Fənn · İnformasiya təhlükəsizliyi

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri

İF-2208y5 kreditYaz semestriMəcburi2

Fənn haqqında

Kredit

5

İş yükü

90saat

Semestr

Yaz

Tədris ili

2

Fənnin təsviri

Fənn informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin hüquqi tənzimlənməsini və bu sahəyə dair normativ-hüquqi bazanın öyrənilməsini nəzərdə tutur. Fənn çərçivəsində informasiya hüququnun əsasları, informasiya sahəsində dövlət siyasəti və milli təhlükəsizlik maraqları, habelə informasiya təhlükəsizliyinin təmin edilməsinin hüquqi mexanizmləri öyrənilir. Tələbələr fərdi məlumatların, dövlət sirri təşkil edən və konfidensial informasiyanın mühafizəsi, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair hüquqi tələblərlə tanış olurlar. Kibercinayətlərin təsnifatı, kibercinayətkarlığa qarşı mübarizənin hüquqi əsasları və rəqəmsal sübutların hüquqi aspektləri fənnin əsas mövzuları sırasındadır. Eyni zamanda informasiya müharibəsi, kibermüharibə və hibrid müharibələrin hüquqi aspektləri, həmçinin bu sahədə milli və beynəlxalq hüquqi yanaşmalar təhlil edilir. Fənn tələbələrdə müvafiq normativ-hüquqi aktları təhlil etmək və onların informasiya təhlükəsizliyi sahəsində tətbiqini qiymətləndirmək bacarıqlarının formalaşdırılmasına yönəlmişdir.

Fənn təlim nəticələri

  1. CLO 1: İnformasiya hüququnun əsasları, mənbələri, hüquq münasibətlərinin elementləri, hüquq normalarının subyektləri barədə biliklər qazanmalı, habelə informasiya sahəsində əsas insan hüquq və azadlıqlarını öyrənməlidir.

  2. CLO 2: Azərbaycan Respublikasında informasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri, müvafiq strategiya və dövlət proqramları barədə biliklər əldə etməli, eləcə də ölkənin informasiya sahəsində milli təhlükəsizlik maraqları və informasiya təhlükəsizliyi siyasəti ilə bağlı biliklərə yiyələnməlidir.

  3. CLO 3: İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı rəhbər normativ hüquqi aktlarla tanış olmalı və onların tələblərini bilməlidir.

  4. CLO 4: Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması sahəsində hüquqi və təşkilati məsələlər, eləcə də, infrastruktur obyektlərinin təsnifatlaşdırılması, minimal təhlükəsizlik tələbləri, nəzarət mexanizmləri barədə ümumi biliklərə yiyələnməlidir.

  5. CLO 5: Fərdi məlumatların, eləcə də dövlət sirri təşkil edən və konfidensial informasiyanın, habelə peşə, kommersiya, istintaq və məhkəmə sırrının mühafizəsi sahəsində müvafiq qanunvericiliyin tələblərini bilməli, eləcə də mövcud qanunverciliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirlərini öyrənməlidir.

  6. CLO 6: Kibercinayətlərin anlayışı, təsnifatı, və kibercinayətkarlığa qarşı mübarizənin hüquqi əsasları, habelə informasiya müharibəsi və kibermüharibə anlayışları və onların xüsusiyyətləri, müasir çağırışlar və hibrid müharibələrin hüquqi aspektləri barədə ümumi biliklər əldə etməlidir.