Fənn · İnformasiya təhlükəsizliyi

Diskret riyaziyyat

İF-17122y5 kreditPayız semestriMəcburi2

Fənn haqqında

Kredit

5

İş yükü

90saat

Semestr

Payız

Tədris ili

2

Fənnin təsviri

Fənn tələbələrdə diskret riyaziyyatın fundamental anlayışları və metodları üzrə nəzəri bilik və analitik bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində riyazi məntiq və predikatlar məntiqi, çoxluqlar və münasibətlər, Bul cəbri, kombinatorikanın əsasları və qraflar nəzəriyyəsi öyrənilir. Riyazi anlayışların düzgün formalaşdırılması, mülahizələrin məntiqi təhlili və müxtəlif isbat üsullarının tətbiqi prinsipləri nəzərdən keçirilir. Bul funksiyaları, onların ayrılışları, tamlıq və qapalılıq anlayışları, çoxqiymətli funksiyalar, qraflar üzərində əməllər, qraflarda yol və zəncir, əlaqəlilik və digər əsas qraf anlayışları araşdırılır. Fənn çərçivəsində diskret riyaziyyat metodlarının hesablama texnologiyalarında, avtomatlar nəzəriyyəsində, kodlaşdırmada, informasiyanın ötürülməsi və emalında, alqoritmlərin və optimal proqram həllərinin hazırlanmasında tətbiqi nəzərdən keçirilir. Həmçinin qraflar nəzəriyyəsinin şəbəkə təhlükəsizliyi və kiberkriminalistika sahələrində tətbiqinə xüsusi diqqət yetirilir. Fənn tələbələrdə riyazi mətnləri təhlil etmək, məntiqi mühakimələr qurmaq, nəzəri bilikləri praktiki məsələlərin həllinə tətbiq etmək və diskret strukturlardan istifadə etməklə hesablama və informasiya təhlükəsizliyi problemlərini modelləşdirmək bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Məntiq cəbrinin elementar funksiyaları və onların xassələri haqqında biliklərə malik olmalıdır. Düsturlar, funksiyaların düsturlarla ifadəsi, eyni quruluşlu düsturlarla işləməyi bacarmalıdır. Tavtalogiya və eyniliklə yalan düsturlar, düsturların ekvivalentliyi haqqında biliklərə malik olmalıdır.

  2. CLO 2: İkili funksiya, ikilik prinsipi haqqında biliklərə malik olmalıdır. Məntiq cəbri funksiyalarının dəyişənlər üzrə ayrılışını, mükəmməl dizyunktiv formaları və mükəmməl normal formaları qura bilməlidir.

  3. CLO 3: Bul funksiyalarının və onların rəqəmsal sxemlərin və kriptoqrafik primitivlərin modelləşdirilməsində sadə tətbiqlərini bilməlidir.

  4. CLO 4: Ədədlər nəzəriyyəsinin açıq açarlı kriptoqrafiyada istifadə edilən zəruri elementlərini və onların müvafiq kriptoqrafik alqoritmlərdə tətbiqlərini bilməlidir.

  5. CLO 5: Sonlu meydanların əsas elementlərini bilməli və onların kriptoqrafik alqoritmlərdə tətbiqi nümunələrindən məlumatlı olmalıdır.

  6. CLO 6: Qrafların təsviri üsullarını və çəkili qraflarda ən qısa yolların tapılması alqoritmlərini bilməli və onları şəbəkə modelləşdirməsində tətbiq etməyi bacarmalıdır (OSPF).