Ümumi məlumat
- Fənn kodu
- İFS-3057y
- Kredit
- 7
- Tələbənin iş yükü
- 210
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) Mühazirə - 45 saat b ) Seminar - 30 saat
- Auditoriyadan kənar saatlar
- a) TSİ- 135 saat,b) MRTSİ- 70 saat
Fənn haqqında
Əlvan metalların istehsalı və kimya texnologiyası” fənni aşağıdakı əsas möv¬zu¬lar üz¬rə tədris olunur: 1. Giriş; 2. Əlvan metallarının təsnifatı, növləri, tətbiq sahələri, əsas xassələri; 3. Əlvan metalların ərintiləri və onların növləri; 4. Alüminiumun istehsalı, ərintiləri, xassələri və tətbiq sahələri; 5. Maqneziumun istehsalı, ərintiləri, xassələri və tətbiq sahələri; 6. Misin istehsalı, ərintiləri, xassələri və tətbiq sahələri; 7. Nikelin istehsalı, ərintiləri, xassələri və tətbiq sahələri; 8.Titanın istehsalı, ərintiləri, xassələri və tətbiq sahələri; 9. Əlvan metalların təkrar emalı.
Tədris metodları
- mühazirə
- seminar
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Əlvan metalların təsnifatını, fiziki-kimyəvi xassələrini, istehsal xüsusiyyətlərini və tətbiq sahələrini izah edir.
CLO 2: Mis, nikel, titan və digər əlvan metalların istehsal texnologiyalarını, xammal bazasını və texnoloji mərhələlərini təhlil edir.
CLO 3: Əlvan metalların ərintilərinin tərkibini, xassələrini və müxtəlif sənaye sahələrində tətbiqini qiymətləndirir.
CLO 4: Əlvan metalların istehsalında istifadə olunan əsas texnoloji prosesləri və avadanlıqları müqayisə edir, istehsal səmərəliliyinə təsir edən amilləri müəyyən edir.
CLO 5: Əlvan metalların istehsalı və emalı proseslərində təhlükəsizlik, keyfiyyət və ətraf mühitin mühafizəsi tələblərini nəzərə alaraq mühəndislik qərarlarını əsaslandırır.
Mövzu planı
- 1.1. Metalların ümumi xarakteristikası. Əlvan metallar. Əlvan metal ərintiləriMühazirə
Əlvan metallar dəmirdən fərqli olan metallardır və yüngüllüyü, korroziyaya davamlılığı, yaxşı elektrik və istilik keçirməsi ilə seçilir. Mis, alüminium, sink, qurğuşun və titan bu metallara nümunədir. Onların ərintiləri isə müxtəlif sənaye sahələrində geniş istifadə olunur.
- 2.2. Ərintilərin hazırlanma üsulları.Mühazirə
Əlvan metal və ərintilərin ərimə temperaturu və sıxlığı.Ərinti təşkiledicilərinin qarşılıqlı həllolması. Ərimə zamanı əlvan metalların buxarlanma və qaynaması
- 3.3. Əlvan metal və ərintilərin buxar təzyiqi.Mühazirə
Əlvan metal və ərintilərin istilik və elektrik xassələri
- 4.4. Kimyəvi rabitənin növləri.Mühazirə
Metallik vəziyyətin xüsusiyyətləri. Əlvan metalların fiziki-kimyəvi anlayışları. Əlvan metalların kristallik quruluşu
- 5.5. Ərintinin qazlarla qarşılıqlı təsirinin ümumi qanunauyğunluqları.i.Mühazirə
Maye metalların hidrogen, oksigen və azotla qarşılıqlı təsiri. Maye metalların mürəkkəb qazlarla qarşılıqlı təsiri. Ərintinin putanın materialı və əridici sobanın hörgüsü ilə qarşılıqlı təsiri
- 6.6. Əritmə texnologiyasının işlənməsi.Mühazirə
Şixtə materialları və onların hazırlanma üsulları. Şixtənin tərtibi və hesabatı. Şixtə materiallarının yüklənmə ardıcıllığı. Əritmə zamanı ərintilərin atmosferlə qarşılıqlı təsirdən qorunması. Ərintilərin saflaşdırılması. Ərintilərin oksigensizləşdirilməsi. Ərintilərin modifisirlənməsi
- 7.Əridici sobalar və onların təsnifatı.Mühazirə
Alüminium və onun ərintilərinin istehsalında istifadə olunan əritmə sobaları
- 8.8. İlkin alüminiumun tərkibi və xassələri. Mühazirə
Alüminium ərintilərinin tərkibi və xassələri
- 9.9. Alüminium ərintilərin saflaşdırılması, modifisirlənməsi və termiki emalıMühazirə
Alüminium ərintilərinin tərkibi və xassələri
- 10.10. İlkin maqneziumun tərkibi və xassələri.Mühazirə
Alüminium ərintilərinin tərkibi və xassələri. Maqnezium ərintilərinin əridilmə xüsusiyyətləri
- 11.Misin tərkibi və xassələri. Mis ərintilərinin tərkibi və xassələri. Bürünclər. Tunclar. Mis və ərin tilərinin əridilmə xüsusiyyətləri
Bürünclər. Tunclar. Mis və ərin tilərinin əridilmə xüsusiyyətləri
- 12.Nikelin tərkibi və xassələri.
Nikel ərintilərinin tərkibi və xassələri. Nikel ərintilərinin əridilmə xüxusiyyətləri
- 13.13. Titanın tərkibi və xassələri.
Titan ərintilərinin tərkibi və xassələri.Titan ərintilərinin əridilmə xüxusiyyətləri
- 14.14. Berillium və onun ərintiləri. Mühazirə
Çətinəriyən metalların xassələri. Niobium və molibden ərintilərinin xassələri. Volfram və ərintilərinin xassələri. Palladium ərintilərinin tərkibi və xassələri. Çətinəriyən ərintilərin əridilmə xüsusiyyətləri
- 15.15. Sink ərintilərinin tərkibi və xassələri. Mühazirə
Qalay ərintilərinin tərkibi və xassələri. Qurğuşun ərintilərinin tərkibi və xassələri. Kadmium ərintilərinin tərkibi və xassələri. Mətbəə ərintiləri. Yastıq ərintiləri
- 16.17. Nəcib metalların ərintiləri. Mühazirə
Qızıl ərintilərinin tərkibi və xassələri. Gümüş ərintilərinin tərkibi və xassələri. Platin ərintilərinin tərkibi və xassələri. Palladium ərintiərinin tərkibi və xassələri. Nəcib mеtаl və ərintilərin tətbiqi
- 17.18. Toriumun struktur və xassələri. Mühazirə
Toriumun ərintiləri. Uranın struktur və xassələri. Uranın ərintiləri. Plutoniumun struktur və xassələri. Əlvan metal və ərintilərinin termiki emalı. Termiki emal növlərinin təsnifatı
- 18.19. Əlvan metalların təkrar istehsalı zamanı istifadə edilən xam malların əmələgəlmə mənbələri. Mühazirə
Əlvan metal, qırıntı və tullantılarının təsnifatı. Əlvan metal qırıntı və tullantılarının yığılmasının təşkili
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |