Fənn · Kimya mühəndisliyi

Kimyəvi proseslərin layihələndirilməsi

İF-3053y4 kreditPayız semestri2025-2026

Fənn haqqında

Kredit

4

İş yükü

120saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Kimyəvi proseslərin layihələndirilməsi” fənni aşağıdakı mövzular üzrə tədris olunur: 1. Giriş. Kimyəvi proseslərin layihələdirilməsi fənninin predmeti; 2. Kimya sənayesinin layihələndirilməsinin əsas mərhələləri və təşkili; 3. Müəssisələrin yerləşdiyi ərazinin seçilməsi və tikinti sahələri; 4. Ətraf mühitin qorunması üçün layihə sənədlərinin hazırlanması. Ekoloji proqnozlaşdırma; 5. Texnoloji istehsal sxemi; 6. Texnoloji prosesin prinsipial sxeminin tərtib edilməsi; 7. Texnoloji avadanlıqların yerləşdirilməsi; 8. Kimyəvi istehsalın layihələndirmə üsulları; 9. Mürəkkəb reaksiyalarda seçicilik və çıxım; 10. Layihənin ekoloji bölməsinin hazırlanması zamanı əsas ekoloji tələblər

Fənn təlim nəticələri

  1. CLO 1: Kimya sənayesində layihələndirmənin əsas prinsiplərini, mərhələlərini və normativ tələblərini izah edir.

  2. CLO 2: Kimya müəssisələrinin yerləşdirilməsi, istehsal sahələrinin seçilməsi və texnoloji avadanlıqların yerləşdirilməsi prinsiplərini təhlil edir.

  3. CLO 3: Kimyəvi istehsal prosesləri üçün texnoloji və prinsipial sxemləri hazırlayır və layihələndirmə sənədlərini tərtib edir.

  4. CLO 4: Mürəkkəb kimyəvi reaksiyalarda seçicilik, çıxım və proses səmərəliliyini qiymətləndirərək layihə həllərini əsaslandırır.

  5. CLO 5: Kimyəvi istehsal layihələrinin hazırlanmasında ətraf mühitin mühafizəsi, ekoloji proqnozlaşdırma və təhlükəsizlik tələblərini tətbiq edir.

  6. CLO 6: Kimya mühəndisliyi layihələrini texniki, iqtisadi və ekoloji baxımdan qiymətləndirərək optimal layihə qərarları qəbul edir.