Fənn · Kimya mühəndisliyi
Polimerlərin kimyası və texnologiyasıMövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Polimer materialı anlayışı. Polimer materiallarının təsnifatı
MühazirəPolimer kompozisiya materialı, polimerdən fərqli olaraqpolimerin müxtəlif növ və təyinatlı kimyəvi maddələrlə (inqredeytlərin) birgə qarışığıdır. Polimer materialların istifadə olunan polimerin adı ilə də adlandırıla bilər. Polimer kompozisiya materiallarını iki əsas növə - doldurulmuş və doldurulmamış növə ayırmaq olar.
Mənbəyə keç: Polimer materialı anlayışı. Polimer materiallarının təsnifatı (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Bu mövzu keçildikdən sonra tələbə: Polimer materialı anlayışını izah edir. Polimer materiallarının əsas növlərini və təsnifatını fərqləndirir. Doldurulmuş və doldurulmamış polimer kompozisiya materiallarını müqayisə edir. Polimer materiallarının quruluşu ilə onların xassələri arasındakı əlaqəni izah edir. Müxtəlif tətbiq sahələri üçün uyğun polimer materiallarını seçə bilir. Polimer kompozisiya materiallarının tərkibi və təyinatı haqqında ilkin biliklərə yiyələnir.
- Müxtəlif sahələrdə istifadə olunan polimer materiallarını nümunələrlə göstərə bilir.
2. Doldurucular polimer alınmasında əsas funksiyası
MühazirəPolimer əsasında materialın emalı zamanı lazım olan texnoloji və istismar xassələrini yaxşılaşdırmaqüçün onlara doldurucular əlavə edilir. Onlar polimer makromolekulları arasında bərabər paylanaraq polimer dispers mühitində yayılmış doldurcu hissəcikləri fazasından ibarət sistem əmələ gətitrir. Dispers fazanın geniş sahəyə malik olması nəticəsində kalloid sistemlər üçün xarekterik olan bütün fiziki-kimyəvi proseslər onda baş verə bilir. Doldurulmuş polimerlərin xassələri əsasən doldurucunun disperslik dərəcəsindən, fazaların səthindən qarşılıqlı təsir qüvvələrinin xarekterindən və s. asılıdır
Mənbəyə keç: Doldurucular polimer alınmasında əsas funksiyası (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Doldurucuların polimer materiallarının tərkibində rolunu və funksiyalarını izah edir; Doldurucuların polimerlərin texnoloji və istismar xassələrinə təsirini qiymətləndirir; Polimer-doldurucu sistemlərinin quruluş xüsusiyyətlərini şərh edir; Dispers fazada baş verən əsas fiziki-kimyəvi prosesləri izah edir; Doldurucunun disperslik dərəcəsinin və fazalararası qarşılıqlı təsirlərin polimer materiallarının xassələrinə təsirini müəyyən edir; Müxtəlif təyinatlı polimer materialları üçün uyğun doldurucu növlərini seçə bilir.
3. Fazalararası səth və onun formalaşmasında rolu
MühazirəFazalararası səthdə gedən proseslər. Polimer, yüksəközlüyə malik tarazlıq çətin əldə edilən materiallardır. Polimer qarışaraq bir-birində həqiqi məhlullarv - bir fazalı qarışıq əmələ gətirilərsə bu polimerlərlə birgə qarışan, onların qarışığı bir polimerin o birisində emulsiyasıdırsa, birgə qarışmayan polimerlər adlanır. Polimer polimer fazaların bölünmə sərhəddində fazalaraarası qat (FAQ) quruluşuna görə müəyyən xüsusiyyətlərə malidir, bu əlaqədə olan fazaların yüksək molekulyarv təbiəti ilə izah edilir. Birgə qarışmayan polimerlərin görüşmə sahəsində fazalararası qat müəyyən (2 20 nm) qalınlığa malikdir və müxtəlif təbiətə malik polimer seqmentlərin qarışığından ibarətdir.(
Mənbəyə keç: Fazalararası səth və onun formalaşmasında rolu (yeni pəncərədə açılır)4. Plastikləşdiricilərin polimerlərin alınmasında əsas funksiyası
MühazirəPolimerlərlə kiçik molekullu maddələr daxil etməklə onların şüşələşmə və axma temperaturlarını aşağı salmaq olar. Bu zaman polimerlərin elastiki və plastiki xassələri yaxşılaşır. Polimerlərin bu cür modifikasiyası plastifikasiya adlanır. Plastifikatorlar polimetrlərin alınması prosesində monomerə qarışığa əlavə edilə bilər. Adətən isə plastifikatorlar hazır polimerə dispers halında (lateks), məhlulda və ərintidə daxil edilir. Plastifikasiyanın mexanizmi, polimerin fiziki halı ilə əlaqədardır.
