Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Fövqəladə hallar və ətraf mühit

İFS-4568y5 kreditPayız semestriSeçmə20225-2026

Fənn haqqında

Kredit

5

İş yükü

150saat

Semestr

Payız

Tədris ili

20225-2026

Fənnin təsviri

Fövqəladə hallar ətraf mühitə ciddi ziyan vura bilər. Yanğın, sel, zəlzələ və kimyəvi qəzalar torpağı, suyu və havanı çirkləndirir. Bu hadisələr canlıların həyatına və ekosistemə mənfi təsir göstərir. Ətraf mühitin qorunması üçün təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir. Vaxtında müdaxilə və bərpa işləri ziyanın azalmasına kömək edir.

Fənn təlim nəticələri

  1. CLO 1: Fövqəladə halların növlərini, yaranma səbəblərini, ətraf mühitə və cəmiyyətə təsirlərini izah edir, peşəkar terminologiyadan istifadə etməklə yazılı və şifahi təqdimatlar hazırlayır.

  2. CLO 2: Təbii, texnogen və ekoloji xarakterli fövqəladə halların ətraf mühit komponentlərinə (hava, su, torpaq, flora və fauna) təsirini elmi metodlarla təhlil edir və qiymətləndirir.

  3. CLO 3: Fövqəladə hallar zamanı ekoloji riskləri müəyyən edir, monitorinq nəticələrini təhlil edir və müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə məlumatları emal edir.

  4. CLO 4: Fövqəladə halların qarşısının alınması, risklərin azaldılması və ətraf mühitin mühafizəsi üzrə profilaktik və təşkilati tədbirləri tətbiq edir, müvafiq normativ tələblərə əsasən fəaliyyət planı hazırlayır.

  5. CLO 5: Fövqəladə hallar zamanı əhalinin və ətraf mühitin mühafizəsi, təxliyyə, fərdi və kollektiv mühafizə vasitələrinin tətbiqi, qəza-xilasetmə və bərpa tədbirlərini təşkil edir.

  6. CLO 6: Fövqəladə halların ekoloji nəticələrini proqnozlaşdırır, zərərin qiymətləndirilməsini aparır, ekosistemlərin bərpası və davamlı inkişaf prinsiplərinə uyğun ekoloji həllər təklif edir.