Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi
Risklərin təhlili və idarə olunması
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
20225-2026
Fənnin təsviri
Risklərin təhlili və idarə olunması mümkün təhlükələrin müəyyən edilməsi və onların qarşısının alınması prosesidir. Bu zaman risklərin səbəbləri və təsirləri araşdırılır. Məqsəd insanlara, əmlaka və ətraf mühitə dəyə biləcək ziyanı azaltmaqdır. Risklərin düzgün idarə olunması təhlükəsizliyi artırır və itkilərin qarşısını alır. Bunun üçün qabaqlayıcı tədbirlər və təhlükəsizlik qaydaları tətbiq edilir.
Fənn təlim nəticələri
CLO 1: Risklərin təhlili və idarə olunmasının əsas anlayışlarını, prinsiplərini, mərhələlərini və normativ tələblərini izah edir, peşəkar terminologiyadan düzgün istifadə edir.
CLO 2: Sənaye, texnogen, ekoloji və təbii təhlükələri müəyyən edir, risklərin keyfiyyət və kəmiyyət baxımından qiymətləndirilməsi metodlarını tətbiq edir.
CLO 3: Risklərin qiymətləndirilməsi və monitorinqi məqsədilə kompüter texnologiyaları, proqram təminatı və statistik məlumatlardan istifadə edərək nəticələri təhlil edir.
CLO 4: Risklərin azaldılması və idarə olunması üçün mühəndis-texniki, təşkilati və profilaktik tədbirlər hazırlayır, onların səmərəliliyini qiymətləndirir.
CLO 5: Fövqəladə halların qarşısının alınması, təhlükəsizlik planlarının hazırlanması, qərar qəbuletmə və risk-kommunikasiya proseslərini təşkil edir.
CLO 6: Müxtəlif istehsalat və fövqəladə hallar üzrə risk ssenarilərini proqnozlaşdırır, risklərin idarə olunması strategiyalarını hazırlayır və əsaslandırılmış qərarlar qəbul edir.