Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Həyat fəaliyyətinin təhlükəsizliyinin ..Sillabus

İFS - 4169y5 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS - 4169y
Kredit
5
Tələbənin iş yükü
150
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) mühazirə - 45; b) seminar - 15.
Auditoriyadan kənar saatlar
a) MRTSi- 36; b) TSi - 54.

Fənn haqqında

Həyat fəaliyyətinin təhlükəsizliyi insanların gündəlik həyatda və iş şəraitində təhlükələrdən qorunmasını öyrənən sahədir. Bu sahənin məqsədi insan sağlamlığını və həyatını qorumaqdır. Təhlükəsizlik qaydalarına riayət etmək qəzaların və xəsarətlərin qarşısını alır. Həyat fəaliyyətinin təhlükəsizliyi əmək, məişət və ətraf mühit təhlükəsizliyini əhatə edir. Bu biliklər insanların daha təhlükəsiz şəraitdə yaşamasına kömək edir.

Tədris metodları

  • mühazirə
  • seminar
  • problem-based learning
  • təqdimatlar
  • komanda işi
  • interaktiv müzakirə
  • laboratoriya işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Tələbə insan orqanizminin anatomik-fizioloji sistemlərinin (sinir, sensor, ürək-damar, tənəffüs) iş prinsiplərini və xarici/daxili neqativ amillərin bu sistemlərdə törətdiyi bioloji-patoloji dəyişiklikləri izah etməyi bacarır.

  2. CLO 2: Tələbə istehsalat mühitində mövcud olan fiziki, kimyəvi, bioloji və psixo-fizioloji zərərli amilləri, sənaye zəhərlərinin toksikoloji parametrlərini (BQH, Qaber düsturu, kumulyasiya) və peşə risklərini müstəqil analiz edir.

  3. CLO 3: Tələbə erqonomika standartlarına uyğun iş yerlərinin təşkilini, sənaye müəssisələrinin layihələndirilməsində sanitar-gigiyenik normaları, ventilyasiya, elektrik və təzyiqli sistemlərin təhlükəsizlik meyarlarını tətbiq etməyi bacarır.

  4. CLO 4: Tələbə işçiləri səs-küy, vibrasiya, qeyri-ionlaşdırıcı və ionlaşdırıcı (qamma) şüalanmalardan, eləcə də yanğın amillərindən qorumaq üçün tibbi-bioloji prinsiplərə əsaslanan mühafizə tədbirlərini hesablayır və idarəetmə metodlarını seçir.

  5. CLO 5: Tələbə Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Konstitusiya normaları və əmək mühafizəsi standartları (İnşaat norma və qaydaları) çərçivəsində bədbəxt hadisələrin və travmatizmin qeydiyyatı, təhlili və hüquqi tənzimlənməsi prosedurlarını idarə edir.

  6. CLO 6: Riyaziyyat, təbiət elmləri və mühəndislik prinsiplərini fəaliyyət sahəsində tətbiq etmək bacarığı.

  7. CLO 7: Kompleks problemləri eyniləşdirmək, ədəbiyyat araşdırması aparmaq, sınaq və eksperimentlər vasitəsilə məlumatları analiz etmək bacarığı.

  8. CLO 8: Sağlamlıq, təhlükəsizlik, mədəni, sosial və ekoloji amilləri nəzərə alaraq sistem, komponent və ya prosesləri layihələndirmək bacarığı.

  9. CLO 9: Peşəkar fəaliyyətdə qanunvericiliyin, normativ aktların, etik və hüquqi məsuliyyətlərin dərk edilməsi.

  10. CLO 10: Mühəndislik və istehsalat həllərinin ekoloji, bioloji və sosial təsirlərini qiymətləndirmək və dayanıqlı inkişaf prinsiplərini anlamaq.

