Fənn · Kimya mühəndisliyi

: Ümumi Kimya-2 (Qeyri-üzvi kimya)Sillabus

İF-3044y6 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3044y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a)Muhazirə-30 saat b)seminar -15 saat c) laboratoriya- 15 saat
Auditoriyadan kənar saatlar
a)TSİ- 72 saat b) MRTSİ- 48 saat

Fənn haqqında

Elementlərin və onların qeyri-üzvi birləşmələrinin quruluşunu, tərkibini, alınma üsullarını, fiziki və kimyəvi xassələrini, çevrilmələrini, tətbiq sahələrini, həmçinin kimyəvi reaksiyaların qanunauyğunluqlarını öyrənən fundamental kimya fənnidir. Fənn çərçivəsində atomun quruluşu, kimyəvi rabitə, dövri qanun, əsas qeyri-üzvi birləşmələr, məhlullar, oksidləşmə-reduksiya prosesləri, digər qeyri-üzvi maddələrin kimyəvi təsirini öyrənərək onların nəzəri və praktik əhəmiyyətini izah edir.

Tədris metodları

  • mühazirə
  • seminar
  • laboratoriya işi
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Qeyri-üzvi kimyanın əsas anlayışlarını, qanunauyğunluqlarını və kimyəvi reaksiyaların xüsusiyyətlərini izah edir.

  2. CLO 2: Elementlərin və onların birləşmələrinin quruluşunu, fiziki-kimyəvi xassələrini və reaksiyaya girmə qabiliyyətini təhlil edir.

  3. CLO 3: Kimyəvi reaksiyaların tənliklərini tərtib edir, stexiometrik hesablamaları yerinə yetirir və nəticələri şərh edir.

  4. CLO 4: Qeyri-üzvi maddələrin alınması, xassələri və tətbiq sahələri haqqında biliklərdən kimya mühəndisliyi məsələlərinin həllində istifadə edir.

  5. CLO 5: Laboratoriya şəraitində qeyri-üzvi maddələrin sintezi və analizi zamanı təhlükəsizlik qaydalarına əməl edir və eksperimental nəticələri qiymətləndirir.

  6. CLO 6: Qeyri-üzvi kimyanın sənaye, kənd təsərrüfatı, tibb, metallurgiya və digər sahələrdə tətbiqini qiymətləndirərək kimya mühəndisliyində rolunu əsaslandırır.

Mövzu planı

  1. 1.
    1. IA qrup elementləri. Hidrogen və qələvi metallar. Təbiətdə tapılması, alınma üsulları, birləşmələri, xassələri və tətbiqiMühazirə
  2. 2.
    2. IIA qrup elementləri. Kalsium. Təbiətdə tapılması, alınma üsulları, birləşmələri, xassələri və tətbiqi. Suyun codluğu və onun aradan qaldırılması üsullarıMəşğələ
  3. 3.
    3. III A qrup elementləri. Bor və onun birləşmələri, xassələri və tətbiqiMühazirə
  4. 4.
    4. IV A qrup elementləri. Karbon, allotropluq. Karbonun birləşmələri: oksidləri, turşuları, duzları. Alınması və xassələri Mühazirə
  5. 5.
    5. Silisium.Silisiumun təbiətdə tapılması və xassələri.Silikat sənayesi.Mühazirə
  6. 6.
    6. Yarımkeçirici elementlər- Ge, Sn və Pb. Onların ümumi xassələri. Təbii birləşmələri, alınması və xassələri və tətbiqiMühazirə
  7. 7.
    7. VA qrup elementləri. Azot, təbiətdə tapılması və alınması. Azotun hidrogenli və oksigenli birləşmələri. Azotun oksidləri və turşuları. Nitrat turşusunun laboratoriyada və sənayedə alınması, xassələri və tətbiqiMühazirə
  8. 8.
    8. Fosfor.Fosforun ümumi xassələri, alınması, allotropik şəkildəyişmələri, birləşmələri və tətbiqi.Mühazirə
  9. 9.
    9. Oksigen. Oksigenin alınması, fiziki və kimyəvi xassələri, tətbiqiMühazirə
  10. 10.
    10. Kükürd. Kükürdün ümumi xassələri.Təbiətdə tapılması, allotropik şəkildəyişməsi, fiziki və kimyəvi xassələri. Hidrogenli birləşmələriMühazirə
  11. 11.
    Раздел II. Основы права. Глава X. Основы гражданского права. §2. Гражданско-правовые отношения. §3. Физические лица как субъекты гражданского права.Mühazirə
  12. 12.
    12. Halogenlər. Halogenlərin xassələrinin müqayisəli izahı. Halogenlərin alınması, xassələri və tətbiqiMühazirə
  13. 13.
    13. d-elementləri. I B qrup elementləri. Mis, gümüş və qızıl. Onların alınma üsulları, xassələri və tətbiqiMühazirə
  14. 14.
    14. d-elementləri. II B qrup elementləri. Sink,kadmium və civə. Onların alınma üsulları, xassələri və tətbiqiMühazirə
  15. 15.
    15. VIII B qrup elementləri. Dəmir,nikel və kobalt. Onların alınması, xassələri və tətbiqi.Mühazirə
  16. 16.
    1. Laboratoriya ilə tanışlıq və təhlükəsizlik qaydalarıLaboratoriya
  17. 17.
    3. II, III A qrup elementləri. Suyun codluğunun təyini. Borun təyiniLaboratoriya
  18. 18.
    4. IV A qrup elementləri- Karbon,silisium,qalay və qurğuşun birləşmələri,xassələri. VA qrup elementləri. Azot, fosforun təbiətdə tapılması və alınması. Azotun hidrogenli və oksigenli birləşmələri Laboratoriya
  19. 19.
    5. IV A qrup elementləri- Karbon,silisium,qalay və qurğuşun birləşmələri,xassələri. VA qrup elementləri. Azot, fosforun təbiətdə tapılması və alınması. Azotun hidrogenli və oksigenli birləşmələri Laboratoriya
  20. 20.
    6. VI A qrup elementləri Oksigen birləşmələri və xas-sələri Kükürdün ümumi xassələri.Hidrogenli birləşmələri Laboratoriya
  21. 21.
    7. VII A yarımqrup elementləri. Halogenlər. Halogenlərin birləşmələri,alinmasi, xassələri.Hidrogen Hidrogen-peroksid Laboratoriya
  22. 22.
    8.Laboratoriya işlərinin yekunuLaboratoriya

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5