Mənbəyə keç: Plastikləşdiricilərin polimerlərin alınmasında əsas funksiyası (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Tələbə polimerlərin modifikasiyası anlayışını izah edir. Tələbə polimerlərin modifikasiya üsullarını fərqləndirir. Tələbə plastifikatorların polimerlərin xassələrinə təsirini qiymətləndirir. Tələbə polimerlərin emal xüsusiyyətlərinin dəyişmə səbəblərini izah edir. Tələbə modifikasiya olunmuş polimerlərin tətbiq sahələrini müəyyən edir. Tələbə müxtəlif məqsədlər üçün uyğun modifikasiya üsullarını seçə bilir.
5. Polimer materiallarının formalaşdırılması və tətbiq sahələri.
MühazirəBu mövzuda polimer materiallarının müxtəlif formalaşdırma üsulları, onların texnoloji xüsusiyyətləri və hazır məmulatların alınma prinsipləri öyrənilir. Ekstruziya, kalandrlama, presləmə, təzyiq altında və təzyiqsiz tökmə kimi əsas formalaşdırma texnologiyalarının mahiyyəti, istifadə olunan avadanlıqlar və prosesə təsir edən amillər izah edilir. Həmçinin polimer materiallarının fiziki-mexaniki xassələrindən asılı olaraq maşınqayırma, avtomobil sənayesi, tikinti, elektrotexnika, qablaşdırma, tibb və məişət sahələrində tətbiqi geniş şəkildə nəzərdən keçirilir. Mövzu tələbələrdə polimer materiallarının formalaşdırılması texnologiyalarının seçilməsi və onların müxtəlif təyinatlı məmulatların istehsalında səmərəli tətbiqi üzrə nəzəri və praktiki biliklər formalaşdırır.
Mənbəyə keç: Polimer materiallarının formalaşdırılması və tətbiq sahələri. (yeni pəncərədə açılır)6. Stabiləşdiricilər, piqmentlər və rəngləyicilərin polimerlərin alınmasında rolu.
MühazirəPolimerin və onlardan hazırlanan məmulatların saxlanılması və istismarı zamanı onların fiziki-mexaniki xassələri pisləşir. Saxlanma və istismar müddətindən asılı olaraq xassələrin bu cür dönməz olaraq dəyişməsi polimerin və onlar əsasında alınan məmulatların köhnənilməsi (qocalması) adlanır. Polimerin köhnənilməsinin əsas səbəbi hava oksigenin təsiridir. Oksigenin iştirakı ilə işıq, istilik, ionlaşdırıcı şüalar və s. polimerlərə təsir edərək oksidləşmə, destruksiya, yeni quruluşun əmələ gəlməsi proseslərinin getməsinə səbəb olur. Destruksiya molekul kütləsinin azalmasına səbəb olur ki, bu da mexaniki xassələrin pisləşməsinə, aşağı temperaturlarda axıcılığın əmələ gəlməsinə səbəb olur. Bu xoşagəlməz halların baş verməməsi üçün polimerə xüsusi maddələr (stabilləşdiricilər) əlavə edilir.