Mövzu planı

  1. 1.
    “HFT tibbi-bioloji əsasları” fənninin əsas anlayışlarıMühazirə

    Həyat fəaliyyətinin tibbi-bioloji əsasları anlayışı. “Həyat fəaliyyətinin tibbi-bioloji əsasları” fənninin əsas vəzifələri. Gündəlik həyatda və iş yerlərində təhlükəsizliyin tibbi-bioloji aspektləri.

  2. 2.
    Həyat fəaliyyətinin təhlükəsizliyində insan fiziologiyası və ona təsir edən amillər - İnsanın əsəb sistemiMühazirə

    İnsanın əsəb sistemi, Əsəbin insan orqanizminə dağıdıcı təsiri, insanın daxili orqanlarına, ürək-damar, nəfəsalma, həzm sistemlərinə vurduğu ziyan. Əsəb yaradan xarici və daxili amillər.

  3. 3.
    Həyat fəaliyyətinin təhlükəsizliyində insan fiziologiyası və ona təsir edən amillər - Analizatorların fiziologiyasıMühazirə

    Analizatorların fiziologiyası. Hiss üzvləri haqqında anlayış. Hiss üzvlərinin və reseptorların təsnifatı. Reseptorların morfo-funksional təsviri. Sinir sistemində informasiyaların kodlaşdırılması. Reseptorların adaptasiyası. Kimyəvi həssaslıq. Xemoresepsiya növləri. Qoxu va dad hissləri. Qoxu üzvləri və qoxu hissi. Dad üzvləri və dad duyğuları. Ağrı hissiyatı. Dəri hissiyatı. Lamisə (taktil) reseptorları. Dərinin termoreseptorları. Lamisə va temperatur hisslərinin mərkəzi mexanizmləri. Müvazinət (vestibulyar) sensor sistemi. Əzələ hissiyatı (proprioresepsiya). Əzələ reseptorları.

  4. 4.
    Həyat fəaliyyətinin təhlükəsizliyində insan fiziologiyası və ona təsir edən amillər - Analizatorların fiziologiyasıMəşğələ

    Analizatorların fiziologiyası, hiss üzvləri, sensolar

  5. 5.
    İstehsalatda mövcud olan təhlükələr - Erqonomika baxımından iş şəraiti.Mühazirə

    Erqonomika baxımından iş şəraiti. İş yerlərinin uyğunluğu. Erqonomika termini. Erqonomika vəzifə səlahiyyətlərinin, iş yerlərinin və əmək obyektlərinin, həmçinin cihaz və qurğuların və onların proqram təminatının işçinin fiziki və psixoloji halına, təhlükəsiz və səmərəli fəaliyyətinə uyğunlaşdırılması haqqında elm kimi. İşyerlərinin uyğunluğu. İçin mürəkkəblik və ağırlıq dərəcəsi. Yerinə yetirilən əməliyyatların tezliyinə görə növləri. İş əhatəsinin insana təsir dairəsinə görə dörd hissəsi. İşlərin alt kateqoriyası

  6. 6.
    İstehsalatda mövcud olan təhlükələr - İstehsalat təhlükəli və zərərli istehsalat amilləri haqqında məlumat.Mühazirə

    İstehsalat təhlükəli və zərərli istehsalat amilləri haqqında məlumat. Fiziki amillər. Kimyəvi amillər. Bioloji amillər. Psixo-fizioloji amillər. Ağır və gərgin şəraitli iş yerlərini zəhərli və təhlükəli amillərin növlərinə görə sinifləri. Zərərli əmək şəraitində dərəcəsinə görə gigiyenik normalardan yüksək şəraitdə işləyənlərin orqanizmində yaranan dəyişikliklər

  7. 7.
    İstehsalatda mövcud olan təhlükələr - İstehsalat zədələnmələri, peşə xəstəlikləri haqqında məlumat.Mühazirə

    İstehsalat zədələnmələri, peşə xəstəlikləri haqqında məlumat. Bədbəxt hadisələrin səbəbləri, qeydiyyatı analizi və öyrənmə üsulları. Təhlükəli və zərərli istehsalat amilləri. Travmatizm və xəstələnmənin analizi. Peşə xəstəliklərinin müxtəlifliyi və onların yaranma səbəblərinin təyini.

