Fənn haqqında
Kredit
6
İş yükü
120saat
Semestr
Payız
Tədris ili
1
Fənnin təsviri
Fənn tələbələrdə riyazi analiz üzrə fundamental nəzəri biliklərin və müxtəlif məsələlərin həllində bu biliklərdən istifadə bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində çoxluqlar və həqiqi ədədlər, ədədi ardıcıllıqlar, birdəyişənli və çoxdəyişənli funksiyalar, limit, kəsilməzlik və müntəzəm kəsilməzlik anlayışları öyrənilir. Birdəyişənli funksiyaların diferensial hesabı, ibtidai funksiya, qeyri-müəyyən və müəyyən inteqrallar, eləcə də inteqral hesabının tətbiqləri nəzərdən keçirilir. Həmçinin ədədi və funksional sıralar və çoxdəyişənli funksiyaların əsas xüsusiyyətləri araşdırılır. Fənn tələbələrdə riyazi məsələlərin həll alqoritmlərini qurmaq, onların effektivliyini qiymətləndirmək və riyazi analiz üsullarından tətbiqi riyaziyyat, informatika və kriptologiya məsələlərinin həllində istifadə etmək bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.
Fənn təlim nəticələri
CLO 1: Ardıcıllığın limitinin tərifini, yığılan və dağılan ardıcıllıqlar anlayışlarını, limitin bəzi xassələrini bilməlidir.
CLO 2: Funksiyanın limiti, nöqtədə kəsilməz funksiyanın tərifi, əsas xassələri, kəsilmə nöqtələri haqqında biliklərə malik olmalıdır.
CLO 3: Funksiyanın törəməsinin tərifi, əsas xassələri, nöqtədə differensialın tərifi və onunla bağlı hökmlər haqqında biliklərə malik olmalıdır. Funksiyanın maksimum və minimum nöqtələrinin tərifi, ekstremum üçün zəruri şərt, birinci və ikinci kafi şərtlər haqqında biliklərə yiyələnməlidir.
CLO 4: Parçanın bölgüsü, onun xassələri, müəyyən inteqralın tərifi, inteqrallanan funksiyalar sinifləri haqqında məlumata malik olmalıdır.
CLO 5: Ədədi sıranın tərifini, zəruri şərt və yığılan sıranın xassələrini bilməlidir. Qüvvət sıralarının yığılma radiusu və yığılma intervalı. Koşi-Adamar düsturu, Teylor sırası haqqında məlumatlara yiyələnməlidir.
CLO 6: Çoxdəyişənli funksiyanın xüsusi törəmələri və diferensialı haqqında biliklərə yiyələnməlidir.