Fənn · Kimya mühəndisliyi

Ümumi Kimya-1

İF-3043y6 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Maddələrin kimyəvi xassələri və çevrilmələri, klassik və müasir kimyanın əsas qanunauyğunluqları, atomun quruluşu, məhlulları, elektrolit məhlulların xassələri, habelə, oksidləşmə- reduksiya reaksiyaları və digər elektrokimyəvi proseslər, elektroliz və onun qanunauyğunluqları, həmçinin laboratoriya şəraitində qeyri-üzvi birləşmələrin alınması və xassələri, müxtəlif maddələrin atom və molekul kütlələrini, həmçinin ekvivalentinin təyin edilməsi, kimyəvi formulların çıxarılması və kompleks birləşmələrin alınması, kimyəvi reaksiyaların sürətinin qatılıqdan, təzyiqdən və temperaturdan asılılığı, müxtəlif qatılıqlı məhlulların hazırlanması, elektrolitik məhlullarda gedən reaksiyalar və bundan asılı olaraq mühitin pH-nın təyin olunması, oksidləşmə-reduksiya reaksiyaları barədə tələbələrə nəzəri biliklər vermək və praktiki vərdişlər aşılamaqdır.

Fənn təlim nəticələri

  1. CLO 1: Kimyanın əsas anlayışlarını, qanunlarını, atomun quruluşunu və dövri sistemin qanunauyğunluqlarını izah edir.

  2. CLO 2: Kimyəvi rabitə, maddələrin quruluşu və fiziki-kimyəvi xassələri arasındakı əlaqəni təhlil edir.

  3. CLO 3: Kimyəvi reaksiyaların tənliklərini tərtib edir, stexiometrik hesablamaları yerinə yetirir və nəticələri şərh edir.

  4. CLO 4: Məhlulların hazırlanması, konsentrasiyaların hesablanması və əsas kimyəvi hesablamaları kimya mühəndisliyi məsələlərinin həllində tətbiq edir.

  5. CLO 5: Laboratoriya şəraitində əsas kimyəvi təcrübələri təhlükəsizlik qaydalarına uyğun yerinə yetirir, müşahidələri qeyd edir və nəticələri qiymətləndirir.

  6. CLO 6: Kimyanın sənaye, neft-kimya, metallurgiya, kənd təsərrüfatı, tibb və digər sahələrdə tətbiqini qiymətləndirərək kimya mühəndisliyində əhəmiyyətini əsaslandırır.