  8. 8.
    İstehsalatda mövcud olan təhlükələr - İstehsalat zədələnmələri, peşə xəstəlikləri haqqında məlumat. Məşğələ

    Zədələnmə, bədbəxt hadisə və peşə xəstəliyi anlayışları. İstehsalatda travmatizmin təhlili.

  9. 9.
    Sənaye toksikologiyasının mövzusu, məqsədi və anlayışı - Sənaye toksikologiyasının mövzusu və onun inkişafının əsas mərhələləri.Mühazirə

    Sənaye toksikologiyasının mövzusu və onun inkişafının əsas mərhələləri. Obyektlərə, populyasiyalara və ekosistemlərə təsir. Toksikologiyanın vəzifələri, tədqiqat sahəsi. Toksikologiya orqanizm ilə zəhərli maddənin qarşılıqlı təsirini öyrənən elm kimi. Toksikologiyanın tarixi. Toksikologiyanın inkişaf mərhələləri

  10. 10.
    Sənaye toksikologiyasının mövzusu, məqsədi və anlayışıMəşğələ

    Zəhərli və zərərli maddələr, onların insan orqanizminə təsir faktorları. Sənaye toksikologiyasının məqsədləri, toksimetriya parametrləri

  11. 11.
    Sənaye toksikologiyasının mövzusu, məqsədi və anlayışı - Sənaye toksikologiyasının məqsədləri, toksimetriya parametrləri və sənaye zəhərlərinin toksiklik meyarlarıMühazirə

    Sənaye toksikologiyasının məqsədləri, toksimetriya parametrləri və sənaye zəhərlərinin toksiklik meyarları. Sənaye toksikologiyasının müxtəlif, geniş spektrli məqsədləri. Maddələrin və materialların toksikoloji baxımdan qiymətləndirilməsi və onların gigiyenik reqlamentləşdirilməsi, buraxılabilən qatılıq həddinin (BQH) təyin edilməsi. Sənaye toksikologiyasının gigiyenik standartlaşması. Toksikologiyanın praktiki məqsədləri

  12. 12.
    Sənaye zəhərlərinin növləri və xassələri - Zərərli maddələr haqqında anlayış və onların təsnifatıMühazirə

    Zərərli maddələr haqqında anlayış və onların təsnifatı. Sənaye zəhərlərinin ümumi xassələri və esas təzahürləri. Sənaye maddələrinin orqanizmə təsir xarakterinə görə təsnifatı. Uçucu sənaye maddələrinin 4 böyük qrupu. Boğucu maddələr. Qıcıqlandırıcı maddələr. Uçucu psixoloji tesirli maddələr. Qeyri­üzvi və metalüzvi birləşmələr.

  13. 13.
    Sənaye zəhərlərinin növləri və xassələri - Zəhərin qatılığı (dozası), onun təsir müddəti və yaranan effekt arasındakı asılılıq.Mühazirə

    Zəhərin qatılığı (dozası), onun təsir müddəti və yaranan effekt arasındakı asılılıq. Zəhərli maddə nəfəs yolları ilə orqanizmə daxil olduqda zəhərin qatılığı, onun təsir müddəti və yaranan effekt arasındakı miqdarı aslılıq Qaber düsturu. Zəhərlərin əsaslı 2 qrupu. Konsentrasion zəhərlər. Xronokonsentrasion zəhərlər. Orqanizmin "tutumu"

  14. 14.
    Sənaye zəhərlərinin növləri və xassələri - Kəskin və xroniki zəhərlənmələrMühazirə

    Kəskin və xroniki zəhərlənmələr. Kəskin peşə zəhərlənməsi. Ölümlə nəticələnən kəskin zəhərlənmələr. Qəfildən kəskin irihalyasiya zəhərlənməsi təhlükəsi əmsalı. Xroniki zəhərlənmə. Hüdud qatılığı.

