Fənn · Kimya mühəndisliyi
Kimya mühəndisliyi laboratoriyası I
Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
"Kimya mühəndisliyi laboratoriyası I" fənni üzvi və qeyri-üzvi maddələrin kimya texnologiyasının fundamental əsaslarını praktiki təcrübələrlə mənimsətməyi hədəfləyir. Fənnin əsas istiqamətlərinə daxildir: Yerli xammalın emalı: Azərbaycanın alunit və titanmaqnetit yataqlarından əldə olunan konsentratların emalı və onlardan sənaye əhəmiyyətli son məhsulların alınması texnologiyası. Müasir Analiz Metodları: Texnoloji proseslər zamanı alınan maddələrin tərkibinin müasir fiziki-kimyəvi laboratoriya üsulları ilə dəqiq təyini. Kursun məqsədi tələbələrdə həm nəzəri texnoloji bilikləri, həm də müasir laboratoriya cihazları ilə işləmək bacarıqlarını formalaşdırmaqdır.
Fənn təlim nəticələri
CLO 1: Kimya mühəndisliyi laboratoriyasında istifadə olunan avadanlıqları, cihazları və laboratoriya təhlükəsizliyi qaydalarını izah edir və düzgün tətbiq edir.
CLO 2: Üzvi və qeyri-üzvi maddələrin alınması və emalı ilə bağlı laboratoriya təcrübələrini müvafiq metodikalara uyğun yerinə yetirir.
CLO 3: Azərbaycanın alunit və titanmaqnetit yataqlarından alınan xammalın emalı proseslərini və bu proseslər nəticəsində əldə olunan məhsulların xüsusiyyətlərini təhlil edir.
CLO 4: Müasir fiziki-kimyəvi analiz metodlarından istifadə etməklə laboratoriyada alınan maddələrin keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən edir və nəticələri qiymətləndirir.
CLO 5: Laboratoriya təcrübələri zamanı əldə olunan eksperimental məlumatları emal edir, hesablamalar aparır və nəticələri elmi əsaslarla şərh edir.
CLO 6: Laboratoriya işlərinin nəticələrini texniki hesabat formasında təqdim edir və əldə olunan nəticələri kimya texnologiyası baxımından əsaslandırır.