Fənn · Kimya mühəndisliyi
Polimerlərin kimyası və texnologiyası
Fənn haqqında
Kredit
7
İş yükü
210saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
1. Ümumi məlumat 2. Polimer materialları və onların tipləri 3. Polimer kompozisiyaların istifadəsində ən mühüm polimerlər. 4. Polimer kompozisiyaların inqredientləri 5. Polimerlər əsasında yaradılan ən mühüm kompozisiyaların nümunələri 6. Polimer materiallarının tətbiq sahələri
Fənn təlim nəticələri
CLO 1: Polimerlərin kimyəvi quruluşunu, təsnifatını, əsas xassələrini və alınma üsullarını izah edir.
CLO 2: Polimer materiallarının növlərini, quruluş-xassə əlaqələrini və istifadə xüsusiyyətlərini müqayisə edir.
CLO 3: Polimer kompozisiyalarının əsas komponentlərini və onların materialın xassələrinə təsirini təhlil edir.
CLO 4: Müxtəlif təyinatlı polimer kompozisiya nümunələrini seçir və onların kimya sənayesində tətbiq sahələrini qiymətləndirir.
CLO 5: Müəyyən mühəndislik tətbiqləri üçün polimer materiallarını və kompozisiyalarını texniki, iqtisadi və istismar tələblərinə uyğun seçir.
CLO 6: Polimer materiallarının sənaye və məişətdə tətbiq sahələrini, onların üstünlüklərini, məhdudiyyətlərini və ətraf mühitə təsirlərini əsaslandırılmış şəkildə qiymətləndirir.