Fənn · Kimya mühəndisliyi

Kimyəvi reaksiyaların mühəndisliyiSillabus

İF-3047y6 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3047y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) Mühazirə- 30 saat b) Seminar- 30 saat
Auditoriyadan kənar saatlar
a) TSİ- 72 saat b) MRTSİ-48 saat

Fənn haqqında

Məzmununu iki hissəyə bölmək olar: Reaksiya Kinetikası və Reaktorun Dizaynı və Təhlili. Kimyəvi reaktorların təsnifatı, heterogen proseslərdə işlədilən reaktorların iş rejimi, texnoloji hesablamalr, kinetik kriterya haqqında yeni biliklərə yiyələnir. Reaksiya Mühəndisliyi reaktorun daxilindəki dəyişənlərin dəyişikliklərini öyrənir ki, reaktorun şərtləri və əməliyyatları ən yaxşı iqtisadiyyata nail olmaq üçün optimallaşdırıla bilsin. Bu, reaktorun dizaynı və təhlilidir. Reaksiya kinetikasının müəyyən bir yer və ya reaktor daxilindəki “nöqtə” ilə əlaqəli olduğunu deyə bilərik və reaktorun dizaynı və təhlili bütün reaktoru optimallaşdırmaq üçün bu lokallaşdırılmış məlumatdan istifadə edir.

Tədris metodları

  • mühazirə
  • seminar
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Kimyəvi reaksiyaların mühəndisliyinin əsas anlayışlarını, məqsədini və kimya sənayesində rolunu izah edir.

  2. CLO 2: Kimyəvi reaksiya kinetikasını, reaksiya mexanizmlərini və reaksiya sürətinə təsir edən amilləri təhlil edir.

  3. CLO 3: Müxtəlif tip kimyəvi reaktorların (periodik, fasiləsiz, ideal qarışan və borulu reaktorlar) iş prinsiplərini müqayisə edir və tətbiq sahələrini müəyyən edir.

  4. CLO 4: Kimyəvi reaksiyalar üçün maddi balans və kinetik tənliklərə əsaslanaraq mühəndislik hesablamalarını yerinə yetirir.

  5. CLO 5: Müəyyən texnoloji proses üçün uyğun reaktor tipini seçir və onun iş rejimini texniki, iqtisadi və təhlükəsizlik baxımından qiymətləndirir.

  6. CLO 6: Kimyəvi reaksiyaların layihələndirilməsi və optimallaşdırılmasında reaksiya mühəndisliyi prinsiplərini tətbiq edərək sənaye problemlərinin həlli üçün əsaslandırılmış qərarlar qəbul edir.

Mövzu planı

  1. 1.
    1.Kimyəvi reaksiyaların mühəndisliyinə giriş. Kimyəvi reaksiyanın sürəti, limitləndirici mərhələ. Reaksiyanın molekulyarlığı və tərtibiMühazirə
  2. 2.
    2.Kimyəvi reaksiyanın tərtibi: sıfır, birinci, ikinci, üçüncü tərtib reaksiyalarMühazirə
  3. 3.
    3. Qoşulmuş reaksiyalar. Reaksiya tərtibinin təyin edilməsi üsulları.Temperaturun reaksiya sürətinə təsiri.Mühazirə
  4. 4.
    4. Monomolekulyar reaksiyaların mexanizmi. Keçid hal (aktiv kompleks) nəzəriyyəsi. Zəncirvari reaksiyalar.Mühazirə
  5. 5.
    5. Fotokimyəvi reaksiyalar. Fotokimyanın I və II qanunları. Kvant çıxımıMühazirə
  6. 6.
    6. Kataliz. Ümumi anlayışlar. Fermentativ kataliz.Mühazirə
  7. 7.
    7. Heterogen katalitik proseslərin əsas xüsusiyyətləri və mərhələləriMühazirə
  8. 8.
    8. Diffuziya. Fiziki və kimyəvi adsorbsiyaMühazirə
  9. 9.
    9. Adsorbsiya izotermləri. Ləngmürün monomolekulyar adsorbsiya nəzəriyyəsiMühazirə
  10. 10.
    10. BET nəzəriyyəsi. Sənaye katalizatorlarına qoyulan tələblərMühazirə
  11. 11.
    11. Sənaye reaktorlarına qoyulan tələblər. Reaktorun material balansı tənliyi. Dövri ideal qarışma reaktoruMühazirə
  12. 12.
    12. İdeal sıxışdırma reaktorlarıMühazirə
  13. 13.
    13. Fasiləsiz ideal qarışma reaktoru. Axınlı reaktorlarda ideallıqdan kənaraçıxmanın səbəbləriMühazirə
  14. 14.
    14. İstilik balansı tənliyi. Kimyəvi reaktorların istilik rejimləri. Prosesin səmərəliliyinin əsas texnoloji göstəriciləriMühazirə
  15. 15.
    15. Xammalın reaksiya zonasında qalma müddəti. Qalma müddətinin paylanma funksiyalarıMühazirə
  16. 16.
    1. Sıfır tərtibli reaksiyalar üçün sürət tənliyinin tətbiqi və sürət sabitinin hesablanmasıMəşğələ
  17. 17.
    2. Birinci tərtibli reaksiyalar üçün sürət sabiti və yarımçevrilmə müddətinin hesablanmasıMəşğələ
  18. 18.
    3. İki tərtibli reaksiyalar üçün kinetik tənliklərin tətbiqi və hesablamalarMəşğələ
  19. 19.
    4. Üç tərtibli reaksiyalar üçün kinetik hesablamalarMəşğələ
  20. 20.
    5. Reaksiyanın tərtibinin eksperimental məlumatlar əsasında təyiniMəşğələ
  21. 21.
    6. Dönər reaksiyaların kinetikası və tarazlıq sabitinin hesablanmasıMəşğələ
  22. 22.
    7. Paralel reaksiyaların kinetikası və məhsul çıxımının təhliliMəşğələ
  23. 23.
    8. Ardıcıl reaksiyaların kinetikası və aralıq məhsulların konsentrasiyasının hesablanmasıMəşğələ
  24. 24.
    9. Temperaturun reaksiya sürətinə təsiri. Arrenius tənliyinin tətbiqiMəşğələ
  25. 25.
    10. Aktivləşmə enerjisinin Arrenius qrafiki üzrə hesablanmasıMəşğələ
  26. 26.
    11. Aktivləşmə entalpiyası və entropiyasının hesablanmasıMəşğələ
  27. 27.
    12. Mol balansı və stexiometriya. Çevrilmə dərəcəsinin hesablanmasıMəşğələ
  28. 28.
    13. Selektivlik və məhsul çıxımının hesablanmasıMəşğələ
  29. 29.
    14. İzotermik reaktorların (CSTR və PFR) əsas hesablamalarıMəşğələ
  30. 30.
    15. Reaksiya sürəti haqqında eksperimental məlumatların toplanması, qrafik qurulması və statistik təhliliMəşğələ

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5