Fənn · Kimya mühəndisliyi

Materiallar haqqında elm

İF-3279y4 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

4

İş yükü

120saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Fənnin tədrisində “Kimya mühəndisliyi” ixtisası üzrə ixtisaslaşan tələbələrə materialların strukturunun formalaşmasını, ərinti tərkibinin və kristallik quruluşun xassələrə təsirini, müxtəlif gərginlikli materialların mexaniki xassələrinin təyinetmə sınaq üsullarını, materialların möhkəmləndirmə mexanizmlərini, metallik, polimer materialların kimyəvi tərkibi, kristallik quruluşu və xassələri arasında əlaqənin yaradılmasını, deformasiya və dağılma prinsiplərini, çatın əmələgəlməsi və yayilması mexanizmlərini, sürünmə və yorğunlugun başvermə səbəblərini, habelə tələb olunan istismar xassələrinə malik materialların seçilməsi prinsiplərini, ərinti strukturunun idarə olunması barədə lazım olan bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur.

Fənn təlim nəticələri

  1. CLO 1: Materialların əsas növlərini, quruluşunu, tərkibini və xassələrini izah edə biləcək. Materialların kristal və amorf quruluşunun onların fiziki və mexaniki xassələrinə təsirini təhlil edə biləcək. Metallar, ərintilər, polimerlər, keramika və kompozit materialların əsas xüsusiyyətlərini müqayisə edə biləcək. Materialların mexaniki, fiziki, kimyəvi və texnoloji xassələrini müəyyən edən amilləri izah edə biləcək. Materialların seçilməsi və tətbiqini istismar şəraiti və texniki tələblərə uyğun əsaslandıra biləcək. Materiallarda korroziya, aşınma, deformasiya və digər zədələnmə proseslərini təhlil edə biləcək. Müasir materialların, o cümlədən kompozit, funksional və ekoloji cəhətdən səmərəli materialların tətbiq imkanlarını qiymətləndirə biləcək.