi, müayinəsi və sınağıMühazirə
Layihələndirmə mərhələsində mühafizə, monitorinq və sınaq üsulları.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |