Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Kimya mühəndisliyinə giriş fənni aşağıdakı mövzular üzrə tədris olunur. Giriş. Proseslərin təsnifatı. Hidromexaniki proseslər. Kütlə mübadiləsi prosesləri. Kimyəvi proseslər. İstilik mübadiləsi prosesləri. Mexaniki proseslər. Texnoloji proseslərin idarə edilməsinin funksional ardıcıllığı-1. Texnoloji proseslərin idarə edilməsinin funksional ardıcıllığı-2. Kimyəvi texnolji proseslərin avtomatlaşdırılması. Kimyəvi texnolji proseslərinidarə edilməsində istifadə olunan tənzimləyicilər. Kimya texnologiyasında tənzimləmə sistemlərinin sxemləri. Kimyəvi texnolji proseslərin riyazi modelləşdirilməsi. Kimyəvi texnolji proseslərin idarə edilməsi. Kimyəvi texnolji proseslərin sxemləri
Fənn təlim nəticələri
CLO 1: Kimya mühəndisliyinin əsas anlayışlarını, inkişaf mərhələlərini və sənayedə tətbiq sahələrini izah edir.
CLO 2: Kimya texnologiyasında hidromexaniki, istilik, kütləötürmə və kimyəvi proseslərin əsas prinsiplərini təhlil edir və onların qarşılıqlı əlaqəsini izah edir.
CLO 3: Kimyəvi texnoloji proseslərin prinsipial sxemlərini oxuyur, təhlil edir və texnoloji avadanlıqların funksiyalarını müəyyən edir.
CLO 4: Kimyəvi texnoloji proseslərin idarə olunması və avtomatlaşdırılması prinsiplərini tətbiq edir, tənzimləyicilərin və idarəetmə sistemlərinin işini qiymətləndirir.
CLO 5: Kimyəvi texnoloji proseslərin riyazi modelləşdirilməsinin əsaslarını tətbiq edərək sadə mühəndislik məsələlərinin həlli üçün modellər qurur və nəticələri şərh edir.
CLO 6: Kimya mühəndisliyində texnoloji proseslərin layihələndirilməsi, idarə olunması və optimallaşdırılması ilə bağlı mühəndislik qərarlarını texniki, iqtisadi və təhlükəsizlik baxımından əsaslandırır.