Mənbəyə keç: Stabiləşdiricilər, piqmentlər və rəngləyicilərin polimerlərin alınmasında rolu. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Stabilləşdiricilərin, piqmentlərin və rəngləyicilərin təyinatını izah edir; Polimerlərin qocalma və destruksiya proseslərinin səbəblərini şərh edir; Stabilləşdiricilərin polimerlərin istismar müddətinin artırılmasında rolunu qiymətləndirir; Müxtəlif növ piqment və rəngləyiciləri fərqləndirir və onların tətbiq sahələrini müəyyən edir; Polimer materiallarının xassələrinə uyğun stabilləşdirici və rəngləyici əlavələri seçə bilir; Stabilləşdiricilər, piqmentlər və rəngləyicilərin polimer materiallarının fiziki-kimyəvi xassələrinə təsirini izah edir.
7. PM materialının fəza quruluşunun onun xassələrinə təsiri.
MühazirəPM-da doldurucunun miqdarı, PKM-də hissəcikərin forma və ölçüsünün, fazalar arası qarşılıqlı münasibətin təsiri
Mənbəyə keç: PM materialının fəza quruluşunun onun xassələrinə təsiri. (yeni pəncərədə açılır)8. Polimer kompozisiyalarının komponentlərinin emala hazırlanması.
MühazirəPolimer kompozisiya qarışıqlarının (materiallarının) alınması üçün istifadə olunan əsas avadanlıqlar aşağıdakılardır : vərdənə, pnevmatik, hidravlik və mexaniki üsullarla işləyən qarışdırıcılar, qapalı rezin qarışdırıcısı və s. Rezin qarışıqlarının hazırlanması üçün ən sadə qarışıdırıcı vərəqləndirici vərdənədir. Sənayedə yüksək özlülüklü rezin qarışıqları əsasən qapalı RSVD-250-40 tipli qarışdırıcılarda hazırlanır. Aşağı özlülüklü kompozisiyaların hazırlanması üçün qanadlı və lövbərli qarışdırıcılardan istifadə olunur
Mənbəyə keç: Polimer kompozisiyalarının komponentlərinin emala hazırlanması. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Tələbə polimer kompozisiyalarının emala hazırlanması mərhələlərini izah edir; Tələbə polimer istehsalında istifadə olunan əsas texnoloji əməliyyatları (qurutma, xırdalanma, üyütmə, ələmə, şixta və pasta hazırlanması) fərqləndirir; Tələbə polimer kompozisiyalarının hazırlanmasında istifadə olunan avadanlıqların iş prinsipini izah edir; Tələbə müxtəlif polimer kompozisiyalarının hazırlanma texnologiyalarını müqayisə edir; Tələbə texnoloji parametrlərin hazır məhsulun keyfiyyətinə təsirini qiymətləndirir; Tələbə polimer materiallarının istehsalında uyğun emal üsulu və avadanlığı seçə bilir.
9. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illəri)
MəşğələBu mövzu 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranma səbəblərini və fəaliyyətini əhatə edir. Dövlətin 23 aylıq fəaliyyəti dövründə həyata keçirilən siyasi, iqtisadi, hüquqi və təhsil sahəsində islahatlar araşdırılır. Xarici siyasətdə əldə olunan diplomatik uğurlar və beynəlxalq münasibətlərdə atılan addımlar təhlil edilir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki əhəmiyyəti xüsusi vurğulanır.
