Fənn · Kimya mühəndisliyi

Korroziya prosesləri və mühafizə üsulları

İFS-3293y6 kreditYaz semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Korroziya prosesləri və mühafizə üsulları fənninin tədris olunmasında məqsəd metalların ətraf mühitlə qarşılıqlı təsir proseslərinin mexanizmini və qanunauyğunluqlarını, müxtəlif şəraitdə metalların korroziyadan qorunması üsullarını , materialların korroziyadan dağılma səbəblərini araşdırmağı, kimyəvi və elektrokimyəvi proseslərə təsir edən amilləri , ingibitorlarla mühafizə örtüklərinin çəkilmə üsullarını və elektrokimyəvi mühafizə üsullarının mahiyyətini öyrətmək, həmçinin tədris olunan fənn barədə biliklərin formalaşdırılması üzrə lazım olan bilik və bacarıqların mənimsənilməsindən ibarətdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Korroziyanın mahiyyətini, yaranma mexanizmini və əsas növlərini izah edə biləcək. Kimyəvi və elektrokimyəvi korroziya proseslərinin başvermə səbəblərini və xüsusiyyətlərini təhlil edə biləcək. Korroziyanın sürətinə və intensivliyinə təsir edən amilləri müəyyən edə biləcək. Müxtəlif materiallarda korroziya proseslərinin nəticələrini və yaratdığı texniki-iqtisadi itkiləri qiymətləndirə biləcək. Korroziyadan mühafizənin əsas üsullarını, o cümlədən örtüklər, inhibitorlar, elektrokimyəvi və konstruktiv mühafizə üsullarını tətbiq edə biləcək. Müxtəlif istismar şəraitləri üçün uyğun korroziyadan mühafizə üsulunu seçə və əsaslandıra biləcək. Korroziyanın qarşısının alınması və materialların istismar müddətinin artırılması üzrə səmərəli mühafizə tədbirləri hazırlaya biləcək.