  15. 15.
    Sənaye zəhərlərinin növləri və xassələri - Kumulyasiya və öyrəşməMühazirə

    Kumulyasiya və öyrəşmə. Kumulyasiyanın növləri. Material kumulyasiyası. Funksional kumulyasiya. Birdəfəlik dozaya nisbət. Sənaye zəhərlərinə öyrəşmə. Kimyəvi amilin xroniki təsirinə öyrəşmə zamanı orqanizmin reaksiyası.

  16. 16.
    Əmək mühafizəsi üzrə qaydalar standartlar və normalar - Əmək mühafizəsi üzrə qaydalar, standartlar və təlimatlarMühazirə

    Əmək mühafizəsi üzrə qaydalar, standartlar və təlimatlar. Təhlükəsiz idarəetmə anlayışı. Əmək mühafizəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi. Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsində əmək mühafizəsi. Digər normativ hüquqi aktlar və sənədlər. Təhlükəsialik təlimatları və onların növləri.

  17. 17.
    Əmək mühafizəsi üzrə qaydalar standartlar və normalar - Əmək mühafizəsi üzrə qaydalar, standartlar və təlimatlar. Məşğələ

    Əmək mühafizəsi üzrə qaydalar, standartlar və təlimatlar. İstehsalat müəssisələrinin planlaşdırılmasında gigiyenik-texniki və sanitariya normaları

  18. 18.
    Əmək mühafizəsi üzrə qaydalar standartlar və normalar - İstehsalat müəssisələrinin planlaşdırılmasında gigienik-texniki və sanitar normalar. Mühazirə

    İstehsalat müəssisələrinin planlaşdırılmasında gigienik-texniki və sanitar normalar. İnşaat norma və qaydaları. Texnoloji layihələndirmə normaları. Sənaye müəssisələrinin layihələndirilməsində sanitar normalar. Konstruktiv normalar. Ölçü-planlaşdırma normaları. Parametrik normalar. İstehasalat müəssisələrində proseslərin sanitariya xarakteristikasına görə dörd qrupu. Planlaşdırmanın mərhələləri.

  19. 19.
    Təhlükəsizlik texnikası - İnsan orqanizminə təsir edən fiziki faktorların tibbi-bioloji xüsusiyyətləri.Mühazirə

    İnsan orqanizminə təsir edən fiziki faktorların tibbi-bioloji xüsusiyyətləri. İstehsalatda metioroloji şərait. İş yerində hava şəraitinin işçilərə və iş prosesinə təsiri. İş yerlərində meterioloji şəraitin təsir amilləri. Sağlam əmək şəraitinin yaradılması üçün metioroloji şəraitin təyin olunması üsulları, normalaşdırılması və standartları.

  20. 20.
    Təhlükəsizlik texnikasıMəşğələ

    İstehsalatda meteoroloji şərait və onun normalaşdırılması

  21. 21.
    Təhlükəsizlik texnikası - Ventilyasiya sistemləriMühazirə

    Ventilyasiya sistemləri. Nizamlanan təbii ventilyasiya. Nizamlanmayan təbii ventilyasiya. Sorucu, üfürüci va kombina edilmiş ümumdəyişdirici mexaniki ventilyasiya. Yerli ventilyasiya

  22. 22.
    Təhlükəsizlik texnikası - Elektrik təhlükəsizliyi.Mühazirə

    Elektrik təhlükəsizliyi. Elektrik zədələri, elektrik yanığı, elektrik nişanları, dərinin metallaşması, mexaniki zədələr. Elektrik zədələrinin 4 kateqoriyası. İnsan orqanizminin elektrik müqaviməti və elektrik cərəyan şiddətinin təsir dərəcəsi

  23. 23.
    Təhlükəsizlik texnikası - Elektrik təhlükəsizliyiMəşğələ

    Elektrik təhlükəsinin insana təsirinin təyin edilməsi və elektrik təhlükəsizliyi üzrə lazımi tədbirlərin seçilməsi.

