Fənn · Kimya mühəndisliyi

: Ümumi Kimya-2 (Qeyri-üzvi kimya)

İF-3044y6 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Elementlərin və onların qeyri-üzvi birləşmələrinin quruluşunu, tərkibini, alınma üsullarını, fiziki və kimyəvi xassələrini, çevrilmələrini, tətbiq sahələrini, həmçinin kimyəvi reaksiyaların qanunauyğunluqlarını öyrənən fundamental kimya fənnidir. Fənn çərçivəsində atomun quruluşu, kimyəvi rabitə, dövri qanun, əsas qeyri-üzvi birləşmələr, məhlullar, oksidləşmə-reduksiya prosesləri, digər qeyri-üzvi maddələrin kimyəvi təsirini öyrənərək onların nəzəri və praktik əhəmiyyətini izah edir.

Fənn təlim nəticələri

  1. CLO 1: Qeyri-üzvi kimyanın əsas anlayışlarını, qanunauyğunluqlarını və kimyəvi reaksiyaların xüsusiyyətlərini izah edir.

  2. CLO 2: Elementlərin və onların birləşmələrinin quruluşunu, fiziki-kimyəvi xassələrini və reaksiyaya girmə qabiliyyətini təhlil edir.

  3. CLO 3: Kimyəvi reaksiyaların tənliklərini tərtib edir, stexiometrik hesablamaları yerinə yetirir və nəticələri şərh edir.

  4. CLO 4: Qeyri-üzvi maddələrin alınması, xassələri və tətbiq sahələri haqqında biliklərdən kimya mühəndisliyi məsələlərinin həllində istifadə edir.

  5. CLO 5: Laboratoriya şəraitində qeyri-üzvi maddələrin sintezi və analizi zamanı təhlükəsizlik qaydalarına əməl edir və eksperimental nəticələri qiymətləndirir.

  6. CLO 6: Qeyri-üzvi kimyanın sənaye, kənd təsərrüfatı, tibb, metallurgiya və digər sahələrdə tətbiqini qiymətləndirərək kimya mühəndisliyində rolunu əsaslandırır.