Fənn · Kimya mühəndisliyi

Ümumi Kimya-1Sillabus

İF-3043y6 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3043y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) Mühazirə-30 saat b) Seminar-15 saat c) Laboratoriya - 15 saat
Auditoriyadan kənar saatlar
a) TSİ-72 saat b) MRTSİ- 48 saat

Fənn haqqında

Maddələrin kimyəvi xassələri və çevrilmələri, klassik və müasir kimyanın əsas qanunauyğunluqları, atomun quruluşu, məhlulları, elektrolit məhlulların xassələri, habelə, oksidləşmə- reduksiya reaksiyaları və digər elektrokimyəvi proseslər, elektroliz və onun qanunauyğunluqları, həmçinin laboratoriya şəraitində qeyri-üzvi birləşmələrin alınması və xassələri, müxtəlif maddələrin atom və molekul kütlələrini, həmçinin ekvivalentinin təyin edilməsi, kimyəvi formulların çıxarılması və kompleks birləşmələrin alınması, kimyəvi reaksiyaların sürətinin qatılıqdan, təzyiqdən və temperaturdan asılılığı, müxtəlif qatılıqlı məhlulların hazırlanması, elektrolitik məhlullarda gedən reaksiyalar və bundan asılı olaraq mühitin pH-nın təyin olunması, oksidləşmə-reduksiya reaksiyaları barədə tələbələrə nəzəri biliklər vermək və praktiki vərdişlər aşılamaqdır.

Tədris metodları

  • mühazirə
  • seminar
  • problem-based learning
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Kimyanın əsas anlayışlarını, qanunlarını, atomun quruluşunu və dövri sistemin qanunauyğunluqlarını izah edir.

  2. CLO 2: Kimyəvi rabitə, maddələrin quruluşu və fiziki-kimyəvi xassələri arasındakı əlaqəni təhlil edir.

  3. CLO 3: Kimyəvi reaksiyaların tənliklərini tərtib edir, stexiometrik hesablamaları yerinə yetirir və nəticələri şərh edir.

  4. CLO 4: Məhlulların hazırlanması, konsentrasiyaların hesablanması və əsas kimyəvi hesablamaları kimya mühəndisliyi məsələlərinin həllində tətbiq edir.

  5. CLO 5: Laboratoriya şəraitində əsas kimyəvi təcrübələri təhlükəsizlik qaydalarına uyğun yerinə yetirir, müşahidələri qeyd edir və nəticələri qiymətləndirir.

  6. CLO 6: Kimyanın sənaye, neft-kimya, metallurgiya, kənd təsərrüfatı, tibb və digər sahələrdə tətbiqini qiymətləndirərək kimya mühəndisliyində əhəmiyyətini əsaslandırır.

Mövzu planı

  1. 1.
    1. Kimyanın ilkin qanunları. Stexiometrik qanunlar.Mühazirə

    Maddə kütləsinin saxlanması qanunu. Tərkibin sabitliyi qanunu. Ekvivalentlər qanunu. Kütlə nisbətləri qanunu. Həcmi nisbətlər qanunu. Avoqadro qanunu

  2. 2.
    2. Atomun quruluşu haqqında ümumi məlumat. Kvant ədədləri. Elektron orbitallarıMühazirə

    Elektron orbitalları. Baş kvant ədədi. Orbital kvant ədədi. Maqnit kvant ədədi. Spin kvant ədədi.Kvant səviyyələrində elektronların paylanması. Pauli prinsipi

  3. 3.
    3. Dövri qanun və dövri sistem. Atomun elektron quruluşuMühazirə
  4. 4.
    4. Kimyəvi rabitə və onun növləriMühazirə
  5. 5.
    5. Kimyəvi kinetika və kimyəvi taraziliq .Kimyəvi reaksiyanın sürəti.Mühazirə
  6. 6.
    6. Dönən və dönməyən reaksiyalar. Kimyavi tarazlıq, ona təsir edən amillər. Le-Şatelye prinsipi.Mühazirə
  7. 7.
    7. Məhlullar, onların xassələri. Osmos təzyiqi. Raul qanunlarıMühazirə
  8. 8.
    8. Elektrokimyəvi proseslər, elektrod potensialı. Hidrogen elektrodu. Metalların gərginlik sırası.Mühazirə
  9. 9.
    Azərbaycanda Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyətiMəşğələ

    Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması, idarəçilik sistemi, xarici və daxili siyasəti nəzərdən keçirilir. Bu dövlətlərin Azərbaycan dövlətçilik ənənələrinin inkişafına təsiri və regional siyasi proseslərdə mövqeyi işıqlandırılır.

    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
  10. 10.
    10. Metalların təbii birləşmələri, alınması , ümumi xassələri və tətbiqi. Metalların korroziyadan mühafizə üsulları.Mühazirə
  11. 11.
    11. Yüngül konstruksiya materialları-Be və Mg təbii birləşmələri,alinması,xassələri və tətbiqi.Mühazirə
  12. 12.
    12. Al və Ti- təbii birləşmələri,alinması,xassələri və tətbiqiMühazirə
  13. 13.
    13. Cu və Zn- təbii birləşmələri,alinması,xassələri və tətbiqiMühazirə
  14. 14.
    14. Cr və Mn - təbii birləşmələri,alinması,xassələri və tətbiqiMühazirə
  15. 15.
    15. Fe- təbii birləşmələri,alinması,xassələri və tətbiqi.Mühazirə
  16. 16.
    1. Laboratoriya ilə tanışlıq və təhlükəsizlik qaydalarıLaboratoriya
  17. 17.
    2. Sinkin ekvivalentinin təyiniLaboratoriya
  18. 18.
    3. Karbon qazının molekul çəkisinin təyiniLaboratoriya
  19. 19.
    4. Kimyəvi kinetika. Reaksiya sürətinin C və T-dən asılılığıLaboratoriya
  20. 20.
    5. Mg,Al, Cu - birləşmələri və xassələriLaboratoriya
  21. 21.
    6. Cr, Mn, Fe - birləşmələri və xassələriLaboratoriya
  22. 22.
    7. Laboratoriya işlərinin yekunu Laboratoriya

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5