  24. 24.
    Təhlükəsizlik texnikası - Təzyiq altında hermetik sistemlərin istismarının təhlükəsizliyiMühazirə

    Təzyiq altında hermetik sistemlərin istismarının təhlükəsizliyi. Təzyiq altında va· ya vakuum şəraitində işləyən müxtəlif qurğular, hermetik bağlanan boru xətləri, balonlar, mayeləşdirilmiş qazlar üçün qablar, sisternalar, çənlər, avtoklavlar, resiverlər, kompressor qurğuların, buxar qazanların, qazholderlər, vakuum-çalovlar, yüksek təzyiq va ya vakuum şəraitinda işləyən reaktorlar.

  25. 25.
    Təhlükəsizlik texnikası - Səs-küy və titrəyişMühazirə

    - Səs-küy və titrəyiş. Səs-küy tezlikləri və fazaları. Sinir və ürək-damar sistemində funksional pozuntular. Səs sahəsi. Eşitmə üzvlərinə səs təzyiqinin orta kvadratik qiyməti. Səs tezliyi. Tezliyinə göre səsin növləri, infrasəslər, eşidilən səslər, ultrasəslər. Eşidilən səs diapazonu, aşağı tezlikli səslər, orta tezlikli səslər, yüksək tezlikli səslər. İstehsalat titrəyişlərinin gigiyenik və texniki normalaşdırılması. Ümumi titrayişlər, onların təsiri. Yerli titrəyişlərin əzələ və sümük toxumalarına təsiri. Titrəyiş xəstəliyi

  26. 26.
    Şüalanmanın insan orqanizminə bioloji təsiri - Elektromaqnit, infraqırmızı, ultrabənövşəyi şüalanmalardan mühafizə. Mühazirə

    Elektromaqnit, infraqırmızı, ultrabənövşəyi şüalanmalardan mühafizə. Tezlik, dalğa uzunluğu, sürət, güc axınının sıxlığı, elektrik və maqnit sahələrinin gərginliyi. Şüalanma mənbələri. İonlaşdırıcı şüalanmanın təsiri nəticəsində insan orqanizmində dəyişikliklər.

  27. 27.
    Şüalanmanın insan orqanizminə bioloji təsiriMəşğələ

    Şüalanmanın insan orqanizminə təsirinin təyin edilməsi. Şüalanmadan mühafizə tədbirlərinin hesablanması

  28. 28.
    Şüalanmanın insan orqanizminə bioloji təsiri - İonlaşdırıcı şüalanmadan mühafizəMühazirə

    İonlaşdırıcı şüalanmadan mühafizə. Xarici qamma şüalanmadan mühafizənin əsas prinsipləri. İonlaşdırıcı şüalanmanın təsiri nəticəsində insan orqanizmində dəyişikliklər. Daxili və xarici şüalanma. Radiohəssaslıqdan asılı olaraq kritik orqanlar. İşçilərin şüalanmadan mühafizəsi üzrə tədbirlər sistemi

  29. 29.
    Yanğın təhlükəsizliyiMühazirə

    Yanma prosesi haqqında anlayış. Maddələrin yanğın törətmə xassələri. Yanar maddə və materiallların kimyəvi tərkibi. Yanar maddə və materialların fiziki-kimyəvi xassələri. Alışma temperaturu. Alovlanma temperaturuna görə yanar maddələrin qrupları. Öz-özünə yanma qabiliyyəti olan maddələr.

