Fənn · İnformasiya təhlükəsizliyi
İnformasiya təhlükəsizliyinin idarəedilməsi sistemləri
Fənn haqqında
Kredit
5
İş yükü
90saat
Semestr
Payız
Tədris ili
3
Fənnin təsviri
Fənn tələbələrdə informasiya təhlükəsizliyinin idarə edilməsi sistemlərinin (İTİS) yaradılması, tətbiqi və davamlı təkmilləşdirilməsi üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində informasiya təhlükəsizliyi menecmentinin əsas prinsipləri, təşkilatlar üçün əhəmiyyəti və informasiya təhlükəsizliyinin idarə edilməsinin əsas mərhələləri öyrənilir. Tələbələr ISO/IEC 27000 standartlar ailəsi və ISO/IEC 27001:2022 standartının əsas konsepsiyaları, prinsipləri, anlayışları və tələbləri ilə tanış olurlar. İnformasiya təhlükəsizliyinin idarə edilməsi strategiyasının qurulması, İTİS-in planlaşdırılması, təşkili və müəssisənin digər idarəetmə sistemləri ilə inteqrasiyası məsələləri nəzərdən keçirilir. Həmçinin fəaliyyət sahəsinin xüsusiyyətlərinə uyğun olaraq ITIL və COBIT kimi beynəlxalq çərçivələrin təşkilatlarda tətbiqinin rolu və prinsipləri araşdırılır. Fənn tələbələrdə təşkilatın informasiya təhlükəsizliyi ehtiyaclarını müəyyən etmək və müvafiq standartların tələblərinə uyğun idarəetmə yanaşmalarını tətbiq etmək bacarıqlarının formalaşdırılmasına yönəlmişdir.
Fənn təlim nəticələri
CLO 1: İnformasiya təhlükəsizliyi menecmentinin nə olduğunu və onun əsas prinsiplərini bilir.
CLO 2: İnformasiya təhlükəsizliyinin idarəedilməsinin təşkilatların üçün vacibliyini və faydalarını başa düşür.
CLO 3: İnformasiya təhlükəsizliyinin idarəedilməsi üzrə yerli və beynəlxalq standartlar ilə tanışdır.
CLO 4: ISO/IEC 27000 standartlar ailəsi barədə məlumatlıdır.
CLO 5: ISO/IEC 27001:2013 standartının əsas konsepsiya və prinsipləri, orada istifadə olunan əsas anlayışları bilir.
CLO 6: ISO/IEC 27001:2013 standartının əsas tələblərini bilir.