Fənn · Kimya mühəndisliyi
Əlvan metalların istehsalı və kimya texnologiyası
Fənn haqqında
Kredit
7
İş yükü
210saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Əlvan metalların istehsalı və kimya texnologiyası” fənni aşağıdakı əsas möv¬zu¬lar üz¬rə tədris olunur: 1. Giriş; 2. Əlvan metallarının təsnifatı, növləri, tətbiq sahələri, əsas xassələri; 3. Əlvan metalların ərintiləri və onların növləri; 4. Alüminiumun istehsalı, ərintiləri, xassələri və tətbiq sahələri; 5. Maqneziumun istehsalı, ərintiləri, xassələri və tətbiq sahələri; 6. Misin istehsalı, ərintiləri, xassələri və tətbiq sahələri; 7. Nikelin istehsalı, ərintiləri, xassələri və tətbiq sahələri; 8.Titanın istehsalı, ərintiləri, xassələri və tətbiq sahələri; 9. Əlvan metalların təkrar emalı.
Fənn təlim nəticələri
CLO 1: Əlvan metalların təsnifatını, fiziki-kimyəvi xassələrini, istehsal xüsusiyyətlərini və tətbiq sahələrini izah edir.
CLO 2: Mis, nikel, titan və digər əlvan metalların istehsal texnologiyalarını, xammal bazasını və texnoloji mərhələlərini təhlil edir.
CLO 3: Əlvan metalların ərintilərinin tərkibini, xassələrini və müxtəlif sənaye sahələrində tətbiqini qiymətləndirir.
CLO 4: Əlvan metalların istehsalında istifadə olunan əsas texnoloji prosesləri və avadanlıqları müqayisə edir, istehsal səmərəliliyinə təsir edən amilləri müəyyən edir.
CLO 5: Əlvan metalların istehsalı və emalı proseslərində təhlükəsizlik, keyfiyyət və ətraf mühitin mühafizəsi tələblərini nəzərə alaraq mühəndislik qərarlarını əsaslandırır.