  30. 30.
    Yanğın təhlükəsizliyiMəşğələ

    Yanğından dəyən zərər. Yanğınla mübarizə tədbirlərinin seçilməsi

  31. 31.
    Həyat fəaliyyətinin təhlükəsizliyi baxımından insanın müxtəlif xarici təsirlərə adaptasiya mexanizmiSərbəst iş

    İnsan orqanizminin həyat fəaliyyətinin təhlükəsizliyi kontekstində xarici mühit amillərinə uyğunlaşma qabiliyyəti. Bioloji, fizioloji və psixoloji adaptasiya mexanizmləri. Ekstremal və zərərli xarici təsirlər (yüksək/aşağı temperatur, atmosfer təzyiqi dəyişiklikləri, səs-küy, vibrasiya, toksiki maddələr, radiasiya və psixoloji stress) zamanı orqanizmin homeostazı (daxili mühit sabitliyini) qoruma metodları. Müstəqil tədqiqat və adaptasiya potensialının qiymətləndirilməsi.

  32. 32.
    Dehidratasiya – yaranma səbəbləri, insan orqanızminə təsiri, istehsalat və əmək şəraitlərində mühafizə tədbirləriSərbəst iş

    Dehidratasiya (orqanizmin susuzlaşması) anlayışı və onun formalaşmasının əsas bioloji və ekzogen (xarici) səbəbləri. Yüksək temperatur, ağır fiziki əmək və mikroiqlim şəraitinin su-duz balansına təsiri. Dehidratasiyanın insan orqanizminə, qan-damar, sinir və ekskretor (ifrazat) sistemlərinə patoloji təsirləri, iş qabiliyyətinin aşağı düşməsi prinsipləri. İstehsalat mühitində (isti sexlər, açıq hava şəraiti və s.) susuzlaşmanın qarşısını almaq üçün tətbiq olunan texniki, təşkilati və tibbi-profilaktik mühafizə tədbirləri. Rasionallıq prinsiplərinə uyğun içməli su rejiminin təşkili standartları.

  33. 33.
    Hipoksiya - yaranma səbəbləri, növləri, insan orqanızminə təsiri, istehsalat və əmək şəraitlərində mühafizə tədbirləriSərbəst iş

    Hipoksiya (orqanizmdə oksigen çatışmazlığı) anlayışı, hüceyrə və toxuma səviyyəsində yaranma səbəbləri. Hipoksiyanın patofizioloji növləri (ekzogen, tənəffüs, qan, ürək-damar, toxuma və qarışıq hipoksiya). Oksigen aclığının mərkəzi sinir sistemi, beyin fəaliyyəti, ürək və digər həyati əhəmiyyətli orqanlara təsiri, iş qabiliyyətinin zəifləməsi mexanizmləri. İstehsalat mühitində (qapalı və dar məkanlar, yeraltı mədənlər, yüksək dağlıq şərait, toksiki qazların yayıldığı sahələr) hipoksiya riskləri. Əmək şəraitində işçiləri oksigen çatışmazlığından qorumaq üçün tətbiq olunan texniki (ventilyasiya, hava mühitinə nəzarət datçikləri), təşkilati və fərdi mühafizə tədbirləri (tənəffüs aparatları, əleyhqazlar).

  34. 34.
    Hipertermiya və hipoterimiya - yaranma səbəbləri, insan orqanızminə təsiri, istehsalat və əmək şəraitlərində mühafizə tədbirləriSərbəst iş