Mövzu təlim nəticələri
- • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
- • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
- • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
- • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
- • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
10. Termoplastik polimerlər əsasında materialları.
MühazirəEmal zamanı özlüaxıcı və ya yüksək elastiki halda olan polimerlər əsasında hazırlanan və şüşəvari halda istismar edilən materiallar (kompozisiya) adlanır. Termoplastlar arasında polietilen, polistirol və polivinilxlorid əsaslı kompozisiya materialları homogen və elastifikasiya olunmuş, qazla və mineral tozlarla doldurulmuş şəkildə geniş istifadə olunur. Polistirol, polietilen və polivinilxlorid termoplastları əsasıında kompozisiya materialları sənayenin bir çox sahələrində - plonkalar, vərəqlər, tökmə məmulatları, kabellərin izoləediciləri, avtomobillərin hissələrinin hazırlanması, neft sənayesində boruların alınmasında istifadə olunur
Mənbəyə keç: Termoplastik polimerlər əsasında materialları. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Termoplastik polimerlərin quruluşunu və əsas xüsusiyyətlərini izah edir; Termoplastik və termoreaktiv polimerlər arasındakı fərqləri müəyyən edir; Polietilen, polistirol və polivinilxlorid əsasında alınan materialların xassələrini müqayisə edir; Termoplastik polimerlərin emal üsullarını və tətbiq sahələrini izah edir; Termoplastik materialların sənayedə istifadəsinin üstünlüklərini qiymətləndirir; Müxtəlif təyinatlar üçün uyğun termoplastik materialları seçə bilir
11. Termoaktiv polimerlər əsasında materiallar
MühazirəTermoreaktiv polimer kompozisiya materiallarında polimer faza yüksəksıxlıqlı üçölçülü quruluşa malukdirlər. Buna görə də bərkidilmiş termoreaktiv kompozisiya materialları bəzi xassələrinə (bərklik, elastiklik modulu, istiliyədavamlılıq, qocalmaya qarşı davamlılıq) görə termoplastlardan üstündür. Termoreaktivlər əsasında alınan kompozisiya materiallarına kompoundlar, premiks və prepreqilər aiddir. Elektrik və radio avadanlıqlarında izoliasiya məqsədi ilə elektrik keçirən müxtəlif sxemlərin, detalların örtülməsi və ya hopdurulması üçün istifadə edilən polimeri oliqomer və ya monomer əsaslı kompozisiyalar polimer kompoundları adlandırırlar
Mənbəyə keç: Termoaktiv polimerlər əsasında materiallar (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Termoaktiv polimerlərin quruluşunu və əsas xüsusiyyətlərini izah edir; Termoaktiv və termoplastik polimerlər arasındakı fərqləri müəyyən edir; Termoreaktiv polimer kompozisiyalarının alınma və bərkimə mexanizmini izah edir; Termoaktiv polimerlərin yüksək istilik və mexaniki davamlılıq xüsusiyyətlərini qiymətləndirir; Kompoundlar, premikslər və prepreqlərin xüsusiyyətlərini və tətbiq sahələrini izah edir; Elektrik və radio avadanlıqlarında istifadə olunan termoaktiv materialların tətbiqini əsaslandırır; Müxtəlif təyinatlar üçün uyğun termoaktiv polimer materiallarını seçə bilir.
12. Kauçuk əsasında materialları
MühazirəVulkanizasiya prosesi. Rezin qarışığının alınmasış kauçuk əsasında kompozisiyaların ən geniş yayılmış növlərindən biri rezin qarışıqlarıdır. Rezinləri digər materiallardan fərqləndirən əsas cəhət onların yüksək elastik deformasiyaya malik olmasıdır.Vulkanizasiya prosesinin mahiyyəti kauçukun xətti makromalekullarının eninə rabitələrlə birləşməsindən üç ölçülü fəza toruna malik olması onun plastik haldan elastik hala keçməsi və müəyyən konstruksiya forması almasıdır. Vulkanizasiya olunmuş materiallarda həm gel, həm də zol fraksiyası olur. Zol fraksiyası müxtəlif həlledicilərdə həll olur
Mənbəyə keç: Kauçuk əsasında materialları (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Kauçuk və rezin materiallarının fərqli cəhətlərini müəyyən edir; Vulkanizasiya prosesinin mahiyyətini və mərhələlərini izah edir; Vulkanizasiya nəticəsində materialın fiziki-mexaniki xassələrində baş verən dəyişiklikləri qiymətləndirir; Rezin qarışıqlarının hazırlanma texnologiyasını izah edir; Vulkanizasiya olunmuş materialların tətbiq sahələrini müəyyən edir; Müxtəlif təyinatlar üçün uyğun kauçuk və rezin materiallarını seçə bilir.
