Fənn · Kimya mühəndisliyi

Materiallar haqqında elmSillabus

İF-3279y4 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3279y
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat – mühazirə; b) 15 saat – məşğələ
Auditoriyadan kənar saatlar
a) sərbəst iş - 45 saat, b) hazırlıq - 30 saat

Fənn haqqında

Fənnin tədrisində “Kimya mühəndisliyi” ixtisası üzrə ixtisaslaşan tələbələrə materialların strukturunun formalaşmasını, ərinti tərkibinin və kristallik quruluşun xassələrə təsirini, müxtəlif gərginlikli materialların mexaniki xassələrinin təyinetmə sınaq üsullarını, materialların möhkəmləndirmə mexanizmlərini, metallik, polimer materialların kimyəvi tərkibi, kristallik quruluşu və xassələri arasında əlaqənin yaradılmasını, deformasiya və dağılma prinsiplərini, çatın əmələgəlməsi və yayilması mexanizmlərini, sürünmə və yorğunlugun başvermə səbəblərini, habelə tələb olunan istismar xassələrinə malik materialların seçilməsi prinsiplərini, ərinti strukturunun idarə olunması barədə lazım olan bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Materialların əsas növlərini, quruluşunu, tərkibini və xassələrini izah edə biləcək. Materialların kristal və amorf quruluşunun onların fiziki və mexaniki xassələrinə təsirini təhlil edə biləcək. Metallar, ərintilər, polimerlər, keramika və kompozit materialların əsas xüsusiyyətlərini müqayisə edə biləcək. Materialların mexaniki, fiziki, kimyəvi və texnoloji xassələrini müəyyən edən amilləri izah edə biləcək. Materialların seçilməsi və tətbiqini istismar şəraiti və texniki tələblərə uyğun əsaslandıra biləcək. Materiallarda korroziya, aşınma, deformasiya və digər zədələnmə proseslərini təhlil edə biləcək. Müasir materialların, o cümlədən kompozit, funksional və ekoloji cəhətdən səmərəli materialların tətbiq imkanlarını qiymətləndirə biləcək.

Mövzu planı

  1. 1.
    Adərbayqan və Arranda müstəqil dövlətçiliyin davam etdirilməsi ( e.ə. IV- e. III əsrləri)Məşğələ

    Adərbayqan və Arranda müstəqil dövlətçiliyin davam etdirilməsi mövzusu həmin ərazilərdə siyasi hakimiyyətin təşkili, yerli idarəçilik xüsusiyyətləri və dövlətçilik ənənələrinin qorunması məsələlərini əhatə edir. Mövzuda bölgədə mövcud olmuş dövlət qurumlarının fəaliyyəti, hakimiyyət münasibətləri və dövrün əsas siyasi prosesləri araşdırılır. Həmçinin, yerli idarəçilik sisteminin formalaşması, xarici qüvvələrin təsiri və müstəqilliyin qorunması istiqamətində aparılan mübarizə təhlil edilir. Bu dövrdə baş verən siyasi hadisələrin Azərbaycan dövlətçilik tarixinin inkişafına təsiri xüsusi əhəmiyyət daşıyır. Mövzunun öyrənilməsi Adərbayqan və Arranda dövlətçilik ənənələrinin davamlılığını və tarixi inkişaf xüsusiyyətlərini anlamağa imkan verir.

    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
  2. 2.
    Kristal bərk maddələrin quruluşu. Metalların kristallik quruluşuMühazirə

    Bərk maddələrin kristal quruluşunun təsviri və metalların atom-kristal strukturu.

  3. 3.
    Kristallaşma. Kristal bərk maddələrdə qüsurlarMühazirə

    Maddələrin kristallaşma prosesi və kristal qəfəslərdə yaranan qüsurların təhlili.

  4. 4.
    Ərintilərin quruluşu. Metallarda və ərintilərdə diffuziyaMühazirə

    Ərintilərin daxili quruluşu və diffuziya hadisəsinin mexanizmləri.

  5. 5.
    Metalların mexaniki xassələri və onların təyin edilmə üsulları. DağılmaMühazirə

    Mexaniki xassələrin (möhkəmlik, plastiklik və s.) öyrənilməsi və dağılma prosesləri.

  6. 6.
    Metalların deformasiyası. Metal və ərintilərin möhkəmləndirmə mexanizmləriMühazirə

    Deformasiya prosesləri və materialların möhkəmliyini artırma yolları.

  7. 7.
    Dəmir-karbon hal diaqramı. Dəmir-karbon ərintilərində faza çevrilmələriMühazirə

    Fe-C diaqramının öyrənilməsi və fazaların çevrilmə qanunauyğunluqları.

  8. 8.
    Polad və çuqunMühazirə

    Poladların və çuqunların növləri, xassələri və əsas fərqləri.

  9. 9.
    Əlvan metal ərintiləriMühazirə

    Əlvan metalların xüsusiyyətləri və onların ərinti formalarının tədqiqi.

  10. 10.
    Metal və ərintilərin termiki emal prosesləriMühazirə

    Termiki emalın məqsədi və əsas növləri.

  11. 11.
    Keramika materiallarının strukturu və xassələriMühazirə

    Keramika materiallarının quruluş xüsusiyyətləri və tətbiq imkanları.

  12. 12.
    Polimer materiallar. Polimerlərin strukturu, xassələri və tətbiqiMühazirə

    Polimerlərin təsnifatı, strukturu və sənayedə tətbiqi.

  13. 13.
    Kompozisiya materiallarının təsnifatı, strukturu, xassələri və tətbiq sahələriMühazirə

    Kompozit materialların alınması, quruluşu və üstünlükləri.

  14. 14.
    Materialların korroziyası. Korroziyaya davamlı materiallar və ərintilərMühazirə

    Korroziya prosesləri və davamlı materialların seçilməsi prinsipləri.

  15. 15.
    Materialşünaslıqda iqtisadiyyat, ətraf mühitMühazirə

    Material seçimi zamanı iqtisadi amillər və ekoloji təsirlərin təhlili.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5