    Təqdim etdiyiniz bu mövzu sərbəst iş formatına uyğun olaraq tələbənin fərdi araşdırma və analiz qabiliyyətini inkişaf etdirməyə yönəlməlidir. Sənədlərinizə daxil edə biləcəyiniz deskripsiya və mövzu nəticələri variantları aşağıdakı kimidir: 1. Mövzunun Deskripsiyası (Əhatə dairəsi) "Hipertermiya (orqanizmin həddindən artıq qızması) və hipoterimiya (orqanizmin həddindən artıq soyuması) anlayışları, onların patofizioloji formalaşma mexanizmləri. İnsanın termorequlyasiya (bədən temperaturunun tənzimlənməsi) sisteminin pozulmasına təsir edən ekzogen (xarici) və endogen (daxili) amillər. İsti (tökmə, yayma sexləri, açıq günəş altında iş) və soyuq (soyuducu kameralar, qış mövsümündə açıq hava fəaliyyəti) istehsalat mühitinin insan orqanizminə, ürək-damar, mərkəzi sinir və tənəffüs sistemlərinə təsiri; istilik vurması, qıcolmalar və donmaların fəsadları. Əmək şəraitində işçiləri ekstremal temperaturlardan qorumaq üçün tətbiq olunan texniki (ventilyasiya, qızdırıcılar, ekranlaşdırma), təşkilati (iş və istirahət rejimi) və fərdi mühafizə vasitələri (xüsusi geyimlər).

  35. 35.
    Bioloji monitorinqin həyata keçirilməsi, tətbiq üsulları və tətbiqi sahələri, həyat fəaliyyətinin təhlükəsizliyində roluSərbəst iş

    Bioloji monitorinq anlayışı, onun ətraf mühitin və iş zonasının monitorinqindən fərqli xüsusiyyətləri. Bioloji monitorinqin həyata keçirilmə prinsipləri, bioloji markerlər (ekspozisiya, effekt və həssaslıq markerləri) və onların qiymətləndirilməsi. Toksiki maddələrin, ağır metalların və digər zərərli kimyəvi amillərin insan orqanizmində (qan, sidik, tüpürcək, saç və s. bioloji materiallarda) təyini və tətbiq üsulları. Bioloji monitorinqin əsas tətbiq sahələri (sənaye toksikologiyası, peşə xəstəliklərinin profilaktikası, ekologiya). İnsanın həyat fəaliyyətinin təhlükəsizliyinin təmin olunmasında, erkən diaqnostikada və təhlükəsiz əmək şəraitinin qurulmasında bioloji monitorinqin rolu.

  36. 36.
    Təhlükəsizlik və profilaktika tədbirləri və prinsipləri, onların növləri və tətbiq sahələriSərbəst iş

    Sənaye müəssisələrində təhlükəsizlik və profilaktika tədbirlərinin konseptual əsasları və fundamental prinsipləri (təhlükənin kökündən aradan qaldırılması, risklərin qiymətləndirilməsi, kollektiv mühafizənin fərdi mühafizədən üstünlüyü). Profilaktik tədbirlərin növləri: texniki-texnoloji (avtomatlaşdırma, bloklama sistemləri), təşkilati (təlimatlandırma, iş rejimi), sanitar-gigiyenik (ventilyasiya, işıqlandırma) və tibbi-profilaktik (tibbi müayinələr) tədbirlər. Bu prinsiplərin fərqli tətbiq sahələri (istehsalat, tikinti, kimya sənayesi, nəqliyyat və qapalı iş zonaları). Həyat fəaliyyətinin təhlükəsizliyinin təmin olunmasında və peşə risklərinin idarə edilməsində profilaktikanın strateji əhəmiyyəti.

  37. 37.
    Yüklərin əllə daşınması zamanı təhlükəsizlik tədbirləri və əllə daşına biləcək optimal yükün hesablanması üsulları və normalarıSərbəst iş

    Yüklərin mexanikləşdirmə vasitələri olmadan, əllə qaldırılması və daşınması zamanı yaranan istehsalat riskləri. Əllə daşıma zamanı dayaq-hərəkət aparatına (onurğa sütununa, əzələlərə) düşən yüklənmələr və peşə xəstəliklərinin (yırtıqlar, travmalar) formalaşma mexanizmi. Yaş və cins faktorlarına görə əllə daşına biləcək yüklərin maksimal və optimal çəki normaları (milli və beynəlxalq ILO/OSHA standartları). Optimal yükün hesablanması metodologiyaları (məsafə, qaldırma tezliyi və hündürlüyü nəzərə alınmaqla). Əllə daşıma işlərində zəruri təhlükəsizlik tədbirləri, düzgün qaldırma texnikaları və fərdi mühafizə vasitələri.

