Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Fövqəladə hallarda zərərin qiymətləndi.

İFS-4170y5 kreditPayız semestriSeçmə2025 -2026

Fənn haqqında

Kredit

5

İş yükü

150saat

Semestr

Payız

Tədris ili

2025 -2026

Fənnin təsviri

Fövqəladə hallarda zərərin qiymətləndirilməsi hadisədən sonra yaranmış itkilərin müəyyən edilməsidir. Bu zaman insanlara, binalara, infrastruktura və ətraf mühitə dəyən ziyan araşdırılır. Qiymətləndirmə nəticəsində maddi itkilərin həcmi hesablanır. Toplanan məlumatlar yardım və bərpa işlərinin planlaşdırılması üçün istifadə olunur. Bu proses gələcək risklərin azaldılmasına da kömək edir.

Fənn təlim nəticələri

  1. CLO 1: Fövqəladə halların növlərini, onların yaratdığı sosial, iqtisadi və ekoloji zərərləri izah edir.

  2. CLO 2: Fövqəladə hallar nəticəsində insanlara, tikililərə, infrastruktura və ətraf mühitə dəyən zərərləri müəyyənləşdirir və təsnifatını aparır.

  3. CLO 3: Zərərin qiymətləndirilməsi üçün istifadə olunan metod və meyarları tətbiq edir, maddi itkilərin hesablanmasını həyata keçirir.

  4. CLO 4: Fövqəladə hadisələr üzrə məlumatları toplayır, təhlil edir və qiymətləndirmə hesabatı hazırlayır.

  5. CLO 5: Zərərin qiymətləndirilməsi nəticələrindən istifadə etməklə bərpa, yardım və risklərin azaldılması tədbirlərini əsaslandırır

  6. CLO 6: Fövqəladə hallarda zərərin qiymətləndirilməsi üzrə normativ sənədlərə və peşə etikası prinsiplərinə uyğun qərar qəbul etmə bacarığı nümayiş etdirir