13. Ekstruziya prosesi
MühazirəEkstruziya–polimer ərinti və plastifikasiya olunmuş şəkildə müəyyən kəsikli formalaşma kanalının başlanğıcından sıxışdırılıb çıxarılmışdır. Proses xüsusi avadanlıqlarda – ekstruderlərdə aparılır. Avadanlığa yüklənmiş bərk termoplast kompozisiya sıxılır, əriyir, homogenləşərək yüksək özlülüklü kütləyə çevrilir və təzyiq altında formalaşma başlığına verilir.
Mövzu təlim nəticələri
- Ekstruziya prosesinin əsas mərhələlərini təsvir edir; Ekstruderlərin quruluşunu və iş prinsiplərini izah edir; Polimer ərintisinin plastifikasiyası və formalaşması proseslərini şərh edir; Ekstruziya üsulu ilə alınan məmulatların növlərini və tətbiq sahələrini müəyyən edir; Ekstruziya prosesinin üstünlüklərini və texnoloji xüsusiyyətlərini qiymətləndirir; Müxtəlif polimer materialları üçün uyğun ekstruziya parametrlərini seçə bilir.
14. Polimer kompozisiya materiallarının formalaşdırılması və tətbiq sahələri. Keramik matrislər
MühazirəPolimer kompozisiya materiallarının əsas formalaşdırma üsullarını izah edir; Formalaşdırma texnologiyalarının materialların xassələrinə təsirini qiymətləndirir; Polimer kompozitlərinin tətbiq sahələrini müəyyən edir; Keramik matrisli kompozit materialların quruluşunu, növlərini və xüsusiyyətlərini izah edir; Keramik matrisli kompozitlərin alınma texnologiyalarını və tətbiq sahələrini fərqləndirir; Müxtəlif istismar şəraitinə uyğun kompozit materialları seçə bilir; Polimer və keramik matrisli kompozit materialların üstünlüklərini və məhdudiyyətlərini müqayisə edir.
Mənbəyə keç: Polimer kompozisiya materiallarının formalaşdırılması və tətbiq sahələri. Keramik matrislər (yeni pəncərədə açılır)15. Kalandrlama prosesi.
MühazirəKalandrlama elə bir formalaşma prosesidir ki, bu proses zamanı horizontal səthdə yerləşən və bir-birinə qarşı fırlanan vallar arası boşluqdan qızdırılmış rezin qarışığı və ya polivinilxlorid əsasında plastikat kompozisiya buraxılır. Bu zaman qalınlığı və eni nizamlanan sonsuz lent alınır. Təkrarlaşma, naxış basma və vərəqləndirmə prosesi üçün ikivallı, düzləndirmə və üzçəkilmə üçün üçvallı, vərəqləndirmə və universal texnoloji proseslər üçün 3 və 4 vallı, nprofilləşdirmə prosesləri üçün 4 vallıistifadə olunur
Mənbəyə keç: Kalandrlama prosesi. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Kalandrlama zamanı baş verən əsas texnoloji əməliyyatları təsvir edir; Müxtəlif tip kalandrlama avadanlıqlarını və onların təyinatını fərqləndirir; Kalandrlama üsulu ilə alınan polimer materialların növlərini və tətbiq sahələrini müəyyən edir; Texnoloji parametrlərin hazır məhsulun keyfiyyətinə təsirini qiymətləndirir; Müxtəlif təyinatlı polimer materiallarının istehsalı üçün uyğun kalandrlama üsulunu seçə bilir.
