Fənn · İnformasiya təhlükəsizliyi

Şəbəkələrin əsasları

İF-2250y6 kreditYaz semestriMəcburi1

Fənn haqqında

Kredit

6

İş yükü

120saat

Semestr

Yaz

Tədris ili

1

Fənnin təsviri

Fənn tələbələrdə kompüter şəbəkələrinin dizaynı, qurulması, konfiqurasiyası və idarə edilməsi üzrə fundamental nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində şəbəkə arxitekturası və əsas komponentlər, OSI və TCP/IP modelləri, şəbəkə protokolları, IPv4 və IPv6 ünvanlama və alt-şəbəkələrin yaradılması öyrənilir. LAN, WLAN, MAN və digər şəbəkə növləri, eləcə də radiodalğa və peyk əsaslı simsiz rabitə texnologiyaları haqqında əsas məlumatlar verilir. Tələbələr VLAN-lar, şəbəkə seqmentasiyası, inter-VLAN routing, statik və dinamik marşrutlaşdırma prinsipləri ilə tanış olurlar. Həmçinin Cisco şəbəkə avadanlıqlarının işləmə prinsipləri və konfiqurasiyası, firewall, ACL və VPN kimi əsas şəbəkə təhlükəsizliyi mexanizmləri nəzərdən keçirilir. Fənn Cisco Packet Tracer, GNS3 və real şəbəkə avadanlıqlarından istifadə etməklə lokal şəbəkələrin qurulması, konfiqurasiya edilməsi və səmərəliliyinin qiymətləndirilməsi üzrə praktiki bacarıqların inkişaf etdirilməsinə, eləcə də tələbələrin Cisco CCNA səviyyəsində şəbəkə biliklərinin formalaşdırılmasına yönəlmişdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Kompüter şəbəkələri haqqında ilkin anlayışları bilməlidir.

  2. CLO 2: Şəbəkə ötürücüləri, onların xüsusiyyətləri, məhdudiyyətlərini əsas şəbəkə avadanlıqlarını. onların funksiyalarını bilməlidir.

  3. CLO 3: Şəbəkə topologiyalarını tanımalıdır, şəbəkə arxitekturalarını, dizayn və protokollarını başa düşməlidir.

  4. CLO 4: OSİ səviyyələrini tanımalıdır, IP ünvanalamanın iş prinsipini, alt-şəbəkələrin necə çalışdığını, IP ünvanların paylanmasını və siniflərini bilməlidir.

  5. CLO 5: Şəbəkədə marşurutlaşmanı və fərqli OSİ səviyyələri üçün müvafiq şəbəkə avadanlıqlarını quraşdırmağı, sazlamanı yerinə yetirməyi bacarmalıdır.

  6. CLO 6: Şəbəkədə təhlükəsizliyin və etibarlılığın təmin olunması ilə bağlı anlayışları bilməlidir.