Fənn · Kimya mühəndisliyi
Kimya mühəndisliyində qurğuların texnoloji əməliyyatları
Fənn haqqında
Kredit
5
İş yükü
150saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Kimya mühəndisliyində qurğuların texnoloji əməliyyatları” fənni aşağıdakı mövzular üzrə tədris olunur: Neft emali sənayesinin qisa inkişaf tarixi. Neft və neft məhsullarinin təsnifati. Neftlərin emal variantlari. Neftlərin emala hazirlanmasi. İkidəfəlik buxarlanma qurğusu. Amerika və koreya layihələri əsasinda istismar edilən elektrik üsulu ilə susuzlaşdirma və duzsuzlaşdirma atmosfer-vakuum qurğulari (eüds-avq). Destruktiv emal proseslərinin növləri və xarakteristikaları. Katalitik krekinq qurğusu. Katalitik riforminq qurğusu. Ağır neft xammalının tədrici kokslaşması. Prosesin əsas təyinatı, xammalı və məhsulları. Ağir xammalin visbrekinqi. Hidrogenləşmə prosesi. Neftzavod qazlarının emalı. Qazfraksiyalayici qurğular. Absorbsiya-rektifikasiya tipli qazayrici qurğular (AQFQ). Alkilləşmə (izobutanin olefinlərlə katalitik alkilləşməsi) prosesi. Neftin emali proseslərinin ekoloji problemləri
Fənn təlim nəticələri
CLO 1: Neft emalı sənayesinin inkişaf mərhələlərini, əsas texnoloji proseslərini və istehsal qurğularının təyinatını izah edir.
CLO 2: Katalitik krekinq, katalitik riforminq, visbrekinq, kokslaşma, hidrogenləşmə və alkilləşmə proseslərinin iş prinsiplərini, xammal və məhsullarını təhlil edir.
CLO 3: Qazfraksiyalaşdırıcı və absorbsiya-rektifikasiya tipli qazayırıcı qurğuların quruluşunu, iş prinsiplərini və tətbiq sahələrini qiymətləndirir.
CLO 4: Neft emalı qurğularının texnoloji sxemlərini oxuyur, əsas avadanlıqların funksiyalarını müəyyən edir və proseslərin səmərəliliyini təhlil edir.
CLO 5: Neft emalı proseslərinin texniki, iqtisadi və ekoloji göstəricilərini qiymətləndirərək istehsalın optimallaşdırılması və ətraf mühitə təsirin azaldılması üçün təkliflər hazırlayır.
CLO 6: Kimya mühəndisliyi qurğularının istismarı zamanı təhlükəsizlik, enerji səmərəliliyi və ekoloji tələbləri nəzərə alaraq texnoloji qərarlar qəbul edir.