  38. 38.
    İnsani metobolizmi, onun insan həyatında roluSərbəst iş

    İnsan metabolizmi (maddələr mübadiləsi) anlayışı, onun fundamental biokimyəvi və fizioloji əsasları. Maddələr və enerji mübadiləsinin bir-birini tamamlayan iki əsas qolu: anabolizm (böyümə, hüceyrə bərpası və sintez prosesləri) və katabolizm (enerji əldə etmək üçün maddələrin parçalanması). İnsanın həyat fəaliyyətinin təhlükəsizliyində metabolizmin rolu: hüceyrə səviyyəsində enerjinin (ATF) istehsalı, homeostazın (daxili mühit sabitliyinin) qorunması və toksiki elementlərin bədəndən kənarlaşdırılması. Metabolizm sürətinə təsir edən amillər (yaş, cins, fiziki aktivlik, əmək şəraiti və qidalanma). Maddələr mübadiləsinin pozulması nəticəsində yaranan patologiyalar və sağlam həyat fəaliyyəti üçün metabolik balansın qorunması prinsipləri.

  39. 39.
    Həyat fəaliyyətinin təhlükəsizliyində insanın əsəb sistəminə təsir edən faktorlar, onların növləri və onlardan mühafizə üsullarıSərbəst iş

    İnsanın mərkəzi və periferik sinir sisteminin həyat fəaliyyətinin təhlükəsizliyində rolu və xarici mühit amillərinə qarşı həssaslığı. Əsəb sisteminə neqativ təsir göstərən faktorların təsnifatı: fiziki (intensiv səs-küy, vibrasiya, elektromaqnit sahələri, ionlaşdırıcı şüalanma), kimyəvi (neyrotoksiki maddələr, ağır metallar, dəm qazı, həlledicilər) və psixofizioloji (neyro-psixik gərginlik, xroniki stress, monoton əmək, növbəli iş rejimi). Bu faktorların sinir hüceyrələrinə, reflekslərə, diqqət və reaksiya sürətinə patoloji təsirləri və bunun istehsalatda qəza riskini artırması mexanizmləri. İşçilərin əsəb sistemini qorumaq üçün tətbiq olunan texniki (səs-küy və vibrasiya izolyasiyası, hermetikləşdirmə), təşkilati (erqonomik iş rejimi, psixoloji boşalma otaqları) və tibbi-profilaktik mühafizə üsulları.

  40. 40.
    Autoimmun xəstəlikləri, onların yaranma səbəbləri, insan orqanızminə təsiri, istehsalat və əmək şəraitlərində mühafizə tədbirləriSərbəst iş

    Autoimmun xəstəliklərin konseptual əsasları: immun sisteminin bədənin öz sağlam hüceyrə və toxumalarını yad cisim kimi qəbul edərək onlara hücum etməsi mexanizmi. Genetik meyllilik, hormonal faktorlar və ekzogen (xarici mühit) tetikleyiciləri əhatə edən yaranma səbəbləri. İstehsalat mühitində autoimmun reaksiyalara təkan verən spesifik amillər: ağır metallar (civə, qurğuşun), kimyəvi həlledicilər, silisium tozu, bəzi pestisidlər və xroniki iş stressi. Geniş yayılmış autoimmun patologiyaların (revmatoid artrit, lupus, dağınıq skleroz, haşimoto tiroiditi) insan orqanizminə və ümumi əmək qabiliyyətinə təsiri. İstehsalat və əmək şəraitində risk qrupuna daxil olan işçilərin mühafizəsi, zərərli kimyəvi maddələrlə təmasın minimuma endirilməsi, erqonomik iş rejimi və profilaktik tibbi nəzarət tədbirləri.

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5