Fənn · İnformasiya təhlükəsizliyi

Rəqəmsal kriminalistikanın əsasları

İF-2215y8 kreditPayız semestriMəcburi4

Fənn haqqında

Kredit

8

İş yükü

150saat

Semestr

Payız

Tədris ili

4

Fənnin təsviri

Fənn tələbələrdə təhlükəsizlik insidentlərinin araşdırılması və rəqəmsal kriminalistika proseslərinin həyata keçirilməsi üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində rəqəmsal kriminalistikanın əsas anlayışları, növləri və prinsipləri, eləcə də rəqəmsal sübutların identifikasiyası, toplanması, sənədləşdirilməsi, saxlanılması, mühafizəsi, təhlili və təqdim olunması prosesləri öyrənilir. Tələbələr disklər və fayl sistemləri, Windows və Linux sistemləri, silinmiş fayllar, şəkil və loq faylları, şəbəkə trafiki və yaddaş (RAM) üzrə kriminalistik araşdırma üsulları ilə tanış olurlar. Həmçinin veb hücumlarının, mobil cihazların, e-poçt, bulud və virtual mühitlərin kriminalistik təhlili, eləcə də insidentlərə cavab tədbirləri nəzərdən keçirilir. Rəqəmsal sübutların əldə edilməsi və təhlili üçün istifadə olunan açıq mənbəli və kommersiya alətlərinin tətbiq xüsusiyyətləri araşdırılır. Fənn rəqəmsal kriminalistikanın hüquqi və etik məsələlərini, araşdırma nəticələrinin hesabatlaşdırılmasını və məhkəmədə təqdim edilməsini də əhatə edir.

Fənn təlim nəticələri

  1. CLO 1: Məhkəmə kompüter-texniki ekspertizasının/Rəqəmsal kriminalistikanın rolunu və əhəmiyyətini dərk etməli, növlərini bilməli, tədqiqat metodlarını anlamalı və tətbiq edə bilməlidir.

  2. CLO 2: Sübuti əhəmiyyətə malik olan rəqəmsal dəlilləri ayırd edə bilməli, onların növlərini və əhəmiyyətini dərk etməlidir.

  3. CLO 3: Rəqəmsal sübutların identifikasiyası, toplanılması, sənədləşdirilməsi, saxlanılması, istifadə olunması, mühafizəsi və təqdim olunmasının prosessual əsaslarını öyrənməlidir.

  4. CLO 4: Rəqəmsal sübutların identifikasiyası, toplanılması, sənədləşdirilməsi, saxlanılması, istifadə olunması, mühafizəsi və təqdim olunması üçün zəruri resurs və avadanlıqlardan istifadə üzrə bilik və bacarıqlara yiyələnməli, eləcə də açıq kodlu və qabaqcıl həlləri tətbiq etməyi bacarmalıdır.

  5. CLO 5: Rəqəmsal sübutların kriminalistik diaqnostikasını aparmalı, əldə edilmiş nəticələri qiymətləndirməli və nəticələri formulə edə bilməlidir.

  6. CLO 6: Sübutların mümkünlüyünün təmin olunması üçün zəruri hüquqi prosedurları və tələbləri bilməlidir