16. Təzyiq altınada və təzyiqsiz tökmə prosesləri
MühazirəPlastik kütlə və rezin qarışıqlardan müvafiq material və ya məmulatların alınması üçün tətbiq edilən forlaşma üsullarından biridə təzyiq altında tökmədir. Bu prosesdə qarışıq dənə və ya toz şəklində avadanlığın plastifikasiya silindrinə ötürülür. Silindr termoplastların emalında 200-3000C, termoreaktiv və rezinlərin emalı prosesində isə 80-1200C-ə qədər qızdırılır. Şnek fırlandıqca plastikasiya olunmuş qarışıq qəlibə doöru hərəkət edir. Təzyiqsiz tökmə prosesi polimerlərin alınması mərhələlərindən istifadə etmədən monomer və ya oliqomerdən məmulat almağa imkan verir. Bəzən bu prosesi “sərbəst tökmə”, “kimyəvi formalaşma” adlandırırlar
Mənbəyə keç: Təzyiq altınada və təzyiqsiz tökmə prosesləri (yeni pəncərədə açılır)17. Polimer məmulatların təkrar emalı
MühazirəHazırda istehsal edilən plastik polimer məmulatlarının 41%-i örtük kimi istifadə olunur. Bu örtüklərin 41%-i yalnız ərzaq məhsullarının bükülməsində istifadə olunur. Polimer əsaslı polimer materiallarının sadə, yüngül, estetik və iqtisadi cəhətdən əlverişli olması onlardan geniş istifadə olunmasına səbəb olur. Lakin bu örtük və bükmə materialları işləndikdən sonra onlar tullantıya çevrilir. Polimer əsaslı tullantılar demək olar ki, “əbədidirlər”, çünki bioloji olaraq parçalanırlar. Buna görə də onlar flora və faunaya böyük ziyan vurur. Polimer məmulatı tullantılarının təkrar emalı üsulları onların növlərindən asılıdır.(M)
Mənbəyə keç: Polimer məmulatların təkrar emalı (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- Polimerlərin əsas fiziki və mexaniki xassələrini izah edir; Polimerlərin aqreqat hallarını və onların xüsusiyyətlərini fərqləndirir; Temperaturun və xarici qüvvələrin polimerlərin xassələrinə təsirini qiymətləndirir; Polimerlərin elastiklik, plastiklik və deformasiya xüsusiyyətlərini izah edir; Polimerlərin möhkəmlik, sərtlik və davamlılıq göstəricilərini müəyyən edir; Müxtəlif tətbiq sahələri üçün uyğun fiziki və mexaniki xassələrə malik polimer materialları seçə bilir; Polimerlərin quruluşu ilə onların xassələri arasındakı əlaqəni şərh edir.
18. Polimerlərin fiziki və mexaniki xassələri
MühazirəPolimer materialların aqreqat halları,temperatur və xaric təzyiqə reaksiyaları,elastikliyi,deformasiyası və s.
Mənbəyə keç: Polimerlərin fiziki və mexaniki xassələri (yeni pəncərədə açılır)19. Polimer kompozisiya materiallarını inqrediyentləri.
MühazirəPolimerə əlavə olunan və materialın fiziki-mexaniki xassələrini dəyişən tərkib hissələri ,onların tətbiq olunma yerləri
Mənbəyə keç: Polimer kompozisiya materiallarını inqrediyentləri. (yeni pəncərədə açılır)20. Polimer materiallarının istehsal texnologiyası
MühazirəPM-in qarışdırma üsulu ilə alınması.Qurutma,qranulyasiya,xırdalama və s.əməliyyatların aparılmasış
Mənbəyə keç: Polimer materiallarının istehsal texnologiyası (yeni pəncərədə açılır)21. Polimer materiallar üçün prepreqlərin hazırlanması.
MühazirəPrepreqlərin hopdurma ,toz dispers polimerlərdən istifadə etməkilə hazırlanması.Pətək quruluşların alınması.
Mənbəyə keç: Polimer materiallar üçün prepreqlərin hazırlanması. (yeni pəncərədə açılır)